"İKT ili" başa çatır

                                                                                           

                                                                                       İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

2013-cü il Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı baxımından əlamətdar il kimi yadda qalacaq. Sona çatmaqda olan ildə sektorun inkişafı ilə bağlı mühüm qərarlar qəbul edildi, İKT sahəsində ciddi naliyyətlər əldə olundu.

   2013-cü ildə İKT sektorunun inkişafına təkan verən əsas hadisə əlbəttə ki, dövlət başçısı tərəfindən bu ilin "İKT ili" elan edilməsidir. Ölkəmizdə son illərdə İKT-nin inkişafı, bu sektora aid olan xidmətlərdən istifadənin kütləviləşməsi məqsədilə ciddi tədbirlər görülür. Lakin 2013-cü ilin "İKT ili" elan edilməsi görülən tədbirlərin bir qədər də güclənməsinə şərait yaratdı.

   "İKT ili" ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi digər dövlət strukturları ilə bərabər tədbirlər planını hazırladı. Bu plana uyğun olaraq iqtisadisosial həyatın bütün sahələrini əhatə edən müxtəlif işlərin icrasına başlanıldı.

   Kiçik qeydlərlə xatırladaq ki, 2013-cü ildə ilk mühüm hadisə yanvarın 15-dən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzi vətəndaşlara xidmət göstərməyə başlaması oldu. Ilkin olaraq "ASAN xidmət" mərkəzi paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə öz xidmətlərini təqdim etdi və mərkəzdə 9 dövlət orqanı tərəfindən 23 xidmət göstərildi. Sonrakı aylarda Azərbaycanda daha bir neçə "ASAN xidmət" mərkəzi açıldı və bu yenilik vətəndaşlara dövlət orqanlarının xidmətlərinin daha sadələşdirilməsinə və şəffaf olmasına imkan yaratdı.

   Bir qədər sonra Azərbaycan Prezidenti "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə fərman imzaladı. Həmin fərmanda "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin hazırlanması və "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsini hazırlayıb Prezidentə təqdim etmək tapşırıldı.

   Fərmanda o da bildirilirdi ki, mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətlərin təşkilini sürətləndirməli və onların "Elektron hökumət" portalına qoşulması üçün zəruri tədbirlər görməlidir, informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin səmərəli təşkili məqsədi ilə sərəncamlarında olan informasiya sistemlərində və ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiqini təmin etməlidirlər.

   Bu il "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" qəbul edilməsi gecikdi. Lakin proqramda nəzərdə tutulan bütün tədbirlər məhz "İKT ili" ilə bağlı hazırlanan tədbirlər planında öz əksini tapdı və həyata keçirildi. Gözləmək olar ki, gələn ildən Dövlət Proqramının layihəsi qəbul edilərək digər tədbirlərin icrasına başlanılacaq.

   2013-cü ildə yadda qalan hadisələr arasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması da var. Azərbaycan Prezidenti unstitutun yaradılması haqqında sərəncam imzaladbu il ilk dəfə olaraq həmin instituta tələbə qəbulu həyata keçirilidi.İnstitutu informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etməlidir.

   Bu ilin ən mühüm hadisələri sırasında söz yox ki, Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılışı var.

   "Azerspace-1" peyki fevralın 8-də Bakı vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianespace şirkətinin Ariane 5 raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb.

   Peyk Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək.

   "Azerspace-1" peykinin orbitə buraxılması ilə Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziyaradio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcək.

   Ölkəmizdə İKT sektoru üzrə biznes fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılması haqqında fərman verməsi də mühüm İKT hadisələrindəndir. Fərmanda fondun əsasnaməsi və fondun vəsaitinin istifadəsi qaydalari təsdiq edildi.

   2013-cü ildə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.

   İlk iclasda fondla banklar arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilə forması təsdiqləndi, müvəkkil kredit təşkilatının seçilməsi meyarları müəyyən olunduqrant müsabiqələrinin təşkili və keçirilməsi qaydaları təsdiqləndi.

