Arşın mal alan" Türkiyə səhnəsində

 

Ankara Dövlət Opera Balet Teatrında operettanın premyerası olacaq

 

Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası səhnəyə qoyulmasının 100 illiyi münasibəti ilə Türkiyədə Ankara Dövlət OperaBalet Teatrında səhnələşdirilərək repertuara daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, operettaya Azərbaycan Dövlət OperaBalet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.

Ankara Dövlət OperaBalet Teatrının simfonik orkestrinə Mustafa Ərdoğan dirijorluq edəcək.

Azərbaycan milli rəqslərini tanınmış xoreoqraf Dəniz Çığ hazırlayıb.

Tamaşada Ankara teatrının aparıcı aktyorları rol alıb.

Oktyabrın 27-də "Arşın mal alan"ın Ankara Dövlət OperaBalet Teatrında premyerası keçiriləcək.

Qeyd edək ki, operetta indiyədək Moskva, Nyu-York, Paris, London, Berlin, Ankara, Tehran, Qahirə, Varşava, Sofiya, Pekin və digər şəhərlərdə tamaşaya qoyulub.

 

 

Ekspress.-2013.- 26-28 oktyabr.- S.20.