Məşhur cazmen dünyasını dəyişdi

 

Məşhur cazmen, Bakı Caz Mərkəzinin art-direktoru Emil İbrahim Məmmədov dünən Berlindəki xəstəxanalardan birində vəfat edib. Musiqiçi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Paytaxtda caz musiqiçiləri ailəsində anadan olan sənətçi Bakı Musiqi Akademiyasının yetirməsi idi. Atası Azərbaycanın tanınmış bəstəkarı İbrahim Məmmədov qardaşı, klassik pianoçu Elçin Məmmədov Azərbaycan caz musiqisinin tanınmış simalarından olub.

Bir sıra festivalların iştirakçısı olmuş cazmen caz, klassik, latın xalq musiqisinin sintezini bacaran sənətçi kimi tanınırdı. Onun bəstələdiyi mahnılardan bir sıra televiziya proqramlarında kinofilmlərdə istifadə edilib. Emil İbrahim Məmmədov bir sıra layihələrin prodüsseri rolunda da çıxış edib.

Allah rəhmət eləsin!

 

 

Ekspress.- 2011.- 15 aprel.- S. 23.