Akademik Akif Əlizadə AMEA-nın prezidenti seçildi

 

Yeni rəhbər: Akademiya tənəzzüldədir, elmə ÜDM-in vur-tut 0,2%-i ayrılır AMEA Rəyasət Heyətinin ştat sayı şişirdilib...

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 24-də keçirilən illik ümumi yığıncağında AMEA prezidenti səlahiyyətlərini icra edən akademik Akif Əlizadə 44 səslə Akademiyanın yeni prezidenti seçilib.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirak etdiyi iclası açan AMEA prezidenti vəzifəsini icra edən Akif Əlizadə bildirib ki, ötən hesabat iclasından sonra 9 görkəmli akademik dünyasını dəyişib.

Onların sırasında AMEA-nın sabiq prezidenti Mahmud Kərimov, Coğrafiya İnstitutunun sabiq direktoru Budaq Budaqov digərləri var.

AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev Akademiyanın 2012-ci ildəki fəaliyyətinə dair məruzə ilə çıxış edib. Daha sonra Akademiyanın yeni prezidentinin seçkisi keçirilib.

AMEA prezidentliyinə Akif Əlizadənin namizədliyini akademik Adilə Namazova irəli sürüb. Akademik Namazova deyib ki, Akif Əlizadə bu vəzifəyə daha layiqlidir. İclasda başqa namizəd irəli sürülməyib. Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçilir onların hamısı Akif Əlizadəyə səs verib.

AMEA prezidenti kimi ilk çıxışında Akif Əlizadə ona səs verən hər kəsə təşəkkür edib: "Elə vaxt olmayıb ki, çıxış üçün çətinlik çəkim. Amma bu dəqiqə həyəcan içindəyəm. Sizin hamınıza xoşbəxtlik arzulayıram. Respublikada gedən yaradıcılıq fəaliyyəti ilə fəxr edirəm. Qürur duyuram ki, bu yaradıcılıq fəaliyyətinin elm istiqamətində mənim payım var".

AMEA-nın yeni prezidenti bildirib ki, imkan dairəsində elmin inkişafı təmin ediləcək, elmin nüfuzunu yüksəltmək üçün işlər görüləcək. Akademik AMEA-da artıq 50 ildir çalışdığını bildirib: "Mən Geologiya İnstitutunda laborant kimi fəaliyyətə başlamışam. Bu gün söz verirəm ki, Azərbaycan elmini daha da inkişaf etdirəcəyəm. Mən Azərbaycan prezidentinə təşəkkür edirəm.

Ümid edirəm ki, oktyabrda hamımız onu dəstəkləyib yenidən dövlət başçısı seçəcəyik. Ümid edirəm ki, sizinlə əl-ələ verib Azərbaycan elminin, AMEA-nın nüfuzunu daha da qaldıracağıq" .

Akademiyanın prezidenti kimi gələcək prioritetlərini açıqlayan Akif Əlizadə bunları deyib: "AMEA Rəyasət Heyətinin (RH) fəaliyyətinin hətta səthi təhlili göstərir ki, vəziyyət heç lazımi səviyyədə deyil. Bir tərəfdən RH-nin ştat sayı şişirdilib, ayrı-ayrı struktur bölmələrinin funksiya vəzifələri kifayət qədər aydın ifadə edilməyib".

Onun sözlərinə görə, AMEA bölmələrinin fəaliyyəti çox zaman formal xarakter daşıyıb: "Elmin akademik sektorunda köklü islahatların aparılması istiqamətində faktiki olaraq ciddi təkliflər irəli sürülməyib. Məlum olmayan səbəblərdən AMEA-da funksional şöbələr - analitik şöbə, proqnozlaşdırma şöbəsi, Dövlət Proqramları İnnovasiyalar şöbəsi yaradılmayıb. Analiz göstərir ki, AMEA institutlarının işinin təkmilləşməsinə böyük ehtiyac var. AMEA-da yeni zamanın standartlarına cavab verməyən, köhnə üsulla işləyən şöbə laboratoriyalar fəaliyyət göstərir" (APA).

Akif Əlizadə qeyd edib ki, yaranmış vəziyyəti aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir: "AMEA-nın son 10 ildəki fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulur. Kibernetika İnstitutunda elmi tədqiqatların keyfiyyətini müəyyənləşdirmək üçün yeni sistem yaradılıb. Bu sistemdən istifadə edilməlidir. Hər bir institutun reytinqi onun dünya institutları arasında yeri aydınlaşdırılacaq. AMEA-nın maliyyələşdirilməsinin yeni mexanizminin hazırlanması çox vacibdir. AMEA-nın maliyyələşdirilməsinin yeni proqramında bunların hamısı nəzərdə tutulacaq".

