Milli sahibkarlığın ilk qaranquşları

               Azərbaycanda ticarət sektoru tam özəlləşdirilib

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

İqtisadiyyatın sahələri üzrə ümumi daxili məhsulun (ÜDM) istehsalında özəl sektor ən yüksək payı ticarət və xidmət sahələrində təmin edib.

   2011-ci ilə dair rəsmi statistik məlumatlara əsasən, ticarət və xidmət sahəsində istehsal edilən məhsulun 99,4%-i özəl sahibkarlıq sahələrində formalaşıb. Özəl sektor kənd təsərrüfatında ÜDM-nin 99,3%-ni, sənayedə 88,4%-ni, sosial xidmətlərdə 49%-ni və s. yaradıb. Ötən il ÜDM-də özəl sektorun payı isə 82,5% olub.

   Xatırladaq ki, Azərbaycanda sahibkarlığın ilk qaranquşları da ticarətçilər olub. 1995-ci ildə ÜDM istehsalında qeyri-dövlət bölməsi cəmi 30,3% paya sahib olduğu halda ticarət və xidmət sektorunda özəl bölmənin payı 82,4% təşkil edirdi. Ticarət vo onunla bağlı olaraq yaradılan xidmət zahirən böyük təsarrüfat sahəsi kimi görünməsə də əslində bu sektorun da ümumi iqtisadiyyatda, iqtisadiyyatın müxtəlif sahələrinə aid olan sahibkarlıq subyektlərinin inkişafında xüsusi əhəmiyyəti var.

   Hər şeydən əvvəl onu qeyd edək ki, ticarət, daha doğrusu, azad ticarət liberal iqtisadiyyatın əsas əlamətindən sayılır. Azad ticarət olmayan ölkədə liberal iqtisadiyyatdan danışmaq düzgün deyil. Sahibkarlar, o cümlədən fərdi şəxslər qanunla icazə verilən bütün malların idxalını həyata keçirə, onun satışını təşkil edə bilər. Ticarətin sərbəstliyinə xələl gətirən hər hansı qanunya qanunvericilikdəki boşluq liberal iqtisadiyyatın mövcudluğunu sual altına alır.

   Digər tərəfdən, ticarət olmadan insanlar gündəlik, sahibkarlar isə istehsal tələbatını ödəyə bilməz. Azərbaycan müstəqil olandan sonra tikinti, ərzaq, geyim, qeyri-istehlak mallarının istehsalı ilə məşğul olan müəssisələrin əksəriyyəti istehsalı dayandı. Müəssisələr keyfiyyətli məhsul istehsal edə bilmədiyindən sürətlə bazardan çıxdılar. Eynilə aqrar sahədə olan təsərrüfat sahələrində də istehsal kəskin azaldı. Hər iki istehsal sahəsinin dərin böhran keçirdiyi bir dövrdə ticarət fəaliyyətinin genişlənməsi təklifdə yaranan boşluğu doldurdu. Əgər ticarət sahəsi də sənaye, kənd təsərrüfatı sahələri kimi böhran keçirsəydi, ölkədə fəlakətli vəziyyət yaranacaqdı. Ticarətin olması bu fəlakətin qarşısını aldı.

   Son illərdə ərzaq, tikinti, gündəlik tələbat mallarının istehsalı Azərbaycanda genişlənib. Bir çox mallarla Azərbaycan özünü təmin edə bilir. Belə bir şəraitdə yeni bir keyfiyyət - daxili ticarətin səmərəliliyinin artırılması məsələsi ortaya çıxıb.

   Nəzəri baxımdan belə bir fikir mövcuddur ki, ticarətin istehsalla qarşılıqlı əlaqələri varbu cəhət iqtisadiyyatın inkişafında əvəzedilməz rolu oynayır. Bazarda ticarətin yerirolu tələblə təklif arasında optimal nisbətin yaradılmasından çox asılıdır.

   Ticarət həm istehsala, həm də istehlaka yaxındır. Ticarət mallara olan tələbin həcmini və strukturunu öyrənərək, cəmiyyət üçün nə qədər mal lazım olduğu haqda istehsala məlumat vermək üçün daha əlverişli imkana malikdir. O, mallara artmaqda olan tələbatın həcmi və strukturunu öyrənərək, bir tərəfdən istehsalistehlak arasında daha düzgün nisbətlər yaradılmasında istehsala (sahibkarlara, firma və şirkətlərə) kömək edir, digər tərəfdən geniş təkrar istehsalı prosesinə nəzarət edilməsində ticarətdən iqtisadi bir alət kimi istifadə edilir.

