Biznes mədəniyyəti

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

     

    Sahibkarlığa dəstək sahəsində vacib tədbirlərdən biri də sahibkarların maarifləndirilməsidir.            Belə bir fikir var, hər kəs sahibkar ola bilər, amma hər kəs biznesini etibarlı, düzgün idarə edə bilməz.

   Bu fikir xüsusilə fərdi, kiçik və mailiyyə imkanları məhdud olan sahibkarlar üçün keçərlidir.

   Hüquqi şəxs qismində fəaliyyət göstərən müəssisələrdə və maliyyə imkanları yaxşı olan fərdi sahibkarlıq subyektlərində sahibkarın biznesə, kapitalın idarə edilməsinə dair biliyinin olmaması ciddi çətinliklər yaratmaya bilər. Onlar digər təcrübəli, bilikli şəxslərin xidmətindən istifadə etmək imkanına malikdir. Lakin bütün fərdi və kiçik sahibkarlar yaxşı maliyyə imkanlarına sahib olmadığından, biznesini özünün birbaşa idarə etməsi zəruridir. Buna görə də həmin sahibkarların biznesə dair biliklərinin inkişaf etdirilməsi lazımdır. Əslində, bütün sahibkarların biznesə dair biliklərinin olması tövsiyə edilir. Ancaq böyük biznesə sahib olan sahibkarlar etibarlı və bacarıqlı idarə heyətini seçməklə bu "əziyyətdən" azad olurlar. Fərdi və kiçik sahibkarlar isə qeyd edilən imkanlara sahib olmadığından müəssisənin təsisçisi kimi, onun meneceri də olmalıdır.

   Bu incəlikləri nəzərə alan Azərbaycan hökuməti sahibkarlara göstərilən dəstəyin tərkib hissəsi kimi onları maarifləndirməyi də lazım bilib. Sahibkarların maarifləndirilməsi işinin sistemli aparılması məqsədilə isə 2007-ci il avqustun 1-də də İqtisadi İnkişaf Nazirliyinin tabeliyində Bakı Biznes Tədris Mərkəzi (BBTM) yaradılıb. Mərkəzin fəaliyyəti ilə bağlı bütün xərclər dövlət büdcəsi hesabına maliyyələşdirilir.

   BBTM-in əsas fəaliyyət istiqamətləri Azərbaycanda sahibkarlığın inkişafının innovasiya-tədris-konsaltinq sisteminin formalaşdırılması vasitəsilə sahibkarların, adamlarının və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsindən, onların informasiya, innovasiyakonsaltinq xidmətlərinə olan tələbatlarının dolğun şəkildə ödənilməsindən, regionlarda işgüzar fəallığın artırılmasından, eyni zamanda əhalinin geniş təbəqələrinin, xüsusən də gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, sahibkarlıq subyektlərində kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsindən ibarətdir. Bununla əlaqədar, sahibkarların təcrübə keçmə, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi, hüquqiiqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirilir. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda genişləndirilməsi məqsədi ilə 2009-cu il martın 2-dən 6 rayonda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki) mərkəzin nümayəndəlikləri yaradılıb.

   Bununla yanaşı, Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniyanın Federal İqtisadiyyatTexnologiyalar Nazirliyi ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında memorandum imzalanıb. Memorandum çərçivəsində "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya Azərbaycan ikitərəfli Proqramı"nın icrası İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinə və Almaniyanın Federal İqtisadiyyatTexnologiyalar Nazirliyinin "InWent" təşkilatına həvalə edilib. Sənədə əsasən, Azərbaycanın özəl sektorunda biznesin idarə olunması sahəsində fəaliyyət göstərən kadrların Almaniyada tədris və təcrübə keçməsinə, onların beynəlxalq təcrübə toplamasına, alman şirkətləri ilə birbaşa əlaqələrin qurulmasına, peşəkar və mədəni dünyagörüşlərinin artırılmasına şərait yaratmaqdır.

   2009-2011-ci illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 88 nəfər sahibkar və gənc menecerlər Almaniyanın müxtəlif şəhərlərində "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ixtisasartırma kursu keçib ki, bunların da 20 nəfəri 2010-cu, 52 nəfəri 2011-ci il ərzində göndərilib.

   BBTM özünə gəlincə mərkəz fəaliyyətini əsasən iki istiqamətdə qurur. Bunlardan birincisi Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqifiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsidir. Digər istiqamət isə sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və məsləhət xidmətlərinin göstərilməsidir.

   BBTM-nin təlim keyfiyyətinin artırılması üçün mərkəzin təlim şəbəkəsinə yeni-yeni üzvlər daxil edilir. Bu məqsədilə mərkəz tərəfindən hazırlanan tədris modulları üzrə İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Xəzər Universitetinin, Azərbaycan Turizm İnstitutunun, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və digər təşkilatların əməkdaşları mərkəzin trenerlər şəbəkəsinə daxil edilib, onlar üçün zəruri treninqlər (trenerlərin treninqi) keçirilib və şəbəkənin daha da genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər davam etdirilir.