Akademik bildirib ki, AMEA-nın prioritet istiqamətləri dövlətin prioritetlərinə uyğun olmalıdır: "AMEA 2020-ci ilin perspektivi baxımından fundamental tədqiqatlarını müəyyənləşdirməlidir. Təəssüf ki, indi AMEA-nın cəmi 50 prioriteti var. Enerji təhlükəsizliyi, İKT sahəsində elmi tədqiqatlar, biotibb, ölkənin milli təhlükəsizliyinə, müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına yönəlik tədqiqatlar, insan sağlamlığı, humanitar, tarix, dilçilik sahəsində elmi tədqiqatlar əsas prioritet olmalıdır".

Onun sözlərinə görə, Azərbaycanda elmin maliyyələşdirilməsi hələ qalıq prinsipi ilə həyata keçirilir: "Ötən əsrin 80-90-cı illərində ümumi daxili məhsulun 0,3-0,5%-i elmə ayrılırdısa, 1995-ci ildən başlayaraq bu vəsait 0,2%-ə enib. Bu, mövcud olan elmi potensialı qorumaq üçün kifayət deyil. Ayrılan vəsaitlər milli maraqlara cavab verən istiqamətlərə yönəldilməlidir. Maliyyələşdirmə ayrılarkən institutların apardığı işlər, dərc olunan nəşrlərin sayı, beynəlxalq jurnallarda iştirak nəzərə alınmalıdır. AMEA institutlarının əksəriyyətində sınaq təcrübə bazası yoxdur, olan bazalar isə standartlara cavab vermir. Nəticədə innovasiya siklində qırılma baş verir".

Akademiya prezidenti deyib ki, yalnız dövlət büdcəsindən maliyyələşdirmənin aparılmasına ümid bəslənilməməli kənar maliyyə mənbələri axtarılmalıdır. Akif Əlizadə əlavə edib ki, vəziyyətdən çıxış yolu elmi axtarışların müəyyən hissəsini kommersiya məqsədlərinə yönəltməkdir: Vəziyyətdən çıxış yolunu elmi tədqiqat işlərinin bir hissəsini kommersiyaya yönəltməkdə görürük. AMEA-nın tənəzzül vəziyyətdən çıxıb stabil inkişafa yönəlməsini təmin etmək üçün müasir yanaşmalar əsas götürülməlidir. Azərbaycan elmi üçün bu gün tənəzzül dövrü başa çatıb. Elmə ayrılan vəsaitləri ümumi daxili məhsulun 1-1,2%- qədər çatdırmaq lazımdır".

Akademik elmi fəaliyyətin lisenziyalaşdırılmasının qəti əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Elm siyasəti haqqında" qanun layihəsində öz əksini tapıb. Lakin Akif Əlizadə hesab edir ki, elmi fəaliyyətin lisenziyalaşdırılması elmi yaradıcılığın elmi tədqiqatların sərbəst aparılmasına ziddir. Akademiyanın prezidenti "Elm siyasəti haqqında" qanun layihəsinin onların təklifləri nəzərə alınmaqla bu ilin sonuna kimi qəbul ediləcəyinə ümid etdiyini söyləyib.

Yeri gəlmişkən, AMEA-nın vitse-prezidentləri yenidən seçilib. Qurumun dünən keçirilən iclasında AMEA-nın I vitse-prezidenti vəzifəsi ləğv edilib 4 vitse-prezident vəzifəsi təsis edilib.

Akademiklər Akif Hacıyev (AMEA Mexanika Riyaziyyat İnstitutunun direktoru), İbrahim Quliyev (Geologiya İnstitutunun direktor müavini), İsa Həbibbəyli (Naxçıvan Dövlət Universitetinin rektoru) Tofiq Nağıyev AMEA-nın vitse-prezidentləri seçilib. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev AMEA-nın akademik-katibi postunu tutub.

Biologiya Tibb Elmlər Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədov, Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi Akif Hacıyev, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov, Humanitar İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdullayev Kimya Elmləri Bölməsinin akademik-katibi İlqar Tağıyev seçilib.

 

Dosye

 

Akif Əlizadə 25 fevral 1934-cü ildə Bakıda tanınmış həkimlər Ağamehdi Əfşan xanım Əlizadələr ailəsində anadan olub. Əslən Bakının Pirşağı kəndindəndir. Babası Axund Ağa Əlizadə Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə şeyxülislam kimi yüksək vəzifələr tutmuş ünlü din xadimidir.

Akif Əlizadə Orta məktəbi gümüş medalla bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olub. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. 35 yaşında doktorluq dissertasiyası müdafiə edən Əlizadə SSRİ- ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri Azərbaycan EA sistemində ən cavan direktor müavini olub.

1978-cı ildə Geologiya İnstitutunun direktoru təyin edilib. 1980-ci ildə Akademiyanın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. 2007-ci ildə AMEA-nın vitse-prezidenti vəzifəsinə təyin edilib. 2003-cü il fevralın 9-da AMEA prezidenti akademik Mahmud Kərimov vəfat edəndən sonra Akif Əlizadə prezidentin səlahiyyətlərini icra edib.

 

Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatıdır. 2004-cü ildə "Şöhrət", 2008-ci ildə isə "Şərəf" ordeninə layiq görülüb.

 

A.Xəlil

 

Ekspress.-2013.-25 aprel.-S.3;11.