   2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq Vergilər Nazirliyi tərəfindən mobil imzanın tətbiqinə başlandı. Yeni xidməti nazirliyin nəzdində fəaliyyətə başlayan Asan Sertifikat Xidməti Mərkəzi təqdim edir. Yeni mərkəz ənənəvi elektron imzadan daha geniş imkanlara malik olan elektron imzamobil imza təqdim edir. Mobil elektron imza indiyədək verilənlərdən fərqli olaraq, bütün əməliyyat sistemlərində işləyə biləcək. Bu imzanı gələn ildən etibarən tətbiq olunacaq yeni şəxsiyyət vəsiqələrindəki elektron çipə də yükləmək olar. Bununla da vətəndaşın şəxsi və elektron imza məlumatları bir yerdə olacaq.

   Bu ilin sentyabrın 2-də Azərbaycan vətəndaşının ilk biometrik pasportu təqdim edilib. İlk paportu alan vətəndaş Prezident İlham Əliyev olub.

   Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət İşçi Qrupu yaradılıb, bu sahədə beynəlxalq səviyyədə tanınmış şirkətlərin təcrübəsi və əldə olunan nailiyyətlər öyrənilib, pasportların təsviri və spesifikasiyası hazırlanıb.

   Dekabrın 2-də Bakı Sərgi Mərkəzində "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi açıldı.

   Azərbaycan Prezidenti İlham Əliyev sərgidə iştrak etdi. Bu il 19-cu dəfə keçirilən "BakuTel" sərgisi ötən illər ərzində telekommunikasiya aləmində mühüm hadisəyə çevrilib. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunması "BakuTel"in nüfuzunu sübut edən amillərdir.

   İKT üzrə sərgi və konfranslar sektor üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, texnikitexnoloci yeniliklərlə tanış olmaq, qabaqcıl təcrübə mübadiləsi və faydalı əməkdaşlıq üçün əlverişli platforma rolunu oynadı. Bu kontekstdə dünyanın bir çox aparıcı İKT şirkətlərinin iştirakı ilə dekabr ayının 2-dən start götürən Xəzər və Qafqaz regionlarının telekommunikasiyainformasiya texnologiyaları sahəsində ən böyük tədbir olan "Bakutel 2013" sərgi-konfransı xüsusi əhəmiyyət kəsb edir.

   Bu əlamətdar ildə "Bakutel" sərgisi ilk dəfə olaraq ümumilikdə 12 min kvadratmetrlik üç zalı əhatə etdi. Sərginin sahəsi də 35 faiz genişlənərək, dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirməyə nail oldu.

   Sərgidə "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, Azərbaycanın kosmik sənayesi və Azərbaycanda İT texnoparkının yaradılması layihələri də öz əksini tapdı. Bu il Azərbaycanda vüsət alan "startup" hərəkatına böyük diqqət yetirildi və Bakı Ekspo Mərkəzində onların təqdimatı üçün xüsusi olaraq ayrılmış zonalardan əlavə, "Azərbaycanda milli startupların dəstəklənməsi" mövzusunda konfrans keçirildi.

   Bu il sərgi təkcə iştirakçıların sayına görə deyil, həm də sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin sayına görə ən zəngin sərgi oldu. Belə ki, bu tədbirlər sırasında internetin inkişafı, kibertəhlükəsizlik, internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminarkonfranslar, o cümlədən "Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans, "TASİM" konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, Azərbaycan - ABŞ, "Azərbaycan - İsrail İKT forumları, Müəyyən radiotezlik zolaqlarının perspektiv və səmərəli istifadəsi ilə bağlı yüksəksəviyyəli görüş, BMT-nin AsiyaSakit okean ölkələri üçün iqtisadisosial komissiyasının "SPECA" layihəsinin işçi qrupunun "Biliyə əsaslanan iqtisadiyyatın inkişafı" mövzusunda iclasları, Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar olan tədbir yer aldı.

   Nəhayət, 2013-cü ildə də İKT sektorunun iqtisadi dəyəri artıb. 2013-cü ilin 11 ayının nəticələrinə əsasən ölkənin iqtisadi və həm də sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri məhz informasiya və rabitə sahəsi olub. Sahədə ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1,4 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 9,4 faiz çox rabitə xidməti göstərilib. Xidmətlərin 72,3 faiziya 1 milyard manatı əhaliyə göstərilib və 10,1 faiz artım qeydə alınıb.

   Xidmətlərdən əldə olunan gəlirlərin 59,2 faizi mobil telefon rabitəsindən yaranıb. 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 15,2 faiz artaraq 821,7 milyon manat təşkil edib.

  

Vasif CƏFƏROV

 

Ekspress.-2013.- 28 dekabr.- S.9.