   Ümumiyyətlə, 2007-2011-ci illərdə 452 tədbir keçirilib. 2007-ci ildə 40, 2008-ci ildə 72, 2009-cu ildə 76 tədir, 2010-cu ildə 120, 2011-ci ildə 144 tədbir təşkil olunub. 2010-cu il ərzində sahibkarların maarifləndirilməsi məqsədilə keçirilən 120 tədbirin 90-nı regionların öhdəsinə düşür. Bu tədbirlərdə 4000-dən çox dinləyici iştirak edib. 2011-ci il ərzində BBTM və onun regional nümayəndəlikləri tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə təşkil edilən 144 tədbirin 80-ni regionların öhdəsinə düşür. Bu tədbirlərdə 5140 dinləyici iştirak edib.

   İlkin məlumatlara əsasən 2012-ci ildə mərkəz tərəfindən 132 tədbir keçirilib.

   Mərkəz sahibkarlara müəyyən xidmətlər də göstərir. Məsələn, mərkəzin sahibkarlar üçün konsaltinqinnovasiya xidmətləri var.

   2010-cu ildə BBTM və onun nümayəndəlikləri tərəfindən Bakı şəhəri və regionlarda müraciət edən sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərə sahələr üzrə 1296 innovasiya, konsaltinq və məsləhət xidmətləri göstərib. Bakı şəhərində 48, regionlar üzrə Gəncədə 109, Göyçayda 346, Lənkəranda 315, Qazaxda 238, Yevlaxda 86, Şəkidə 154 nəfərə innovasiya, konsaltinq və məsləhət xidmətləri olub.

   2011-ci il ərzində isə mərkəz və onun regional nümayəndəlikləri tərəfindən Bakı şəhəri və regionlarda müraciət edən sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərə müxtəlif sahələr üzrə 1237 məsləhət xidmətləri göstərib. Bakı şəhərində 102, mərkəzin nümayəndəliklərinə müraciət edən şəxslərə isə cəmi 1135, həmçinin regionlar üzrə: Gəncədə 44, Göyçayda 405, Lənkəranda 282, Qazaxda 199, Yevlaxda 138, Şəkidə 67 nəfərə məsləhət xidmətləri göstərilib.

   Araşdırmalar nəticəsində müəyyən olunub ki, sahibkarların, adamlarının və sahikarlığa yeni başlamaq istəyənlərin hüquqi, sosial, maliyyə, idarəetmə, strateji, marketinq, kadr, informasiya texnologiyaları sahəsində göstərilən konsaltinq xidmətlərinə tələbatı daha yüksəkdir.

   Mərkəz sadəcə sahibkarlara deyil dövlət qulluqçularına da müxtəlif təlimlər keçir. Dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədi ilə BBTM və İqtisadi İnkişaf Nazirliyinin Elmi-Tədqiqat İnstitutu tərəfindən "Antikorrupsiya, etika, vicdanlılıq məsələləri" kursunun proqramı əsasında Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mütəxəssisləri tərəfindən nazirliyin əməkdaşları üçün təlim kurslari keçirib.

   Bundan başqa, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan) və "Azərbaycan Respulikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşması üzrə Fəaliyyət Proqramı"nın tələblərinə əsasən dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədi ilə BBTM tərəfindən dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə səviyyələrinin artırılmasına dair İKT kursu üzrə tədris planı və proqramı hazırlanıb. Proqrama uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları üçün adı çəkilən tədris planı və proqramı əsasında tədris kurslarının keçirilib.

   BBTM-in diqqət ayırdığı mövzulardan birikorrupsiya mövzusudur. Mərkəz, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu ilə birlikdə özəl sektor üçün korrupsiyanın mənbələri və təsiri, sahibkarlıq subyektlərinin fəaliyyətləri ilə bağlı rastlaşdıqları korrupsiya ilə əlaqədar hüquqpozma hallarının qarşısının alınması, ona qarşı mübarizə vasitələri və vətəndaşların dövlət orqanları ilə münasibətlərində hüquqları və bu sahədə sahibkarların maarifləndirilməsi məqsədilə treninqlərin təşkili ilə bağlı təkliflər hazırlayıb İqtisadi İnkişaf Nazirliyinə təqdim edib.

 

   Bundan başqa, "Korrupsiya riskləri və onların aradan qaldırılması" mövzusunda təlimlərin plan və proqramı da hazırlanıb nazirliyə təqdim olunub. Mərkəzin təşkilatçılığı, İqtisadi İnkişaf Nazirliyinin sahibkarliğin inkişafı siyasəti, hüquq, daxili nəzarət, ictimaiyyətlə əlaqələr şöbələrinin, korporativ idarəetmə sektorunun, nazirliyin müvafiq regional bölmələrinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı və müvafiq rayon icra hakimiyyətlərinin dəstəyi ilə ayrı-ayrı vaxtlarda regionlardapaytaxtda "Korrupsiya riskləri və onların aradan qaldırılması" mövzusunda tədbirlər keçirilib.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.-13 dekabr.-S.-9.