Milli Dram Teatrının foto-salnaməsi hazırlanıb

 

Bu günlərdə "Letterpress" nəşriyyat evində Akademik Milli Dram Teatrının iki cilddən ibarət foto-salnaməsi çapdan çıxıb.

Mədəniyyət Turizm Nazirliyinin Dövlət Akademik Milli Dram Teatrının birgə layihəsi əsasında hazırlanmış "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının foto-salnaməsi" Azərbaycanda professional milli teatr sənətinin yarandığı gündən -1873-cü ilin mart ayından 2010-cu ilədək olan zaman kəsiyini əhatə edir. Foto-salnamə iki cilddən ibarətdir. Birinci cilddə 1873-cü ildən 1950-ci ilə qədər, ikinci cild isə 1950-ci ildən 2010-cu ilə qədər olan dövr yer alıb. Kitabda tarixi sənədlər, arxiv materialları, fotoşəkillər vasitəsilə Milli Dram Teatrının fəaliyyəti canlandırılır. Foto-salnamədə görkəmli sənətkarların yaradıcılığı teatrın fəaliyyəti ilə bağlı fotoşəkillər öz əksini tapıb. Salnamənin hazırlanmasında çox böyük bir yaradıcı qrupun zəhməti var. Layihənin rəhbəri ön sözün müəllifi mədəniyyət turizm naziri Əbülfəs Qarayev, koordinatoru nazir müavini Ədalət Vəliyev, toplayanı tərtib edəni sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədşah Atayev, buraxılışa məsul əməkdar mədəniyyət işçisi Maqbet Bünyadovdur. Foto-salnamənin üzərində Azər Mirzəyev, Mərahim Fərzəlibəyov, Şaiq Cabiroğlu, Elnur Məmmədov, Həmid Kazımzadə, Nigar İsrafilqızı Həsənxan Mədətovdan ibarət işçi qrup çalışıb.

Salnamənin tərtibçisi, uzun illər Akademik Milli Dram Teatrının fəaliyyəti ilə bağlı olmuş tədqiqatçı-alim Məmmədşah Atayev teatrın inkişaf tarixi burada çalışan sənətkarların yaradıcılığı barədə dəyərli faktiki materiallar toplayıb sistemləşdirə bilib. Salnamədəki materialların əksəriyyəti teatrın özəl arxivindən, mövcud nəşrlərdən, ayrı-ayrı tədqiqatlardan, müxtəlif muzey arxivlərdən, mətbuatda dərc olunmuş xatirə xarakterli yazılardan, həmçinin, şəxsi arxivlərdən toplanıb.

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən foto-salnamə Akademik Mili Dram Teatrının fəaliyyət həyatını əhatə etməklə bərabər, milli teatr sənətimizin 138 illik mürəkkəb sənət yolunu işıqlandırır.

Mart ayının birinci ongünlüyündə -milli teatrın yaranması günü ərəfəsində kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

 

 

Ekspress.- 2011.- 3 mart.- S.23.