Suraxanı rayonunun sosial-iqtisadi inkişafı;

real vəziyyət və perspektivlər

 

"Bakı şəhəri həddən artıq əlverişli məkanda yerləşir və ticarət yollarının üstündə olduğundan cəmi müsəlman tacirlərinin ora baş çəkmələri müzayiqdir". XIV əsrdə ərəb tarixçilərindən birinin yazdığı bu kəlmələr əsrlər boyu Bakı haqqında dolaşan həqiqətlərdən olub.

   Mövcud olduğu dönəmlərdən elmziya sahiblərindən tutmuş, tacirlərədək minlərlə insan dünyanın müxtəlif istiqamətlərindən Bakıya gəlib. Kimi burada qalıb, kimi də şəhərdən keçib yoluna davam edib.

   Lakin hər gələn özü ilə Bakıya mədəniyyətinin bir parçasını, irs və ənənələrinin ünsürlərini gətirib. Bakı böyük meqapolisurbanistik şəhər olmaqla yanaşı, Qərb və Şərq mədəniyyətlərinin üzvi qovuşduğu məkan, Şərq üçün Qərbin, Qərb üçün də Şərqin qapısı rolunu oynayan yerdir.

   Əsrlər keçdikcə Bakı kosmopolitləşmək əvəzinə, yerli mədəniyyətlə gəlmə nüansların üzvi birləşməsini ortaya qoysa da, özünü və özlüyünü qorumağa nail olub.

   Bakı günümüzdə də öz gözəlliyi və inkişaf tempinə görə Avropanın ən qabaqcıl şəhərlərindən belə geridə qalmır. Ancaq Bakının dünyaca məşhur olmasında rayonlarının da müstəsna rolunun olduğu xüsusi qeyd olunmalıdır. Bu yazıda da məhz "Bakının ürəyi" adlandırılan, paytaxtın ən iri sənaye və neft rayonu olan Suraxanıdan bəhs edəcəyik. Suraxanıda dövlət tərəfindən qorunan xüsusi əhəmiyyətə malik çoxsaylı tarixi abidələrin mövcudluğu, Şərq mədəniyyətinin qiymətli nümunələrinə rast gəlinməsi rayonun qədim tarixə malik olmasını sübut edir.

    "İnsanların problemləri həll olunmalıdır"

   Azərbaycanın bütün rayon və şəhərlərində olduğu kimi, Suraxanı rayonunda da sosial-iqtisadi inkişaf, tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Görülən bu işlər, əlbəttə ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "2011-2013-cü illərdə Bakı və onun ətraf kənd və qəsəbələrinin iqtisadi inkişafı dövlət proqramı" ilə bağlı sərəncamına uyğun həyata keçirilir. Rayonun Bülbülə kəndinin sakinləri ilə görüşündə də prezident məhz həmin proqramda nəzərdə tutulan məsələlərdən söz açmışdı. Onun sözlərinə görə, Bakıətrafı qəsəbələrdə səkkiz yüz mindən artıq əhali yaşayır və o insanların problemləri həll olunmalıdır: "Həm yerləri açılmalı, həm sahibkarlıqla məşğul olanlar üçün güzəştli kreditlərin verilməsi və infrastruktur layihələrinin icrası təmin edilməlidir. Hesab edirəm ki, bir neçə il ərzində qəsəbələrin əsas sosial- iqtisadi məsələləri öz həllini tapacaqdır. Hər halda bunu etmək üçün bizdə bütün imkanlar vardır. Birinci, siyasi iradə, problemlərin həlli üçün düşünülmüş siyasət və proqram vardır. İkincisi, indi hamı görür ki, ölkəmiz inkişaf edir, maliyyə imkanlarımız artır. Aparılan islahatlar hesabına bu gün Azərbaycan iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrdəndir. Bu da bizə imkan verəcək ki, problemləri tezliklə həll edək".

   Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da jurnalistlərə bildirib ki, rayonda görülən işlərin əksəriyyəti dövlət başçısının tapışrığına əsasən icra edilib. İcra başçısının bildirdiyinə görə, həyata keçirilən tikinti-quruculuq işləri, icra edilən Dövlət Proqramları ilə şəxsən tanış olmaq məqsədilə prezident bir neçə dəfə rayonda olub. Ümumi qənaət ondan ibarət olub ki, ölkəmizdə gedən inkişaf Suraxanı rayonuna da müsbət təsirini göstərib: "Rayonda dövlət və yerli proqramların icrası uğurla davam etdirilib. Ümumilikdə dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Suraxanı rayonunda nəzərdə tutulmuş 102 tədbirin 31-i tam icra olunub, 47-nin icrasına başlanılıb. Nəticə etibarilə başa çatdırılan tədbirlər sözügedən proqramın 76,5 faizini təşkil edib".