   İqtisadi cəhətdən ticarət fəaliyyəti istehsal olunan hazır məhsulların istehsalçıdan istehlakçıya çatdırılmasında əsas vasitəçi rol oynayır. Buna görə də ticarət əhalinin tələbinin öyrənilməsində müstəsna imkanlara sahibdirlər.

   Keçmiş sovet dönəmində ticarətin işi əsasən bölüşdürücü funksiayanı yerinə yrtirməklə məhdudlaşırdı. Yuxarıdan məhsul istehsalı üçün bir çox plan tapşırıqları verlirdi, həmçinin mallar da əsasən rəhbərlik tərəfindən bölüşdürülürdü. Ticarət müəssisələrinin işçilərindən yalnız bu tapşırıqlara əməl etmək tələb olunurdu.

   Bazar münasibətlərinin və sahibkarlığın inkişafı şəraitində isə müəssisələrin tam təsərrüfat müstəqilliyinə, özünü maliyyələşdirmə və özünü idarəetmə sisteminə keçməsi ticarət işinin prinsip və metodlarının, əmtəə resurslarının formalaşması qaydalarının köklü surətdə dəyişilməsinə gətirib çıxardı.

 

   Müasir iqtisadiyyatda artıq hər bir biznes əməliyyyatı ticarətin mərhələsi sayılır. İqtisadi baxımdan ticarət fəaliyyəti istehsal olunan hazır məhsulların istehsalçıdan istehlakçıya çatdırılmasında əsas vasitəçi rol oynayır.

   Ticarət həm də müəyyən xidmət sahələri ilə əhatə olunub. Burada xidmətlər iki cür olur. Məsələn, əmtəələrin yerləşdirilməsi, saxlanılması s. bu xidmətlər yeni istehlak qiyməti yaratmayaraq sadəcə, əmtəənin qiymətinə daxil olur.

   Amma ticarətin inkişafı ayrıca xidmət sahələrinin onun timsalında sahibkarlığın inkişafına da şərait yaradır. Ticarət var olduqca, inkişaf etdikcə əlavə müstəqil xidmət sahələri yaranır. Məsələn, əmtəələrin evlərə çatdırılması, texniki cəhətdən mürəkkəb əmtəələrin alıcının evlərində quraşdırılması, alıcılardan sifarişlərin qəbul edilməsi s.

   Ticarətin sadalanan önəmli cəhətlərini nəzərə alaraq Azərbaycanda da müstəqilliyin ilk illərində bu sahədə sərbəstliyin yaradılması üçün ciddi addımlar atılıb. Ölkəmizdə ticarəti tənzimləyən ayrıca nazirliyin olması, dövlət proqramının mövcudluğu bunun təsdiqidir. Ticarət Nazirliyinin əsas funksiyası dövlətin daxili xarici ticarətinin idarə edilməsindən, digər mərkəzi icra hakimiyyəti orqanlarının bu sahədəki fəaliyyətinin mövcud qanunvericiliyə uyğun olaraq əlaqələndirilməsindən ibarət idi. Lakin sonralar Ticarət Nazirliyi ləğv edildi onun səlahiyyətləri İqtisadi İnkişaf Nazilrliyinə verildi.

   1999-2002-ci illər üçün ticarətin inkişafı üzrə Dövlət Proqramı da təsdiq edilib. Bu proqra ixrac potensialının inkişafının təmin edilməsi ixracın strukturunun təkmilləşdirilməs, istehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, idxalın səmərəliliyinin artırılması, texnoloji yeniləşmənin həyata keçirilməsi ölkənin güclü iqtisadi potensialının yaradılması məqsədilə investisiyaların kreditlərin prioritet sahələrə cəlb edilməsi, daxili bazarda azad rəqabət mühitinin inkişaf etdirilməsi, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi, ticarət, iaşə digər növ xidmət sahələrində vahid informasiya-uçot sisteminin yaradılması, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi kimi mühüm məsələləri həll etməli idi. Bu proqrama uyğun olaraq Azərbaycanda Tarif Şurası yaradıldı. Proqramda lizinq fəaliyyətinin genişləndirilməsi, ticarətin müasir tipli infrastrukturunun yaradılması, milli standartlar sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, haqsiz rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi, Ümumdünya Ticarət Təşkilatına qəbul prosesinin sürətləndirilməsi s. kimi məsələlər qarşıya hədəf kimi qoyuldu.

