"ASAN" bu gün fəaliyyətə başlayır

 

  "ASAN mərkəzi"nin fəaliyyəti zamanı informasiya texnologiyalarından geniş istifadə ediləcək

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

  Ötən ilin son günlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyində olan 1 nömrəli "ASAN xidmət" mərkəzinin açılışı olub. "ASAN xidmət" mərkəzinin açılışı son zamanlar informasiya kommunikasiya texnologiyalarının dövlət qurumlarının fəaliyyətinə inteqrasiya edilməsi istiqamətində atılan addımların bir hissəsi sayılır.

   Xatırladaq ki, ölkəmizdə son illərdə əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endirir, mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. "ASAN" xidmət mərkəzlərinin yaradılması da vətəndaşlara dövlət xidmətlərindən daha asan və şəffaf formada əldə edilməsini təmin edəcək.

   "ASAN" sözü bizim bildiyimiz anlamda "asan" mənasını vermir. O, ingilis dilində olan Azerbaican Service and Assessment Network sözlərinin baş hərflərindən əmələ gələn abbreviaturadır. "ASAN" tərcümədə Azərbaycan Xidmət Qiymətləndirmə Şəbəkəsi adlanır. "ASAN" xidmət ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış "müştəri məmnunluğu" ideyasının oxşarıdır ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcəkdir. Bu ideyanın maraqlı cəhətlərindən biri odur ki, bu xidmətlər şərti müəyyən edilmiş "bir pəncərə" prinsipi üzrə təqdim ediləcəkdir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda eyni vaxtda yararlana biləcək. Bu vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, zaman itkisinin aradan qaldırılmasına, şəffaflığın onların şəxsi rahatlığının təmin edilməsinə imkan verəcək.

   Vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı bölməyə hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək həmin bölmənin pəncərəsində elektron növbə əsasında gözləyəcək. Mərkəzlərdə yerləşdirilən elektron lövhələr işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq. Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə əldə etmək istədiyi sənədi qanunverciliklə müəyyən edilən müddətlərdə götürə biləcək. "ASAN xidmət" mərkəzində vətəndaşların gözləməsi vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər yaradılıb. Belə ki, burada uşaq əyləncə guşəsi, tibb xidməti, internet-kafe, bank, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədi ilə "pay-point", bankomat aparatları qoyulub. Bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcək təqvimin bütün günlərində fasiləsiz olaraq vətəndaşlara açıq olacaq.

   "ASAN xidmət" mərkəzinin əsas prinsipləri - operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət rahatlıqdır. Mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək. Elektron lövhələr işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaqdır. Mərkəz daim internetə açıq olan kompüterlərlə təchiz edilib vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək.

   Xidmətin "asan.gov.az" internet saytı var burada vətəndaşlar üçün "online" növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri digər orqanlara elektron qaydada göndərmə digər imkanlar yaradılıb.

   Açılışında prezident İlham Əliyevin iştirak etdiyi 1 nömrəli "ASAN xidmət" mərkəzinin xidmət dairəsi gələcəkdə genişləndiriləcək. 1 nömrəli "ASAN xidmət" mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə paytaxtın Nəsimi Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcək. Bir müddət sonra isə qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlar bu xidmətdən yararlana biləcək. Mərkəzdə əlil vətəndaşların binaya daxil olmaları onların istənilən mərtəbəyə qalxmaları üçün ən müasir standartlara cavab verən xüsusi araba da alınıb.

   Mərkəzdə 62 videomüşahidə kamerası rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılıb. Binada əlil vətəndaşlar üçün bütün zəruri şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan insanlar üçün döşəmələrə xüsusi örtüklər vurulub onların oxuya bildiyi müvafiq hərflərlə lövhələr yerləşdirilib.

   Mərkəzdə quraşdırılan data mərkəzin digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası təmin edilib. Xidmət sistemi müasir İP telefon İP şəbəkə sistemləri ilə təmin olunub. Xidmətlərin tənzimlənməsi məqsədi ilə 22 elektron monitor, 52 elektron elan tablosu quraşdırılıb.

