Tarixi-mədəni irsin qorunması və təbliği problemləri

 

Bakıda bu mövzuda beynəlxalq elmi konfrans başlayıb

 

Dünən Muzey Mərkəzində "Tarixi-mədəni irsin qorunması təbliği problemləri" mövzusunda beynəlxalq elmi konfransın açılışı olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq İncəsənət İnstitutunun təşkil etdiyi konfransın işində yerli alimlərlə yanaşı, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə İrandan gələn alimlər iştirak edib.

Tədbirdə Azərbaycan tərəfini Memarlıq İncəsənət İnstitutundan başqa, Mədəniyyət Turizm Nazirliyi, Memarlıq İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Fəlsəfə, Sosiologiya Hüquq İnstitutundan olan məruzəçilər təmsil edib.

Konfransın həmsədrləri Memarlıq İncəsənət İnstitutunun direktoru, professor Ərtəgin Salamzadə Qazaxıstan Memarlıq-İnşaat Akademiyasının professoru Gülnarə Abdrasilovadır. İştirakçılar 20 məruzə dinləyərək onları müzakirə ediblər.

Konfransda aşağıdakı problemlər nəzərdən keçirilib:

- Azərbaycan mədəni-irsi abidələrinin qorunması vəziyyəti;

- İrsin qorunması, bərpası təbliği sahəsində Türkiyə, İran MDB ölkələrinin təcrübəsi;

- UNESCO-nun Dünya irsi siyahısına daxil edilən İçərişəhər qoruğunun memarlıq abidələrinin konservasiyası metodları;

- Tarixi memarlıq irsinin Beynəlxalq dərketmə turizminin inkişafında rolu;

- Şəhər mühitinin dizaynında tarixi-mədəni irsin təbliğinin üzərinə düşən vəzifələr;

- Türk mədəni-irsinin qorunmasına, onun eyniyyəti, təfsiri təbliği məsələlərinə xüsusi diqqət.

  

 

AYXAN

 

Ekspress.- 2010.- 29 sentyabr.- S. 14.