"Ən vacib şərt rəssamın azad olmasıdır"

 

    Fərhad Xəlilov: "İndiki dövrdə dövlət bizə hər bir cəhətdən yardım etsə də, işimizə qarışmır"

 

    Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun APA-ya müsahibəsi

    - Son vaxtlar Rəssamlar İttifaqına üzv qəbul edilməməsi barədə fikirlər səslənir...

   - Bu, yanlış fikirdir. Hazırda Rəssamlar İttifaqının 1500-ə yaxın üzvü var. Bu onu göstərir ki, Rəssamlar İttifaqı ən böyük yaradıcı təşkilatlardan biridir. İttifaqda 9 peşəkar bölmə fəaliyyət göstərir. Bu bölmələrin sədrləri üzv olmaq üçün kifayət qədər ərizə yığıldıqdan sonra Rəyasət Heyətinə müraciət edirlər və müzakirələrdən sonra gün təyin olunur, namizədlərin əsərlərindən ibarət sərgi açılır. Rəyasət Heyəti səsvermə yolu ilə həmin sərgidə bəyənilən işlərin müəlliflərini ittifaqa üzv qəbul edir. Demək olar ki, sərgiyə buraxılan namizədlərdən heç kimin sənədləri geri qaytarılmır. Səsvermə çox demokratik keçir. Çalışırıq ki, İttifaqda orta təbəqədən olan rəssamlar da geniş təmsil olunsun. Yaradıcılıq üçün mühit və rəqabət güclü faktordur. Özünüz şahid oldunuz ki, Gənclər Günü 38 gənc rəssam ittifaqın Gənclər Birliyinə qəbul olundu. Onlar yuxarı kurs tələbələridir, Gənclər Birliyinə üzv olmaq o deməkdir ki, təhsillərini bitirdikdən sonra avtomatik olaraq İttifaqın üzvü olacaqlar.

   - Ümumiyyətlə, ittifaqa üzv qəbul ediləndə hansı keyfiyyətlər nəzərə alınır?

   - Ən başlıcası rəssam istedadlı olmalıdır. Rəssamlar İttifaqı peşəkar bir qurumdur. İndiki dövrdə bir çox qeyri-peşəkar, həvəskar rəssamlar da var. Onların rəssamlıq təhsili yoxdur, amma aralarında bir çox maraqlı rəssamlar var. Bir vaxtlar onların bir təşkilatı var idi. Təşkilat dağıldıqdan sonra Rəyasət Heyətinin qərarı ilə onları öz ittifaqımızda birlik kimi qəbul etdik.

   Bundan əlavə, İttifaqın tərkibində gənc, peşəkar rəssamların və karikaturaçı rəssamların birliyi fəaliyyət göstərir. Biz İttifaqın üzvü olmayan istedadlı rəssamlar üçün də sərgilər təşkil edirik. Onlar üçün hər zaman qapımız açıqdır. Mən bir vaxt Şəkidə bir rəssamla tanış olmuşdum. Çox istedadlı olduğu üçün onu İttifaqa qəbul etməyi təklif etdim. O özü çaşıb qaldı ki, "bəs mənim heç bir sərgim olmayıb axı, necə qəbul edəcəksiniz?" Yəni, o vaxtlar hansısa ittifaqa qəbul olmaq üçün gərək rəssamın bir neçə sərgisi keçirilməli və Moskvada Ümumittifaq sərgisində iştirak etməli idi. Bu isə çox çətin idi. Biz onu İttifaqa qəbul etdikbu o vaxt üçün görülməmiş hadisə oldu. Mən indiyə kimi ikinci belə bir hadisəni yada sala bilmirəm. Bu, həmin rəssam üçün istisna hal idi. İndi Rəssamlar İttifaqının üzvü olmaq istəyən elə bir istedadlı rəssam varsa, biz istisna olaraq onu İttifaqa qəbul etməyə hazırıq. Yəni, istedad hər şeyin göstəricisidir.

   - Azərbaycanda rəssamlığın indiki vəziyyətini necə qiymətləndirirsiniz?

