Davamlı inkişafı necə təmin etməli?

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

"2020-ci ildə Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli ölkə olacaq. Azərbaycan əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkana çevriləcək".

   Bu fikirlər "Azərbaycan - 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının layihəsində öz əksini tapıb.

   Konsepsiyada 2020-ci ildə ÜDM-in adambaşına düşən həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı, Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

   Hədəflər sırasında iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib iştirakçı statusuna yüksəlmək, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması da var.

   Bəs, göstərilən hədədlərə necə çatılacaq? Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya rəhbər tutulacaq. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması vacib şərtdir. Rəqabət qabiliyyətinin artırılması dedikdə makroiqtisadi sabitliyin qorunması, monetarfiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi vacib məsələlər nəzərdə tutulur. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçidin həyata keçirilməsi planlaşdırılır.

   Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcək. Neft-qaz sektoruneft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyət növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaq. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7%-dən yüksək olması hədəflənir.

   Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qorumaq, rəqabətqabiliyyətliliyini yüksəltmək və ixrac imkanlarını genişləndirməkdən ibarətdir. "Azərbaycan - 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülüb və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaq. Konsepsiya çərçivəsində qarşıya qoyulan iqtisadi hədəflərə nail olunması yüksək səmərə ilə fəaliyyət göstərən, dünya səviyyəsində rəqabət gücünə malik iqtisadi sistemin formalaşmasını zəruri edir. Tariximüasir təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində yer ala bilər. Bununla bərabər, iqtisadisosial sahələrdə davamlı yüksək artım templərinin təmin olunması bazar iqtisadiyyatı şəraitində dövlət tənzimləməsinin adekvat şəkildə təkmilləşdirilməsini, qlobal dünya iqtisadiyyatındakı son meylləri və istiqamətləri nəzərə almaqla bu tənzimləmənin daha da təkmilləşdirilməsini tələb edir.

 

   Azərbaycanda keçid dövrünün başa çatması və yetkin bazar münasibətlərinin formalaşması şəraitində dövlət tənzimləmə və idarəetmə funksiyaları əsasən makroiqtisadi sabitliyin qorunub-saxlanılması, ölkədə işgüzar mühitin təkmilləşdirilməsi və sərbəst rəqabətin təmin olunması, yerli və xarici investisiyalar üçün əlverişli şəraitin yaradılması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tənzimləmə tədbirləri, investisiyalargeniş miqyasda infrastruktur layihələrinin reallaşdırılması, əhalinin sosial müdafiəsinin səmərəli təşkili istiqamətlərində həyata keçiriləcək.

   Makroiqtisadi siyasətin koordinasiyası gücləndiriləcək, maliyyə davamlılığı baxımından optimal makro-fiskal çərçivə formalaşdırılacaq və adekvat pul siyasəti aparılacaq. Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər və bunlara uyğun tənzimləmə alətləri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik hədəfləri, sektorda aktivliyi və riskləri idarə edəcək alətlər yer alacaq. İnflyasiya hədəfinə uyğun olaraq iqtisadiyyatın pula tələbatının ödənilməsinə xüsusi diqqət yetiriləcək, monetar idarəetmənin institusional bazası təkmilləşdiriləcək.

   Büdcə resurslarının formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsi, vəsaitlərin düzgün bölüşdürülməsi və xərclərin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiriləcək. Müxtəlif büdcə riskləri (xarici, maliyyə, kənarlaşma, əməliyyat riskləri və s.) üzrə çevik qiymətləndirmə aparılacaq.

   İqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə tədricən passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid təmin ediləcək, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcək.

   Neftqaz gəlirlərindən istifadə olunması mexanizmi təkmilləşdiriləcək. Karbohidrogenlərin satışından əldə edilən gəlirlərin tədricən həmin vəsaitlərin investisiyasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçiriləcək və bu sahədə hazırda aparılan işlər intensivləşdiriləcək.

   Ölkənin tədiyyə qabiliyyətinin yaxşılaşdırılmasının və iqtisadiyyatın ixraca yönəldilməsinin ayrıca vacib tələbi kimi daha çevik məzənnə siyasəti həyata keçiriləcək, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisit qorunacaq.

   Biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdiriləcək, investorların hüquqlarının qorunması mexanizmləri təkmilləşdiriləcəkdir.

   Xarici ticarət prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, beynəlxalq bazarlara çıxışda sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Kiçikorta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədilə təşviqedici tədbirlər həyata keçiriləcək, sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldiləcək, daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq praktikada qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlər həyata keçiriləcək.

   Eyni zamanda, vergi dərəcələrinin və məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələr) optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcək.

   Ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlər davam etdiriləcək.

   Sahibkarların ictimai birliklərinin, o cümlədən, peşə assosiasiyalarının yaradılması və inkişafı dəstəklənəcək, sahibkarlığın inkişafını əngəlləyən amillərin aşkar edilməsi və aradan qaldırılması məqsədilə müntəzəm monitorinqlər aparılacaq. Konsepsiyanın əhatə etdiyi dövrdə həyata keçiriləcək tədbirlər Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmentlərinin (bank sektoru, qeyri-bank kredit təşkilatları, sığorta bazarı, lizinq bazarı, qiymətli kağızlar bazarı və faktorinq bazarı) tarazlı inkişafını təmin edəcək. Bank nəzarəti alətləri təkmilləşdiriləcək, bank sisteminin sabit və təhlükəsiz inkişafının təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Bank sektorunda konsolidasiya tədbirləri və struktur islahatları davam etdiriləcək, rəqabətin stimullaşdırılması, bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən elektron ödəniş sistemləri infrastrukturunun təkmilləşdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq. Bank sisteminin kapitallaşması davam etdiriləcək, regionlar üzrə bank şəbəkəsinin genişlənməsi təşviq olunacaq, tikintiəmanət banklarının yaradılması dəstəklənəcək, ipoteka kreditləşdirilməsi mexanizmi təkmilləşdiriləcək. Elektron ödəniş, poçt əmanət sistemləri inkişaf etdiriləcək, bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi gücləndiriləcək.

   Sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin və sığorta məhsullarının çeşidinin artırılması, təkrar sığortanın, həmçinin həyat sığortasının və tibbi sığortanın tətbiqinin genişləndirilməsi ölkədə sığorta bazarının inkişafına yol açacaq. Kənd təsərrüfatı istehsalının sığortalanmasını stimullaşdırmaq məqsədilə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır. Eyni zamanda lizinq təşkilatlarının uzunmüddətli maliyyə vəsaitləri ilə təmin edilməsi infrastrukturinvestisiya layihələrinin icrasında, kənd təsərrüfatının texnika təminatının yaxşılaşdırılmasında mühüm maliyyə mənbəyi kimilizinqin payını artıracaq.

   Qiymətli kağızlar üzrə qeyri-mütəşəkkil bazarın məhdudlaşdırılması, bazarın investorlar üçün cəlbediciliyinin artırılması istiqamətində sistemli tədbirlər həyata keçiriləcək, bazarın peşəkar iştirakçılarının fəaliyyətini və onlara nəzarət mexanizmlərini tənzimləyən qanunvericilik təkmilləşdiriləcək.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.-8-10 dekabr.-S.-10.