Şah İsmayılın mədəniyyət mirası

 

  (Abdulla Güllə birgə Təbriz səfərindən təəssüratlar)

 

  Arxada "Nəqşi-Cahan" - Şah Meydanı

  Təbriz, İranın Qərbi Azərbaycan əyalətinin başkəndi. Əhalisinin tamamı Azərbaycan Türkü... Şah İsmayıl 1504-cü ildə Təbrizi alaraq paytaxt yaparkən 13 yaşında idi.

 

   Türkmən ələvilərin "mürşid-i kamil"i Təbrizdə Şah oldu.

   Təbrizdə Azərbaycan muzeyinə getdiyimizdə ilk sualım "Şah İsmayıldan nələr var?" oldu.

   Şah İsmayılın qılıncı və Çaldıran savaşında geyindiyi zireh, təəssüf, Tehrandakı "Gülüstan" Muzeyinə aparılıb. İsmayılın basdırdığı bir neçə "pul" (para) var sadəcə.

   Səfəvi mədəniyyətinin seçmələri İsfahandadır. Səfəvi tarixinin "möhtəşəm" hökümdarı Böyük Abbasın (1571-1629) paytaxtıdır İsfahan.

   Səfəvi paytaxtının Azəri-Türk Təbrizdən fars İsfahana köçürülməsi ayrı bir mövzudur. Amma bu bir gerçəkdir ki, Səfəvi mədəniyyətinin brilyantı İsfahandır. İsfahan üçün "nisf-i cahan" (cahanın yarısı) deyərlərdi ki, doğrudur.

 

   Səfəvi gözüylə  Çaldıran

 

   İsfahanda qırx sütunlu sarayda fövqəladə canlı divar rəsmləri var; 17-ci əsrdə yapılmış. Bunlardan biri Çaldıran savaşı: Rəsmin altındakı ingiliscə lövhədə, Şah İsmayılın "Müsəlman müsəlmana qarşı atəşli silah istifadə etməz" deyə düşündüyü üçün Səfəvi ordusunda atəşli silah olmadığı, Osmanlı ordusunun əlindəki tüfəngtoplarla savaşı qazandığı yazılıb.

   Tarixi hər kəs beləcə yenidən yazar!

   Halbuki, Şah atəşli silahlar üçün çox çalışmış, İtaliyadan topçular gətirtmiş, fəqət, türkmən süvarilər "mərdliyə sığmayan əməl" hesab edərək atəşli silahları rədd etmişlər.

   "Tüfəng icad oldu, mərdlik pozuldu" kültürü!

   Osmanlı ordusu hərbi, texnoloji təşkilatçılıqda daha irəliydi.

   Rəsmin ortasında ağ at üstündə Şah İsmayıl, sol tərəfdə yenə ağ at üzərində Yavuz... Əslində Yavuz saqqalsızdı, amma rəsimdə saqqalı çəkmişlər.

   Abbasın ən böyük əsəri "Nəqşi-Cahan" Meydanıdır, digər adı Meydan Şah... İnqilabdan sonra adına İmam Meydanı demişlər. Tarixi adların dəyişdirilməsi böyük xətadır. Neyse... Türkiyədə örnəyi yox. Dünyada varmı, bilmirəm.

 

   Osmanlı və Səfəvi

 

   Türkiyədə Səfəvi mədəniyyəti haqqında araşdırmaların aparılmaması üzücüdür. Orta Asiyadan başlayaraq, Səlcuqlu, Hinddə Babur, İranda Səfəvi, Anadolu Balkanlarda Osmanlı mədəniyyətləri həm qardaş, həm rəqib mədəniyyətlərdir.

   Dinlədiyimiz Behrend Kufigər "mən sufiyəm" dedi; "Hansı?" deyə sordum, "Həzrəti Rumi" deyə cavab verdi. Şah İsmayıl Xətayinin nəfəslərini söyləyirdi.

   Səfəvi memarlığı ilə Orta Asiya memarlığı çox bənzər; "Nəqşi-Cahan"ı gəzərkən Səmərqənddəki Registan meydanını xatırlayarsınız.

   Yavuzu və Şah İsmayılı birlikdə rəhmətlə anıram.

   İsfahana Türk Hava Yolları səfərləri başlayır. Tövsiyə edirəm, getmişkən Şəmsin və İsmayılın şəhəri Təbrizə baş çəkməyi unutmayın.

 

 

   Taha Akyol,

   "Milliyet" qəzetinin köşə yazarı

 

   Ekspress.- 2011.- 19-21 fevral.- S.17.