   İcra başçısı İ.Abbasov onu da qeyd edib ki, görülən əməli tədbirlər nəticəsində rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olmuş ərizə və şikayətlərin sayı ötən illərlə müqayisədə kəskin şəkildə azalıb. Məsələn, başçının dediyinə görə, hesabat dövründə ümumilikdə daxil olmuş 2682 müraciətdə qaldırılmış məsələlərdən 1354-ü müsbət həllini tapıb. Bu dövr ərzində RİH başçısı tərəfindən 612 vətəndaş qəbul edilib.

 

   Bu il ərzində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən çoxsaylı layihələr, tədbirlər həyata keçirilib, İcra Hakimiyyətinin müasir tələblərə cavab verən yeni inzibati binası istifadəyə verilib, icra hakimiyyətinin uyğun veb-saytı, reklam çarxları və rayon barədə sənədli film hazırlanıb. Rayonda aparılan quruculuq işlərinin statistikasına nəzər salanda böyük bir siyahı göz önündə canlanır. Məsələn, "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun ətrafı abadlaşdırılıb, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında yerləşən 228 fərdi yaşayış evində 33,4 min kv.m dam örtüyü dəyişdirilib.

   Suraxanı rayon İcra Hakimiyyətinin qarşısında duran əsas vəzifələrdən birisu-kanalizasiya sisteminin yaxşılaşdırılması, məktəblərin, bağçaların, mədəniyyət evlərinin təmiri, yenidən qurulmasıdır. Artıq rayonda təhsil sisteminin maddi-texniki bazasını möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmiş, məktəb invertarları və ləvazimatları alınıb paylanmış, 6 məktəb, 5 uşaq evi, 2 səhiyyə müəssisəsi əsaslı təmir edili.

   Cari ildə Suraxanı rayonu təhsil sahəsində bir sıra uğurlar əldə edib. Belə ki, 2011-2012-ci tədris illərində rayon məktəblərinin 3 şagirdi orta məktəbi "Qızıl medal"la başa vurub, 819 nəfər tələbə adını qazanıb və onlardan 3-ü Prezident təqaüdçüsü adına layiq görülüb.

   Hövsan qəsəbəsi iki aydır ki, fasiləsiz Qəbələ suyu ilə təmin olunub. Kanalizasiya sisteminin çəkilməsi ilə bağlı layihə təsdiq olunaraq ekspertizadan keçib. Gələn ilin əvvəllərində bu problemin də həllini tapacağı gözlənilir. İndiyə kimi 94 ədəd 9 və 5 mərtəbəli yaşayış binasında su borularının pilləkən qəfəslərinə çıxarılması, sayğacların quraşdırılması və zirzəmilərdəki kanalizasiya borularının dəyişdirilməsi işlərinə başlanılıb. Qəsəbədə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli bina inşa edilib, 19 ədəd çoxmərtəbəli yaşayış binalarında 23,5 min kv.m. dam örtüyü dəyişdirilib.

   Əhalinin məşğulluğu ilə bağlı problem yoxdur

   Əhalinin məşğulluğu ilə bağlı Suraxanı rayonunda ciddi problem yoxdur. Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 860 nəfərdən 505 nəfəri işlə təmin olunub, 86 nəfərə işsizlik statusu verilmiş, 95 nəfərə işsizlik müavinəti təyin edilib, 28 nəfərsə peşə hazırlığı kurslarına göndərilib.

   Eyni zamanda, cari ilin 9 ayı ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3497 ailəyə 3,9 milyon manat məbləğində ünvanlı sosial yardım verilib, imtiyazı olan 7255 vətəndaşa 3,5 milyon manat məbləğində sosial müavinət ödənilib, 73 əlil istirahət mərkəzlərinə göndərilib.

   Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 123,6 min manat vəsait toplanıb, artım 21,2 faiz təşkil edib, 826 nəfərə pensiya təyin edilib, bu dövr ərzində 26469 nəfər təqaüdçüyə xidmət göstərilib və 38,4 milyon manat pensiya ödənilib.

   Rayon sakinlərini elektrik enerjisi ilə təmin etmək məqsədilə də məqsədyönlü işlər görülüb. Belə ki, rayonun qəsəbələrində əhalini elektrik enerjisi ilə təmin edən xeyli sayda güc transformatorları dəyişdirilərək daha güclülərilə əvəz edilib. Eyni zamanda qaz təminatı ilə əlaqədar böyük işlər görülmüşdür, qəsəbələrdəki köhnə qaz boruları dəyişdirilərərk yenilərilə əvəzlənib.

   Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında 9 ay ərzində rayon əhalisinə 982 ton kənd təsərrüfatı məhsulları satılıb. Bununla yanaşı, dövlət başçısının sərəncamı ilə Suraxanı rayonu üzrə həyata keciriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbirlər nəzərdə tutulub. Nəzərdə tutulan tədbirlərdən 37-si təhsil, 11-i isə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün yanğına qarşı su hövuzlarının tikintisi və təmirinə aid tədbirlərdir. Rayonunun küçə və yollarına, məhəllələrə 200 min kv.m asvalt örtüyü salınıb.

   Suraxanı gəncləri rayonun ictimai-siyasi həyatında ön yerdədirlər. Gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün rayonda "Gənclər Evi"nin, mini-futbol meydançasının, Olimpiya idman zalının, Şahmat məktəbinin tikintisinə başlanılıb.

   Sahibkarlar üçün Bülbülə və Qaraçuxur qəsəbələrində kredit yarmarkaları təşkil edilərək rayonda olan 14 sahibkara 1 milyon 44 min manat məbləğində kredit verilib. Rayonun ekoloji durumunun sağlamlaşdırılması sahəsində də işlər davam etdirilib. Rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən neftlə çirklənmiş 18,7 hektar torpaq sahəsi tullantılardan təmizlənib, ümumi sahəsi 15,6 hektar olan 46 neft-su gölməçələri qurudularaq ləğv edilib.

   Bayram günlərində rayonda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə, şəhid ailələrinə, Böyük Vətən müharibəsi veteranlara, Qarabağ əlillərinə, aztəminatlı ailələrə icra hakimiyyətinin vəsaiti hesabına mütəmadi olaraq ərzaq, geyim və digər yardımlar olunur. Hər il "Yeni il" bayramında rayonda məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin uşaqları, o cümlədən şəhid ailələrinin, Suraxanı əlillərinin, aztəminatlı ailələrin uşaqları üçün "Yeni il" şənliyinin qəhrəmanları olan Şaxta BabaQar Qızın iştirakı ilə ənənəvi olaraq təntənli bayram şənlikləri təşkil edironlara bayram hədiyyələri göndərir.

   Bütün bunlardan əlavə, Suraxanı rayonunda kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır, onların rayon ərazisində fəaliyyət göstərən internat məktəbinə yaşayış və təhsil səviyyələri ilə maraqlanır, uşaq evlərinə mütəmadi olaraq ərzaq, geyim və dərs ləvazimatları göndərərək gələcək nəslin qayğısız, problemsizsağlam böyümələri üçün əlindən gələn köməkliyi əsirgəmir.

    "Görülən işlər əhalidə ruh yüksəkliyi yaradır"

   Qaraçuxur qəsəbəsində söhbətləşdiyim Qarabağ əlili Ramiz Şəkərov rayonda gedən quruculuq işləri bağlı onun da fikirlərini yazmağımı xahiş etdi. R.Şəkərovun sözlərinə görə, rayonun ictimai-siyasisosial-iqtisadi mühitindəki bu ab-hava, səliqə-sahman suraxanılıların ürəyincədir. Rayon rəhbərliyi, xüsusən icra hakimiyyətinin başçısı Suraxanının inkişafıyla bağlı bütün təklif və tövsiyələri dinləməyə, qəbul etməyə daim hazır olduğunu bildirib. Həmsöhbətimin fikrincə, son vaxtlar rayonda aparılan quruculuq işləri, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər əhalidə ruh yüksəkliyi yaradır.

   Bütün bunlar onu göstərir ki, Suraxanı rayonunun daha da inkişaf etdirilməsini nəzərdə tutan mövcud ciddi layihələrin, planların həyata keçirilməsinə rayon rəhbərliyi tərəfindən böyük əhəmiyyət verilir. Çeşidli sahə və müstəvilərdə aparılan yenidənqurma və quruculuq işləri, eləcə də,bu yöndəki təşəbbüslər heç şübhəsiz ki, Suraxanının respublikamıza verdiyi töhfələri daha da artıraraq rayonun rəngarəngləşməsinə xidmət edəcək.

   Bakı şəhər ərazisinin əhəmiyyətli bir hissəsini təşkil edən Suraxanı rayonunda sosial və iqtisadi problemlərinin həll olunmasında diqqətə layiq göstəricilərin əldə olunması məhz rayon icra hakimiyyətinin fəaliyyəti ilə bağlıdır.

   İnanıram ki, Suraxanı haqqında indiki statusundan dolayı, bundan sonra da yazılacaq yazılar, burada həyata keçiriləcək layihələr, görüləcək işlər və atılacaq addımlar bu rayonun adını Bakının rayonları sırasında əlahiddə yerə yazacaq.

 

Xanoğlan ƏHMƏDOV

 

Ekspress.-2012.-11 dekabr.-S.-11.