TASİM Azərbaycana vəd edir?

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Azərbaycan son 10 ildə - "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya"nın qəbulundan ötən müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində mühüm uğurlara imza atıb.

   Təsadüfi deyil ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) reytinqində Azərbaycan son illər informasiya kommunikasiya texnologiyaları (İKT) üzrə ən sürətlə inkişaf edən dövlətlərin sırasındadır.

   Hazırda Azərbaycan hökuməti, konkret desək, Rabitə İnformasiya Texnologiyaları Nazirliyi İKT sahəsində yüksək hədəflərə - genişzolaqlı internet xidmətlərinin inkişafı, "elektron hökumət"in tam formalaşması, avtomatlaşdırılmış radiomonitorinq sisteminin yaradılması, aşağı orbitli optik peykin hazırlanması orbitə çıxarılması, 3G 4G xidmətlərinin tətbiqinin genişləndirilməsi, 2013-cü ildə analoq TV yayımlar dayandırılaraq rəqəmli TV yayıma tam keçirilməsi, Regional İnnovasiya Zonası (RİZ) layihəsinin yaradılması kimi prioritet vəzifələrin reallaşmasına nail olmağa çalışır. Bu fonda Azərbaycanın qlobal miqyaslı təşəbbüsü - Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi xüsusilə diqqəti cəlb edir.

   Qeyd edək ki, 2012-ci ilin son günlərində BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən toplantısında Azərbaycan hökumətinin təşəbbüskarı olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı vasitəsilə rabitəliliyin yaradılması" adlı qətnamə yekdilliklə qəbul edilib.

   TASİM layihəsinin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda "rəqəmsal uçurum"un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini özəl dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.

   Qətnamədə həmçinin regionda telekommunikasiya tranzit yollarının inkişafına töhfə vermək məqsədilə hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti beynəlxalq inkişaf institutları arasında əlaqələndirmənin təkmilləşdirilməsi üçün Azərbaycan hökumətinin irəli sürdüyü Avrasiya Rabitəlilik Alyansının təsis edilməsi təklifi öz əksini tapıb. Aparılan işlər nəticəsində TASİM təşəbbüsü müxtəlif regionlar tərəfindən dəstəklənib BMT-nin bir sıra nüfuzlu ölkələri ona həmmüəllif kimi qoşulublar. Onların sırasında ABŞ, Avstraliya, Belarus, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Livan, Qazaxıstan, Mərakeş, Moldova, Özbəkistan, Pakistan, Rusiya Federasiyası, Şri Lanka, Tanzaniya, Türkiyə, Ukrayna, Yaponiya, Yeni Zelandiya digərləri xüsusilə qeyd oluna bilər.

   Qeyd edək ki, bu, Birləşmiş Millətlər Təşkilatının TASİM- bağlı ilk qətnəməsi deyil. Hələ 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans-Avrasiya Super İnformasiya Magistralı lakihəsi ilə bağlı xüsusi qətnamə qəbul edilmişdi. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunur. Baş Assambleyanın A/RES/64/186 saylı 21 dekabr 2009-cu il tarixli qətnaməsinə əsasən, Azərbaycan layihənin reallaşdırılması üçün əlaqələndirici kimi müəyyənləşdirilib.

   Xatırladaq ki, TASİM ideyasını rəsmi Bakı 2008-ci ilin payızında gündəmə gətirib. 2008-ci il noyabrında 14-cü Beynəlxalq Rabitə İnformasiya Texnologiyaları sərgisi konfransı (Bakutel) çərçivəsində Bakıda keçirilmiş nazirlər görüşü zamanı Azərbaycan Rabitə İnformasiya Texnologiyaları Nazirliyi Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin təşəbbüsünü irəli sürmüşdü. Həmin il noyabrın 11-dəsə Bakıda TASİM layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilmişdi.

   TASİM layihəsi müasir texnologiyalar əsasında qlobal internet magistrallarına çıxışı təmin etmək Qərblə Şərq arasında qısa yolla informasiya axınını təşkil etmək, vətəndaşların informasiya texnologiyalarına resurslarına çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

   Layihə Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədə keçərək Almaniyaya gedəcəkdir. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna Polşadan keçəcək.

   Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə "latency" (gecikmə) yüksək səviyyəli İP şəbəkələr xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir.

   2010-cu ilin aprelindən etibarən RİTN TASİM layihəsinin İdarəetmə Qrupunu yaratmış maliyyələşdirir. İdarəetmə Qrupu beynəlxalq konsultant ilə əməkdaşlıqda TASİM-n ilkin biznes konsepsiyasını yaradıb, aparıcı regional dövlətlər operatorlarla TASİM konsorsiumunun yaradılmasını müzakirə edir.