   Həm dövlət proqramının icra müddətində, həm sonralar görülən tədbirlər ona xidmət etdi ki, Azərbaycanın daxilində ticarətin böyüməsi davamlı xarakter daşıdı. Hər il orta hesabla daxili ticarətin həcmi 10% artaraq 2011-ci ildə pərakəndə ticarətin həcmi 15,88 milyard manata yüksəldi. Eyni dinamika 2012-ci ilin yanvar-noyabr aylarında da davam edib pərakəndə ticarət şəbəkəsində 15,4 milyard manat məbləğində ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4% çox istehlak malları satılıb. Satılmış ərzaq məhsullarının həcmi 2,4% artaraq 8,6 milyard manata, qeyri-ərzaq mallarının həcmi 19,9% artaraq 6,8 milyard manata bərabər olub.

   Daxili ticarətin genişlənməsində xarici ticarətin böyük payı var. Ötən illərdə Azərbaycandan ixracla bərabər idxal da kəskin artıb. İxracda böyük üstünlük dövlət sektorunun əlində olsa da idxalda dominantlıq özəl sektora məxsusdur.

   2012-ci ilin yanvar-oktyabr aylarında xarici ticarətlə 7919 hüquqi fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarında özəl sektorun payı 4,5%, idxal əməliyyatlarında özəl sektorun payı 78,1% təşkil əşkil edib.

   Ticarət sahəsi, həm daha çox sahibkarın fəaliyyət göstərdiyi sahədir. 2011-ci ilin məlumatına əsasən 440213 sahibkarlıq subyekti olub. Onlardan 75,632 mini hüquqi şəxs, qalanı fiziki şəxs qismində fəaliyyət göstərən sahibkarlardır. Hüquqi şəxs statusu ilə fəaliyyət göstərən sahibkarların 20,37 mini ya 27%-i, fiziki şəxslərin isə 150,8 mini ya 41,36%-i ticarət sahəsində çalışır.

   Beləliklə, sahibkarlar üçün çox sevimli sahə olan ticarət xidmətlər bir o qədər istehlakçıları maraqlandıran sahədir. Məhz ticarətin düzgün, ədalətli, təhlükəsiz təşkili istehlakçıların da marağına uyğundur. Çünki ticarətin əsas iştirakçılarından biri müəssisələrlə yanaşı həm istehlakçılardır. Sahibkar üçün ticarətdə iqtisadi mənfəət əsasdırsa, istehlakçı üçün isə keyfiyyətli əmtəə önəmlidir. Buna görə , satış üçün öz məhsullarını təklif edən sahibkarlar əhalinin tələbatını öyrənməlidir. Əslində bazar sahibkarlardan bu oyun qaydalarına əməl etməyə məcbur edir. İstehlakçının tələbatını nəzərə almayan sahibkar gec-tez iflas edir.

   Azərbaycanda da son illərə qədər istehlakçı haqlarının ticarət müəssisələri istehsalçılar tərəfindən pozulması faktlarına tez-tez rast gəlinirdi. İlk illərdə sahibkarlığın inkişafının çətin dövrlərini nəzərə alaraq keyfiyyət, istehlakçı haqlarına əhəmiyyət verilmədi. Lakin sonralar ticarətdə əhaliyə keyfiyyətli mal satışının səmərəli təşkili alıcı tələbinə uyğun qurulması prosesi sürətləndi. Ticarətdə müddəti keçmiş keyfiyyətsiz malların satışının qadağan edilməsi belə hallara qarşı dünyanın inkişaf etmiş ölkələrində mövcud olan çox ciddi sərt cəza tədbirləri görülməsi öz müsbət faydasını verdi. Belə kompleks tədbirlər hazırda Azərbaycanda da həm topdan, həm pərakəndə ticarətin xeyli dərəcədə qaydaya salınmasına, keyfiyyətli xidmətin təşkilinə sövq etdi.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.-11 dekabr.- S.-9