Ramiz Əzizbəylinin cızma-qaraları

 

Rejissor ilk kitabını təqdim etdi

 

Dünən Yazıçılar Birliyinin (AYB) "Natavan" klubunda xalq artisti Ramiz Əzizbəylinin "Cızma qaralarım" adlı ilk kitabının təqdimatı və müzakirəsi keçirilib. Kitabda Ramiz Əzizbəylinin 10 ildən artıq bir dönəmdə qələmə aldığı "And içmişəm", "Millət", "Tövbə" kimi şeirləri, "Yol", Mıx", "Yuxu" kimi hekayələripublisistik əsərləri toplanıb.

Tədbiri açan AYB katibi Rəşad Məcid Ramiz Əzizbəylini 25 ildir tanıdığını dostluq etdiyini deyib: "Kitabının adını çox təvazökarlıqla qoysa da AYB-nin 10 ildir ki, üzvüdür, mətbuatda xeyli şeir hekayələri çıxandan sonra onu Birliyə üzv etdik".

Çıxışından sonra Rəşad Məcid mərasimi idarə etməyi yazıçı Elçin Hüseynbəyliyə təklif edib. E.Hüseynbəyli R.Əzizbəyli ilə birgə yaradıcılıq işlərindən söz açıb: "Onu bir rejissor kimi, aktyor kimi tanıyırdım, indi bir qələm adamı kimi kəşf etdim. İstedadlı insan hər sahədə özünü realizə edə bilir. Odur ki, bu, hamı üçün gözlənilməz ola bilər, amma mənim üçün onun gözlənilən addımıdır".

Xalq artisti İlham Namiq Kamal da Ramiz Əzizbəylinin fəaliyyətindən danışıb.

Sonra yazıçı-dramaturq Əli Əmirli, şairlər İlyas Tapdıq, Ramiz Rövşən Ramiz Əzizbəylinin "Cızma qaralarım" haqda rəy bildiriblər.

Qeyd edək ki, Ramiz Əzizbəyli 9 yaşından televiziyada, sonradan teatrda kinoda çalışır, "Pirverdinin xoruzu", "Bəxt üzüyü", "Yalan" filmlərinin rejissorudur.

  

 

AYXAN

 

Ekspress.-2011.- 5 aprel.- S. 14.