   2011-ci ilin iyulunda Qəbələ şəhərində hazırlıq işinin nəticəsində Azərbaycan tərəfi aparıcı telekom şirkətləri - Çin (Chinatelecom), Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Türk Telecom) Avropa İttifaqı (Pantel) iştirakı ilə TASİM üzrə 1-ci Beynəlxalq seminarı keçirib. Tədbirin nəticəsində layihənin Katibliyi yaradılıb operatorlar TASİM Konsorsiumun yaradılmasına dair detallaşdırılmış Anlaşma Memorandumu üzərində işləməyə razılaşıblar.

   Son vaxtlar TASİM Katibliyi TASİM konsorsiumunun formalaşmasına razılaşan əsas telekom operatorlarının bir araya gətirməsində əlaqələndirici rolu oynayır. RİTN-in rəsmi saytının məlumatına görə, TASİM Katibliyi layihənin təşviqində səylərini davam etdirir layihəyə yeni maraqlı tərəflərin cəlb edilməsinə xüsusi diqqət yetirir. Katiblik Avropa İttifaqı, Türkiyə, Rusiya, Ukrayna, habelə BMT Katibliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Mərkəzi Asiya Azərbaycan üzrə xüsusi Proqram (SPECA) qurumları ilə əlaqələr qurub.

   Qeyd edək ki, bir sıra ölkələr, xüsusilə Türkiyə TASİM transmilli superinformasiya magistralının tikintisi layihəsinin reallaşdırılmasında Azərbaycana hərtərəfli dəstək göstərəcəyini bəyan edib. Xatırladaq ki, layihədə Türkiyəni layihənin reallaşdırılmasında maraqlı olan "Türk Telecom" təmsil edir. "Türk Telecom" TASIM layihəsinin iştirakçısı olan ölkələri böyük Avropa operatorları ilə birləşdirən həlqə kimi çıxış edir.

   Qeyd edək ki, TASİM layihəsi çərçivəsində konsorsium yaradılması istiqamətində işlər son illər bir qədər intensivləşsə , Azərbaycanda (Qəbələdə), Türkiyədə Macarıstanda bununla bağlı görüşlər keçirilsə , "son sənədin üzərində işlər aparıldığı" bəyan edilsə , konsorsium yaradılması prosesi bir qədər ləng gedir.

   Hələ payızın əvvəllərində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdi ki, "layihə üzrə konsorsiuma daxil olan beynəlxalq operatorlar müəyyən problemlərlə üzləşirlər, bununla əlaqədar olaraq onlar həll edilməyən bütün məsələləri aradan qaldıracaq növbəti qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış edirlər".

   Ötən ilin dekabrında BMT Baş Assambleyasında TASİM-lə bağlı ikinci qətnamənin qəbulu da məhz bununla bağlı idi. Belə bir yüksək səviyyədə Azərbaycanın bu gün beynəlxalq sənədi qəbul etdirməsinin həm geosiyasi önəmi var, həm də rəsmi Bakı bu regional layihənin gerçəkləşdirməkdə qətiyyətli olduğunu göstərir.

   Əslində, TASİM uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit infrastrukturunu yaradacaqlar. Bu tranzit infrastrukturu TASİM-a kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP internet tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaqdır. Bu prosesin 2013-cü ilin axırında başa çatdırılması nəzərdə tutulur.

   İkinci mərhələdə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrinə münasib qiymətli bağlantı ilə təmin edəcəkdir. Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xəttlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımından təkmilləşdiriləcək və TASİM şəbəkəsinə birləşdiriləcəkdir. İkinci mərhələdə TASİM layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcəkdir.

   İKT üzrə ekspert Ziya Bayramlı bildirir ki, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin məqsədi ilk növbədə Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Ekspertə görə, TASİM-i sadəcə və yalnız vacib regional təşəbbüs kimi qiymətləndirməklə məhdudlaşdırmaq düzgün olmazdı: "Transmilli super informasiya magistralı layihəsi Azərbaycanın beynəlxalq nüfuzunun, regionda artan rolunun, qlobal İKT bazarında aktyora çevrilmək istəyinin göstəricisidir. BMT-də təşəbbüslə çıxış etmək və iki qətnamənin qəbuluna nail olmaq elə də asan məsələ deyil. Bu, böyük diplomatik səylər, həmfikir ölkələrin dəstəyinə nail olmaq üçün böyük beynəlxalq fəaliyyət tələb edir. TASİM-in reallığa çevrilməsi sosial-iqtisadi bəhrələrini verməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında yeni bir mərhələ olacaq".

   Digər tərəfdənsə, TASİM kimi layihələr Azərbaycanın öz inkişaf strategiyasında İKT sektoruna nə qədər önəm verdiyini nümayiş etdirir. Zira orta və uzaq perspektivdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya-kommunikasiya texnologiyalarını nə dərəcədə mənimsəməsindən, nə dərəcədə səmərəli istifadəsindən asılı olacaq.

   Bir sözlə, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi bir tərəfdən regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə və internet xidmətlərinin inkişafına öz töhfələrini verəcək, digər tərəfdənsə, iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına (şaxələnməsinə) və raqəbətin artırılmasına şərait yaradacaq.

 

  

Aytən HƏMİD

 

Ekspress.-2013.-9 yanvar.-S.-9.