Sahibkarlarqlobal çağırışlar

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Son 20-30 il iqtisadi sərhədlərin getdikcə ortadan qalxdığı dövr kimi qiymətləndirilir. Dünya iqtisadi baxımdan yeni bir mərhələni yaşayır və bu mərhələdə ayrı-ayrı ölkələrin iqtisadi siyasəti yox, qlobal çağırışlar əsas götürülür.

   Artıq müasir dünya qloballaşmış dünyadır və bütün sahələrdə olduğu kimi iqtisadiyyat sahəsi üzrə də dövlətin siyasətində, irili-xırdalı sahibkarların biznes fəaliyyətində qlobal tələblərə əməl etmək labüddür. XX əsrin sonu və XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiyakommunikasiya texnologiyaları, bununla bağlı yeni təkan alan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir. Bu mənada Azərbaycan istisna deyil. Qlobal xarakterli amillər ölkə həyatının demək olar ki, bütün sahələrində - iqtisadi, sosial, siyasi, humanitar-mədəni və s. sahələrdə gedən proseslərin axınına nüfuz edir. Bununla yanaşı, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da öz mənşəyinə və təsir dairəsinə görə regional (region ölkələrinə xas olan), yaxud ölkədaxili xarakter daşıyan amillər mövcuddur ki, onların da ölkənin ictimai həyatının müxtəlif sahələrinin idarə edilməsində nəzərə alınması səmərəli siyasətin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir.

   Qloballaşma bu gün elə bir səviyyəyə çatıb ki, bu prosesdə iştirak etmək artıq zəruri hala gəlib. Bu, xüsusilə də Azərbaycan kimi kiçik ölkələr üçün daha böyük bir məna kəsb edir. Əlbəttə ki, hər hansı bir ölkənin hökuməti tək tərəfli olaraq bu prosesdə iştirak etməyi rədd edə bilər. Ancaq bu gün telekommunikasiya texnologiyaları elə bir səviyyəyə çatıb ki, belə bir qərarın təsiri məhdud olacaq. Bundan başqa, iqtisadi olaraq belə bir qərardan doğacaq daxilixarici təzyiqlərə tab gətirə bilmək çox çətindir. Həmçinin belə bir siyasət bugünkü dünyada əlverişli deyil.

   Buna görə də dövlətin iqtisadi tənzimləmə siyasəti ilə bərabər, sahibkarlar da iqtisadi fəaliyyətlərində təkmilləşdirmə aparmalı, yenilikləri tətbiq etməkdə gecikməməlidir. Məsələn, əgər bir sahibkar maddi istehsalla məşğul olursa istehsal edilən məhsulun keyfiyyəti, qablaşdırılması, istehsal şəraitinin ekoloji təmizliyi, ümumi istehsal prosesinin idarəedilməsi və s. qlobal standartlara cavab verməlidir.

   Öz məhsullarını ixrac etmək haqqında düşünən sahibkar xarici bazarların tələblərinə hökmən uyğun məhsul istehsal etməlidir. Əks halda ixrac arzusu sahibkarın düşüncəsindən uzağa gedə bilməyəcək.

   Qloballaşmanın bir əlaməti investisiya qoyuluşlarının artması ilə bağlıdır. Sadəcə ayrılıqda götürdükdə ölkələr deyil, ayrı-ayrı sahubkarlar da qlobal səviyyədə hərəkəti asanlaşan investisiyalardan bəhrələnmək imkanı var.

   Ölkələr ehtiyac duyduqları investisiyanı cəlb edərək daha yüksək investisiya səviyyəsinə və iqtisadi artıma nail ola bilərlər. Bundan başqa cəlb edilən kapitalla birlikdə ölkələrə yeniüstün texnologiyalara da sahib olurlar.

   Qloballaşmanın verdiyi bu imkanlar daxili imkanları ilə inkişaf edə bilməyən ölkələr üçün xüsusi əhəmiyyətlidir. Məsələn, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində, neftqaz hasilatının həyata keçirilməsində, qeyri-neft sektoruna aid istehsal və xidmət müəssisələrinin yaradılması xaricdən kapital axınının və cəlb edilən yeni texnologilar hesabına mümkün olub. Xarici investisiyaların cəlb edilməsi nəticəsində ölkədə məhsuldarlıq artır. Eyni zamanda sərbəst kapital hərəkətləri hökumətləri makro iqtisadiyyatı daha səriştəli idarə etməyə təşviq və məcbur edir, ölkənin daxili maliyyə bazarlarının dərinliyini və genişliyini artırır.

   Qlobal çağırışlara uyğunlaşmaq məsələsi, onun vacibliyi "Azərbaycan - 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasinda da öz əksini tapıb. Konsepsiyada qeyd edilir ki, qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə fəallaşması ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi, innovativ yeniliklərin nüsxələşdirilməsi, onların istehsal sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Bu, əslində qloballaşmanın "müsbət yüklü" effektidir və getdikcə daha da artan sayda ölkələrin innovasiyalar sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki standartlardan və idarəetmədə yeni metodlardan yararlanmasına imkan verir. Proqnozlara görə, yaxın və ortamüddətli gələcəkdə dünya iqtisadiyyatının artımı məhz bu amilin təsiri nəticəsində baş verəcək.

   Növbəti illərdə dünya üzrə ticarətin istehsala nəzərən daha yüksək sürətlə artacağı, qloballaşma ilə birlikdə regional inteqrasiyaların da genişlənəcəyi gözlənilir. Beynəlxalq ticarət, rəqabət, intellektual mülkiyyət və ətraf mühitlə bağlı yeni standartların müəyyənləşəcəyi və bu istiqamətdə beynəlxalq təşkilatların rolunun güclənəcəyi ehtimal olunur. Beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə yüksək əlavə dəyər yaradan sahələri təşviq edən ölkələrin qlobalregional səviyyədə rəqabətə davamlılıqlarının artacağı gözlənilir. Sənayenin innovasiyalar əsasında inkişafı elmtexnologiya potensialının gücləndirilməsi və təhsil imkanlarının genişləndirilməsi nəticəsində mümkün olacaq.

