Əndəlibin 350 illiyi Bakı Dövlət Universitetində qeyd olundu

 

Bakı Dövlət Universitetində (BDU) böyük türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən BDU rektoru Abel Məhərrəmov bildirib ki, türk dünyasının tanınmış ədiblərindən olan Nurməhəmməd Əndəlib həm böyük poemalar müəllifi, həm lirik şeirlər müəllifi kimi tanınıb.

A.Məhərrəmov deyib ki, son illər Türkmənistan Azərbaycan arasında əlaqələr çox gözəl inkişaf edir Türkmənistan prezidentinin BDU-nun fəxri doktoru seçilməsi bu əlaqələrin inkişafına sübutdur.

Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov da Nurməhəmməd Əndəlibin türkmən ədəbiyyatında xüsusi rolu olduğunu vurğulayıb. Səfir Azərbaycan Türkmənistan arasında əlaqələrin daim inkişaf etdiyini söyləyib.

 

 

Ekspress.-2011.-11 mart.-S.14.