Milli Kitab Mükafatının onluğu

 

Siyahıya "Kenterberri" ilə Etimad Başkeçid başçılıq edir

 

Dünən Milli Kitab Mükafatının onluğu rəsmən açıqlanıb. Tədbirdə Milli Kitab Mükafatının Təşkilat Komitəsi, ekspertləri, münsifləri, media mənsubları, ictimai təşkilatların nümayəndələri, yazıçılar iştirak ediblər. Açılışda çıxış edən mükafatın təsisçisi Nigar Köçərli qeyd edib ki, www.mkm.az saytında onluğa düşən hər əsərdən bir parça yerləşdiriləcəkoxucular arasında elektron səsvermə aparılacaq. Səsvermənin qalibi xüsusi diplomla təltif olunacaq. Sonra qısa onluğun siyahısı təqdim olunub. Siyahı belədir:

 

   1. Etimad Başkeçid, "Kenterberri"

   2. Mirmehdi Ağaoğlu, "Küləyi dişləyən"

   3. Məqsəd Nur, "Şəhər meri"

   4. Natiq Rəsulzadə, "Xunxarlar"

   5. Natella Osmanlı, "Mən axmağam"

   6. Nəriman Əbdürrəhmanlı, "Yolsuz"

   7. Paşa Qəlbinur, "Qara su"

   8. Pərviz, "Yad dildə"

   9. Aslan Quliyev, "Sonuncu"

   10. Azər Abdulla, "Sarı tağ"

 

   Qeyd edək ki, münsiflər heyətinə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, xalq şairi Vaqif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, "525-ci" qəzetinin baş redaktoru Rəşad Məcid, "Xəzər" Universitetinin rəhbəri Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, fəlsəfə doktoru, AİU-nın professoru Niyazi Mehdi, "Qanun" nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev rejissor Mehriban Ələkbərzadə daxildirlər. Qaliblərə birinci yer üç min, ikinci yer iki min, üçüncü yer üçünsə min manat pul mükafatı veriləcək. Amerika yazıçısının ingilis dilindən azərbaycan dilinə ən yaxşı tərcüməsi isə Amerika səfirliyi tərəfindən 1000 manatla mükafatlandırılacaq.

Xatırladaq ki, MKM "Bakcell" şirkətinin baş sponsorluğu "Unibank" ASC-nin rəsmi sponsorluğu ilə təsis olunub. Mükafatın təsisçisi "Əli Nino" Nəşriyyat Evidir.

   

 

AYXAN

 

Ekspress.- 2011.- 1 aprel.- S.22.