   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə jurnalistlərə bildirib ki, "ASAN xidmət" mərkəzinə müraciət edəcək vətəndaşlar xidmət müqabilində ödəmələri dövlət qulluqçusuna birbaşa ödəməyəcək. Burada bütün ödənişlər yalnız gözləmə zalında olan banka ödəniləcək, ödəmələr elektron yolla həyata keçiriləcək. Vətəndaş əldə etdiyi qəbzi aidiyyəti dövlət qurumunun nümayəndəsinə təqdim edəcək. Şəffaflığın təmini üçün burada mərkəzdə videokameralar da quraşdırılıb.

   O deyib ki, "ASAN xidmət" mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.

   Burada xidmət operativ şəffaf həyata keçirilməli, etik davranış qaydalarına ciddi əməl edilməli, vəzifələrin icrasına məsuliyyətlə yanaşılmalı xidmətdən yararlanan vətəndaşın maksimum rahatlığı təmin edilməlidir. Bir sözlə, dövlət orqanı vətəndaş qarşısında vəzifələrini yerinə yetirərkən vətəndaş məmnunluğunu təmin etməlidir.

   İ.Kərimov bildirib ki, 1 nömrəli "ASAN xidmət" mərkəzi ilk mərkəzdir o, yanvarın 15-də fəaliyyətə başlayacaq. Gələcəkdə Bakının bir sıra rayonlarında regionlarda analoci mərkəzlərin açılması da nəzərdə tutulur. "ASAN xidmət" mərkəzində vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutan bir sıra işlər görülüb.

   "ASAN xidmət" mərkəzində qəbul elektron növbə əsasında həyata keçiriləcək. Mərkəzdə yerləşdirilmiş elektron lövhələr işarələr məlumat əldə edilməsini asanlaşdıracaq. Mərkəz daim internetə açıq olan kompüterlərlə təchiz edilib burada bütün növ elektron xidmətlərdən yararlanmaq üçün şərait yaradılıb.

   Mərkəzdə quraşdırılmış data mərkəzin digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası təmin edilib ki, bu da, xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq sənədləri vətəndaşdan tələb etmədən, həmin sənədlər barədə informasiyanın dövlət orqanlarının məlumat bazaları vasitəsilə əldə edilməsinə imkan verir.

   Bundan əlavə, mərkəzdə vətəndaşların gözləməsi vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - uşaq əyləncə mərkəzi, tibb-xidməti, qan analizləri laboratoriyası, kafe, bank, poçt şöbələri, foto-studiya fəaliyyət göstərir xidmət üçün nəzərdə tutulan rüsumların ödənilməsi məqsədi ilə pay point, bankomat aparatları yerləşdirilib.

   Agentlikdə yaradılan "Çağrı" (call center) mərkəzi vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. "Çağrı" (call center) mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirəcək. Çağrı Mərkəzinin fəaliyyətə başlaması yanvar ayının sonu üçün nəzərdə tutulub.

   Agentlikdə yaradılmış İnnovasiyalar mərkəzi dövlət xidmətlərinin sadələşdirilməsi ilə əlaqədar araşdırmaların aparılmasını, innovativ ideyaların sınaqdan keçirilməsini, eyni zamanda müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı dövlət orqanlarının əməkdaşlarına treninqlərin keçirilməsini təmin edəcək.

   İ.Kərimov qeyd edib ki, mərkəzdə xidmət zamanı gələcəkdə informasiya texnologiyaların tətbiqi bir qədər genişləndiriləcək. İnnovasiyalar mərkəzi dövlət orqanları tərəfindən göstərilən hər bir xidməti təhlil edərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının elektron xidmətlər reyestrinin yaradılması təkmilləşdirilməsi üzrə fəaliyyəti həyata keçirəcək. Onun sözlərinə görə, Avropada e-govenment konsepsiyası öz yerini mobile-govenment konsepsiyasına təhvil verməkdədir. Bir sıra qabaqcıl Avropa dövlətlərində yeni konsepsiyanın həyata keçirilməsinə başlanılıb, müsbət nəticələr əldə edilib. İnnovasiya mərkəzində mobile-govenment konsepsiyasının ölkədə tətbiqi ilə bağlı layihə işlənilərək bir sıra xidmətlərdə tətbiq olunacaq.

 

  

  Vasif CƏFƏROV

 

  Ekspress.-2013.-15 yanvar.-S.-9.