Avtandil İsrafilov yetmişini tamamladı

 

Ad günü münasibətilə nazir xalq artistini təbrik edib

 

Yanvarın 24-də 70 yaşını tamam edən tanınmış qarmon ifaçısı Aftandil İsrafilov yaradıcılıq planlarının çox olmasından, lakin vaxt çatdıra bilmədiyindən şikayətlənib: "Mənə yaxın olanlar bilirlər ki, həmişə vaxt azlığından şikayətlənmişəm. Həqiqi sözümdür, sutkada 24 saat mənə bəs eləmir. Xüsusilə də xarici ölkəyə səfər etdiyim zamanlarda hesab edirəm ki, daha çox vaxt itirirəm".

Aftandil İsrafilov yaradıcılıq planlarından da danışıb: ""Qaytağı ritmləri" üzərində çox maraqlı kompozisiya hazırlayıram. Bir neçə professional musiqiçi birlikdə işləyirik. Yəqin ki, yaz fəslinin ilk ayında -martda musiqisevərlər kompozisiyanı dinləmək imkanı əldə edərlər".

Qeyd edək ki, yanvarın 24-də A.İsrafilovun 70 yaşı tamam olub. Həmin gün mədəniyyət turizm naziri Əbülfəs Qarayev zəng edib onu 70 illiyi münasibətilə təbrik edib: "Nazir zəng edib məni təbrik etdi, dedi ki, mart ayında yubileyim dövlət səviyyəsində təntənə ilə qeyd olunacaq. İnşallah, yaşayaq, görək".

 

 

AYXAN

 

Ekspress.-2011.- 27 yanvar.- S.14.