   - Ən vacib şərt rəssamın azad olmasıdır. İndiki dövrdə ən böyük üstünlüyümüz budur. Sovet hakimiyyəti dövründə dövlət yaradıcılıq ittifaqlarının işinə çox qarışırdı. Rəssam azadfikirli olmalıdır. O vaxt kommunist ideologiyası çox güclü olduğundan, rəssamlar çox əziyyət çəkirdilər. Çünki onların hər bir əsəri sərgidən qabaq ya sərgi zamanı yoxlanılırdı. İndiki dövrdə dövlət bizə hər bir cəhətdən yardım etsə , işimizə qarışmır. Rəssamlar ürəklərində varsa, onu azad şəkildə təsvir edə bilirlər.

   - Azərbaycanlı rəssamların əsərlərinin dünya hərraclarında satışa çıxarılması üçün əsas şərt nədir?

   - Əsər ilk növbədə maraq yaratmalıdır. Sənətin dəyərini bilən dünya sənətində sözləri keçən insanlar bu əsər haqqında müxtəlif fikirlər söyləməlidir. Bundan sonra əsəri tanımış hərraclara çıxarmaq olar. Rəsm əsərlərinin satış biznesi dünyada ən güclü biznes sahələrindən biridir. Gərək rəssamın adı dünya bazarında tanınsın ki, əsər alqı-satqısı ilə məşğul olanlar da əsəri satmaqda maraqlı olsunlar. Əsəri dünya bazarına çıxarmaq isə çox çətin məsələdir. Bu, beş ya on ilin işi deyil. Məşhur rəssamların dünya bazarlarında öz imici var. Düzdür, Azərbaycanın tarixində dahi rəssamlar olub, amma mədəniyyətimiz dünyada hələ yeni tanınmağa başlayır. Bunun üçün vaxt, mədəniyyət siyasəti rəssamın uzun illər boyu çalışması lazımdır.

   - Bəs bu istiqamətdə hansı işlər görülür?

   - Rəssam əsərini yaradır. Əsərin dünyada tanınması üçün bu işlə məşğul olan savadlı, təcrübəli menecer olmalıdır. Azərbaycanda isə belə menecerlər yenicə yetişməyə başlayır. Hazırda demək olmaz ki, bizim dünyada tanınmış menecerlərimiz var. Dünya hərraclarında sözükeçən menecerlərlə işləmək lazımdır. Bu menecerlərin yaranmasına savad, vaxt təcrübə lazımdır. Biz istəyirik ki, bütün bunlar bir gündə əmələ gəlsin. Bu isə mümkün deyil.

  - Bu işdə professional olan xarici menecerlərlə işləmək olmaz?

   - Əlbəttə, olar. Yeni müstəqillik qazandığımız dövrdə bir neçə  

ölkədən menecerlər gəlmişdi. Onlar rəssamlarla müqavilə bağlamaq istəyirdilər. O vaxt rəssamların dünya bazarından xəbərləri yox idi. Həmin menecerlər bundan istifadə etmək istəyirdilər. O dövrün sənət əsərləri alınıb-satıldıqdan sonra Sovet sənətinə maraq soyudu. İndiki dövr dünya hərraclarında peşəkar kimi tanınmaq üçün yeni bir mərhələdir. Bunun üçün peşəkar menecerlərlə, sənətşünaslarla digər bu işlə məşğul olan insanlarla çalışmaq lazımdır.

   - Belə bir fikir var ki, rəssam ilk dəfə öz əsərinə hansı qiyməti versə, əsərləri həmişə həmin qiymətə satılacaq. Bu fikirlə razısınız?

   - Rəssam öz əsərlərinin satılması üçün bir siyasət qurmalıdır. Lakin əsərini qədər baha satmağa çalışsa da, əgər əsərə maraq yoxdursa, baha qiymət qoymaqla düzəlmir. Rəsm əsəri sənəti bilən sevən insanlarda maraq yaratmalıdır.

   - Azərbaycanda rəssamların əsərlərini satmaq üçün yetərincə şərait varmı?

   - Təşkil olunan hər bir sərgi demək olar ki, satış sərgisidir. Eyni zamanda, Bakıda bir çox qalereyalar mövcuddur. Əsərlərin emalatxanalarda satılmasına da pis baxmıram. Əsərlər yaradılır satış yerləri mövcuddur. Bizim bir arzumuz var ki, sənətsevərlərin əsər alanların sayı çoxalsın.