   İnkişaf etməkdə olan ölkələrin məhsuldarlığa əsaslanan iqtisadi artıma nail olmaları və müqayisəli üstünlüyü olan yeni istehsal sahələrini formalaşdırmaları zəruridir. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas məsələ dünya ölkələrinin inkişaf prosesində geriliyə yol verməmək, orta və uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının xammal əlavəsinə və texnoloci "autsayderə" çevrilmək təhlükəsinin qarşısını almaq, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdir. Başqa sözlə, artıq indidən ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na keçidin əsasları qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. Bu isə iqtisadi modelin formalaşdırılmasında müvafiq tələblər irəli sürməklə bərabər, təhsil sisteminin də kökündən dəyişdirilməsinə, əlavə təhsil, həyat boyu təhsil kimi təhsil komponentlərinin əhəmiyyətinin artırılmasına gətirib çıxarır, həmçinin, informasiya kommunikasiya texnologiyaları və virtual tədrisin, kompüter-şəbəkə biliklərinin rolunun gündə-günə genişlənən miqyasda artırılmasını nəzərdə tutur.

   Qeyd edək ki, qloballaşma geniş imkanlarla yanaşı, dünyada bazarlar uğrunda rəqbəti də gücləndirir. Növbəti illərdə dünya iqtisadiyyatının əsas mərkəzləri arasında tarazlığın dəyişməsi və bununla əlaqədar onun strukturca yenidən qurulması, regional iqtisadi ittifaqların rolunun güclənməsi ilə fəqlənəcək. Azərbaycan üçün bu, həm xarici iqtisadi inteqrasiya baxımından yeni imkanlar açır, həm də sosial-iqtisadi inkişafın istiqamətlərində ümumdünya kontekstini üstün tutmağı, lokal regional dairədə aparmamağı, müxtəlif iqtisadi məkanların təsərrüfat əlaqələrində və bazarlarında iştirak etməkdən yararlanmağı qarşıya qoyur. Hazırda, birbaşa xarici investisiyaların həm təyinat yeri, həm də mənbəyi kimi inkişaf etməkdə olan iqtisadiyyatların xüsusi çəkisi artmaqdadır. Postböhran dövründə yüksək gəlirli ölkələrin iqtisadi artım tempinin inkişaf etməkdə olan ölkələrdən təqribən iki dəfə aşağı olacağı proqnozlaşdırılır. Nəticədə, inkişaf etməkdə olan ölkələr qlobal iqtisadi artımın əsas lokomotivini təşkil edəcəkdir. Azərbaycan da bu qrup ölkələrə aid olduğundan yeni çağırışlara hökmən hazır olmalıdır.

   Qloballaşmanın səciyyəvi xüsusiyyətlərindən biriyeni texnologiyaların, innovasiyaların yayılması kimi müsbət təsirli amillə yanaşı, mənfi yüklü iqtisadi proseslərin də yayılması, bu proseslərin ümumdünya təsərrüfat inteqrasiyasına cəlb olunmuş ölkələri "öz cənginə almaq" bacarığıdır. Bu mənada 2008-ci ildə başlayanindiyeni dalğada davam edən qlobal iqtisadi böhran tarixdə öz əhatə dairəsinin genişliyi ilə fərqlənir. Azərbaycan iqtisadiyyatı qlobal böhranı kifayət qədər hazırlıqlı qarşılayıb, böhran dövründə investisiya risklərinin yüksək olmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının təsirlərinə baxmayaraq, xalis beynəlxalq investisiya mövqeyindəki profisit və manatın məzənnəsinin sabitliyi qorunub. Bu, böhrandan öncəki dövrdə ölkədə həyata keçirilən rasional makroiqtisadimonetar siyasət, yaradılan valyuta ehtiyatları, maliyyə risklərinin qabaqlayıcı recimdə idarə olunması sayəsində mümkün olub.

   Beləliklə, iqtisadi qloballaşma milli iqtisadi sistemlərin vahid bir iqtisadi sistem halında birləşməsi, onların qarşılıqlı asılı vəziyyətə gəlməsi və bununla da ölkələr arasındakı bütün iqtisadi münasibətlərin liberallaşmasını tələb edir. Belə bir düşüncə mövcuddur ki, milli dövlətlər arasında hər cür maliyyə, iqtisadiinformasiya sərhədləri götürülməli, azad iqtisadiyyat və ticarət, azad rəqabət, maksimum sərbəstlik üçün münbit şərait yaradılmalıdır. Qloballaşmanın həqiqi mahiyyəti əslində elə bundan ibarətdir. O, iqtisadi inteqrasiya ideyalarının həyata keçirilməsinin yenidaha da təkmilləşdirilmiş formasını müəyyənləşdirir. Lakin hətta ən inkişaf etmiş dövlətlərin özündə belə qloballaşmadan ehtiyatlananların, bu ideyanın millətlərin özünəməxsus tarixi nailiyyətlərini, milli və mənəvi dəyərlərini məhv edəcəyini düşünənlərin olmasına baxmayaraq, qloballaşmanın əsas üstünlüklərindən biri də məhz elə bundan ibarətdir ki, o dünyəvi inteqrasiyanı hər bir xalqın milli maraqları kontekstində təsəvvür etməyə imkan verir.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.-12 dekabr.-S.-9