İKT sektoru bir ildə 16,6% artıb

   

    RİTN 2012-ci ilə yekun vurdu

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   2012-ci il ərzində İKT sektorunda əhəmiyyətli tədbirlər görülüb və müsbət uğurlara imza atılıb. Artım tempinə görə, İKT sektoru ölkə iqtisadiyyatının sahələri arasında öncül yerdədir.

   Bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yanvarın 21-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasındakı çıxışında bəyan edib. Nazirin sözlərinə görə, ötən il İKT, informasiyapoçt sektorunda əldə olunan gəlirlərin həcmi 2011-ci illə müqayisədə 17,3% artaraq 1503,4 milyon manat təşkil edib: "Əvvəlki illə müqayisədə artım tempi İKT sektorunda 16,6%, o cümlədən telekommunikasiya sektorunda 17,4%, İT sektorunda 8,6%, poçt sektorunda 18,2%, informasiya sektorunda isə 50,1% təşkil edib".

   İKT, informasiyapoçt sektorunda əldə olunan gəlirlərin təxminən 75,7%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,3%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 14,1% təşkil edib.

   Bəlli olduğu kimi, 2012-ci il ərzində ölkə üzrə ÜDM-in həcmi 54 milyard manata çatıb və 2011-ci illə müqayisədə ÜDM-in real artım tempi 2,2% təşkil edib. İKT, poçtinformasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 1,9% təşkil edib. Hesabat ilində qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 28,5 milyard manat, real artım tempi isə 9,7% təşkil edib. İKT, informasiya poçt sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM- payı 3,5% olub.

   Əli Abbasovun məlumatına görə, 2012-ci il ərzində Nazirlik üzrə 101 yeni yeri açılıb. Bu il yanvarın 1-nə RİTN-in birlik müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 330 manat təşkil edib. Bu, 2011-ci illə müqayisədə 9,9% çoxdur. "Ölkənin informasiya rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ilin əvvəli ilə müqayisədə 9,5% artırılaraq 620,7 manata çatdırılıb. O cümlədən, telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 699,7 manat, poçt sektorunda isə 211,5 manat təşkil edib", - deyə RİTN rəhbəri qeyd edib.

   2012-ci il ərzində RİTN-in strukturuna daxil olan birlik müəssisələr üzrə 335 milyon manat proqnoza qarşı 368,2 milyon manat gəlir əldə edilib bu da proqnozla müqayisədə 9,9%, əvvəlki illə müqayisədə isə 6,9% çoxdur. Nazir deyib ki, hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olub: "Bu məqsədlə hesabat dövrü ərzində RİTN-in strukturuna daxil olan birlik müəssisələr tərəfindən 110,5 milyon manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə informasiya rabitə sektoruna 325,3 milyon manat investisiya qoyulub ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyada payı 2% təşkil edib".

 

   İKT üçün İnkişaf Fondu

 

   Yeri gəlmişkən, yaxın günlərdə Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nizamnamə layihəsi təsdiq olunacaq.

   Xatırladaq ki, RİTN-in tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Prezidentinin 2012-ci il 15 mart tarixli sərəncamı ilə yaradılıb. Fondun məqsədi Azərbaycanın İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli xarici investisiyaları cəlb etməkdən ibarətdir.

   Rabitə informasiya texnologiyaları naziri bildirib ki, Fondun nizamnamə fondu 15 milyon manat olacaq. Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap ("start-up") şirkətlərə kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcək. Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən Fondun fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcək. İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi onların kommersiya layihələrinə çevrilməsi məqsədilə vençur maliyyələşməsi həyata keçiriləcək.

   Fondun digər vacib vəzifəsi İKT sahəsində fəaliyyəti stimullaşdırmaq məqsədilə perspektivli sürətlə inkişaf edən İKT şirkətlərinə investisiyaların yatırılması, o cümlədən birgə şirkətlərdə payçı şəklində investisiyaların yerləşdirilməsindən ibarətdir. Fondun həyata keçirdiyi investisiya siyasəti İKT sektoruna yerli xarici investisiyaların cəlb olunmasının təşviqindən ibarət olacaq. Belə ki, birgə şirkətlərdə payçı kimi iştirak edərək, Fond öz-özlüyündə dövlətin İKT sahəsində qarantı kimi çıxış etmək Azərbaycanın İKT sektorunun birbaşa xarici investisiyalar üçün etibarlığını artırmaq niyyətindədir.

 

   "Azerspace" fevralın 7-də orbitə buraxılacaq

 

    Əli Abbasov dövlət başçısının 2013-cü ili Azərbaycanda "İKT ili" elan etməsini xatırladaraq cari il ərzində sektorda həyata keçiriləcək əhəmiyyətli layihələr, o cümlədən ilk milli süni peykin ("Azerspace") fevralın ilk ongünlüyündə orbitə çıxarılması, ölkə regionlarında genişzolaqlı internet xidmətlərinin inkişafı, rəqəmsal TV yayımına tam keçid, "Elektron hökumət" portalının imkanlarının genişləndirilməsi, texnoparkların yaradılması s. mühüm layihələr barədə məlumat verib.