   - Bir neçə ay öncə İçərişəhərdə yerləşən Miniatür Sənət Mərkəzini özəlləşdirdiyiniz haqda xəbərlər yayılmışdı...

   - Sovet dövlətinin süqutu ərəfəsində belə anonim müəllif tərəfindən yazılan yazıların çap olunması ərizələrinin qəbulu qadağan idi. İndi isə belə deyil. Bu ittihamlar müəllifsiz çap olunduğuna görə, naməlum müəllifin sözlərini ciddi qəbul etmədim. Ona görə ki, mən boşluğa cavab verə bilmərəm. Lakin bu sizi maraqlandırırsa, Sizə cavab verə bilərəm. Qalereya özəlləşdirilməyib hazırda orada Rəssamlar Klubu, Miniatür Mərkəzi Müasir İncəsənət Mərkəzi fəaliyyət göstərir. O vaxt oranı özəlləşdirə bilərdik, lakin buna ehtiyac yox idi. Oranın təmirə ehtiyacı vardı, böyük çətinliklə imkan tapdıq təmir etdirdik. Ora bu gün rəssamların ən sevimli yeridir.

   - İndiki dövrdə hansı rəssamların yaradıcılığını bəyənirsiniz?

   - Azərbaycanda hər zaman istedadlı rəssamlar olub bu gün var. Məsələn, Adil Yusifov, onun həyat yoldaşı Zərnişan Yusifova, Emin Əsgərov, Anar Hüseynzadə, Rəşad Babayev, gənc rəssamlar Fərəc Rəhmanov, Arif Əmirov, Fərhad Fərzəliyev, Budunoy Haqverdiyev Həsən Haqverdiyev qardaşları çox istedadlıdırlar. Adlarını çəkdiyim çəkmədiyim bir çox rəssamların tanınmasında Rəssamlar İttifaqının da əməyi var. Bu yaxınlarda Rəssamlar İttifaqı İçərişəhərdəki qalereyada çox istedadlı rəssam Arzu Rzayevin fərdi sərgisini təşkil etdi. O bir rəssam kimi formalaşsa da, çox təvazökar olduğu üçün tanınmır. Bizim üçün yeni bir rəssam idi.

   - Artıq neçə ildir ki, İttifaqın sədrisiniz. Bu hələ Sizə qəribə gəlmirmi?

   - Məni o vaxt rəssamlar seçib. Əvvəllər Rəssamlar İttifaqının sədri postuna namizəd həmişə Mərkəzi Komitə tərəfindən irəli sürülürdü. Sonra həmin namizəd Rəssamlar İttifaqının partiya təşkilatı vasitəsilə qurultayda irəli sürülür ona səs verilməsi təşkil olunurdu. İlk dəfə mən dediyim inqilabi qurultayda isə belə olmadı. Bütün gecə səsvermənin nəticələrini gizli deyil, səhnədə apardılar ki, heç bir saxtakarlıq baş verməsin. Birinci katib Mərkəzi Komitənin üzvləri birinci sırada oturub səsverməyə nəzarət edirdilər. Baxmayaraq ki, Mərkəzi Komitənin namizədi var idi, rəssamlar məni seçdilər. Mən seçilən zaman 1987-ci ilin axırı idi. Bu hadisə demokratiyanın ilk addımları idi. Qurultayımız Moskva başda olmaqla bütün SSRİ ölkələrini çaşdırmışdı. O vaxt mən seçiləndə, dövlət rəssamları demişdilər ki, Fərhad sədrlikdə bir il qalsa, adımızı dəyişərik. Onlar fikirləşirdilər ki, uzunsaçlı azad bir adam sədrlikdə necə qala bilər? Amma onlar bir şeyi nəzərdən qaçırmışdılar ki, hər bir insanın məsuliyyət hissi var. Hər şey onun dərəcəsindən asılıdır. Mən belə seçildiyimə görə fəxr edirəm.

 

       

       Ekspress.-2013.-9-11 fevral.-S.20.