XİN ötən ilə yekun vurdu, 2011-ci il üçün prioritetlərini açıqladı

 

"Azərbaycan 2010-cu ildə ölkənin ərazi bütövlüyünün bərpasında irəliləyişin əldə edilməsi, habelə ölkənin mövqeyi nüfuzunun güclənməsi, beynəlxalq aləmdəki etimadının artması əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində apardığı xarici siyasət fəaliyyətini daha da artırıb".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin 2010-cu il üçün yekun mətbuat buraxılışında deyilir. Hesabatda bildirilir ki, il ərzində davam etmiş danışıqlar 2009-cu ilin dekabrında Minsk Qrupu həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılıb: "Aparılan danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası, kommunikasiyaların açılması sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edib.

İl ərzində Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyan arasında üç görüş keçirilib. Son görüş nəticəsində tərəflər ATƏT-in Minsk Qrupu Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə hərbi əsir girovların, həmçinin atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul ediblər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov şəhid Fərid Əhmədovun cəsədlərinin vətənə qaytarılaraq torpağa tapşırılması mümkün olub".

XİN mətbuat xidmətinin hesabatda bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçılarının ötən ilin 26 iyun tarixində Kanadanın Muskoka şəhərində verdiyi birgə bəyanat olub: "Sözügedən bəyanatda dövlət başçıları tərəfindən münaqişənin həlli üçün işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanıb. 2010-cu ilin 19-20 noyabr tarixlərində Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun Bəyannaməsində regional ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi suverenliyi dəstəklənərək regional münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinə çağırılıb. 1-2 dekabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilmiş ATƏT-in 7-ci sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin BMT Nizamnaməsi ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş normalar əsasında həlli öz əksini tapıb. Eyni zamanda sammit çərçivəsində ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan Ermənistan prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Minsk Qrupunun həmsədr dövlət başçılarının 2009-cu il İtaliya 2010-cu il Kanadada keçirilmiş G-8 zirvə toplantıları çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Ümumilikdə qeyd edilməlidir ki, 2010-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq normalar, bu çərçivədə qəbul edilmiş sənəd qərarlar əsasında davam etdirilib. Bu da 2008-ci ildə Moskvada Rusiya, Azərbaycan Ermənistan prezidentləri tərəfindən imzalanmış bəyanatda əks olunub".

Açıqlamada xatırladılır ki, Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması müvafiq qiymətləndirilməsi məqsədilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfərinin təşkilinə nail olub. Dəyərləndirmə missiyasının hesabatının 2011-ci ilin yanvar ayında yayılması planlaşdırılır.

XİN mətbuat xidmətinin sənədində habelə Azərbaycanın xarici ölkələr beynəlxalq təşkilatlarla əlaqələri, keçirilən görüşlər əldə olunan nailiyyətlərdən danışılır": 2010-cu il ərzində prezident İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycana rəsmi səfərləri, Azərbaycanın xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə rəsmi səfərlər mübadiləsi nəticəsində 50-yə yaxın dövlətlə 100-ə qədər ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması sonradan müvafiq qaydada hüquqi qüvvəyə minməsi təmin edilib".

Bakıda keçirilmiş III Xəzər Zirvə Görüşündə ilk dəfə olaraq Xəzəryanı dövlətlər arasında təhlükəsizlik sahəsində sənədin imzalanması, həm birgə bəyanatın, həm müqavilənin, həm protokol qərarın qəbul edilməsi tədbirin yüksək əhəmiyyət məhsuldarlığının göstəricisi olub.

Digər mühüm sənəd Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstanın dövlət hökumət başçılarının Bakı Enerji Zirvə Görüşündə imzalanmış Bakı Bəyannaməsidir. Bəyannamə Azərbaycan təbii qazının nəqlinin diversifikasiyası məqsədini güdür.

İl ərzində dövlətin xarici siyasət kursunun vacib istiqamətlərindən birini xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının soydaşların hüquqlarının müdafiəsi, onlara göstərilən konsul xidmətinin səmərəliliyi intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil edib.

2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin İsveçrə, Almaniya, Estoniya, Türkiyə, Rusiya, Ukrayna, Portuqaliya, ABŞ, Gürcüstan Özbəkistana dövlət, rəsmi işgüzar səfərləri, Bolqarıstan, Belarus, Serbiya, Sloveniya, Türkiyə, Rusiya, Rumıniya, Macarıstan, İordaniya Mavritaniyanın ölkə hökumət başçılarının Azərbaycana həyata keçirdikləri səfərlər, birgə hökumətlərarası komissiyaların işçi qruplarının iclasları, XİN-lərarası siyasi məsləhətləşmələr ikitərəfli əməkdaşlığın dərinləşməsini təmin edib.

Azərbaycanın diplomatik nümayəndəliklərinin əhatə dairəsi genişlənib. İl ərzində Xorvatiya, Estoniya, Serbiya, Liviya Argentinada Azərbaycanın səfirlikləri, Rusiyanın Yekaterinburq Gürcüstanın Batumi şəhərlərində baş konsulluqları, Almaniyanın Stutqart ABŞ-ın Santa Fe şəhərlərində fəxri konsulluqları açılıb. Eyni zamanda cari il ərzində Azərbaycanda Avstriya, Niderland Krallığı, Fələstin İndoneziyanın səfirlikləri, Gəncə şəhərində isə Türkiyənin baş konsulluğu fəaliyyətə başlayıb.

Bununla yanaşı, 2010-cu ildə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikası, İraq, Vyetnam Braziliyada səfirliklərinin açılması barədə müvafiq qərarlar qəbul olunub.

İl ərzində Azərbaycan Respublikası ilə Svazilend Krallığı, Marşal Adaları Respublikası, Sent Lusiya, Fici Respublikası Qrenada arasında bu ölkələrlə imzalanmış birgə kommünikelər əsasında diplomatik əlaqələr qurulub.

2011-ci ilin xarici siyasət oriyentirlərinin ilk sırasında Azərbaycanın ərazi bütövlüyü əsasında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində yüksək səfərbərlik, Xəzəryanı bölgədə mehriban qonşuluq əlaqələrinin saxlanılması yüksək etimadın qurulması, yüksələn fəal əməkdaşlıq tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, zəngin karbohidrogen ehtiyatlarının ixracı nəqlində ən sabit etibarlı ölkə qismində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, sivilizasiyalararası dialoqa töhfə məqsədilə ölkənin unikal çoxmədəniyyətli xüsusiyyətləri geosiyasi özəlliyindən səmərəli istifadə olunması məsələləri yer alır.

 

 

B.Nərimanoğlu

 

Ekspress.- 2011.- 8-10 yanvar.-S.2;10.