   Qeyd edək ki, "Elektron hökumət" portalına qoşulan elektron xidmətlərin (e-xidmətlərin) sayı artır artıq belə dövlət qurumlarının sayı 40-a çatıb. Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) dövlət qurumlarında elektron xidmətlərin hansı səviyyədə təşkil olunduğunu araşdırmağa hazırlaşır (Bu barədə sabahkı sayımızda daha geniş məlumat verəcəyik).

   Nazir kollegiya iclasındakı çıxışında vurğulayıb ki, bu il ölkənin kosmik sənayesinin inkişafı üçün önəmli il olacaq Azərbaycan 2016-cı ildə orbitə artıq ikinci peykini buraxacaq: "İlk süni peykin fevralın 7-dən 8-nə keçən gecə orbitə buraxılacağı gözlənilir".

 

   Rəqəmsal TV yayımı avadanlıqları aztəminatlılara pulsuz veriləcək

 

   Azərbaycanda rəqəmsal TV yayımına keçid layihəsi çərçivəsində aztəminatlı ailələrə müvafiq zəruri avadanlıqların pulsuz verilməsi ilə əlaqədar 5 milyon manat həcmində vəsaitin xərclənməsi gözlənilir.

   Əli Abbasovun sözlərinə görə, hazırda ölkə əhalisinin 90%-i rəqəmsal TV-dən istifadə edir: "Azərbaycanda fəaliyyət göstərən televiziyalar rəqəmsal yayıma keçib. Əsas məsələlərdən biri əhalinin rəqəmsal TV yayımına baxmaq üçün müvafiq avadanlıqların olmasıdır ki, bu avadanlığın qiyməti 30-50 manat təşkil edir".

   Azərbaycandakı aztəminatlı ailələr sözügedən avadanlığı pulsuz alacaq, "Hazırda ölkədə 120 mindən artıq aztəminatlı ailə mövcuddur ki, onlara bu avadanlıqlar pulsuz veriləcək. Bu istiqamətdə 5 milyon manat vəsaitin ayrılması gözlənilir", - Əli Abbasov deyib.

   Nazir qeyd edib ki, 2013-cü ildə ölkədə analoq yayım dayandırılacaq tam rəqəmsal TV yayımına keçiriləcək.

   Ümumiyyətlə, 2015-ci ildən analoq televizorların istehsalı dayandırılacaq.

 

   Daşınan nömrələr layihəsi

 

   RİTN rəhbəri bildirib ki, Azərbaycanda daşınan nömrələr layihəsinin ("Mobile Number Portability") tətbiqinə qarşıdakı aylarda başlanıla bilər.

   "Mobile Number Portability" xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. "Daşınan nömrələr" xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər.

   Hazırda bu layihənin tətbiqində yubanma var. Nazirin sözlərinə görə, layihənin icrasında müşahidə olunan ləngimənin səbəbi mobil rabitə operatorlarının hamısının buna tam hazır olmaması ilə bağlıdır: "Layihənin tətbiqi üçün yalnız mobil rabitə operatorları deyil, fiks olan sabit operatorlar da buna hazır olmalıdır onların texnoloji baxımdan tam hazır olmaması bu layihənin tətbiqini ləngidir".

   Bununla belə, Əli Abbasov hesab edir ki layihənin tətbiqi hər ay baş verə bilər: "Düşünürəm ki, bu layihəyə aprelin 1-dən gec olmayaraq başlanılacaq".

 

   Hər 100 ailəyə 69 telefon aparatı düşür

 

   Kollegiya iclasında RİTN-in müxtəlif departament şöbə rəhbərləri məruzələrlə çıxış edərək 2012-ci ildə görülən bu il görüləcək işlər barədə ətraflı məlumat veriblər.

   RİTN-in Aparat rəhbəri Vidadi Zeynalovun sözlərinə görə, ölkədə yeni texnologiyaların tətbiqi, keyfiyyətli dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində ötən il 45 yeni elektron ATS istismara verilib, 21 ATS rekonstruksiya olunub, 26 ATS- genişləndirmə işləri aparılıb, 41teleradio vericisi (o cümlədən 23 televiziya vericisi) quraşdırılıb 44 poçt şöbəsi binası (11-i Naxçıvanda MR-) tikilib.

   Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 28 480 nömrə artırılaraq 1 756 280 nömrəyə çatdırılıb ("APA-Economics").

   Yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber-optik kabellər çəkilməsi istiqamətində görülmüş işlər nəticəsində "Aztelekom" İB tərəfindən 2 100 km, o cümlədən özəl şirkətlər tərəfindən 530 km, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən 123,3 km, BTRİB-in kabel-kanalizasiya qurğularından istifadə etməklə digər təşkilatlar tərəfindən 266,3 km fiber-optik kabellər çəkilib. Bakı-Şamaxı-Ağsu-Göyçay-Ağdaş-Gəncə Bakı-Ələt-Şirvan-Salyan-Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Gəncə ərazilərində müasir tipli DWDM (transmissiya) şəbəkəsi qurulub.

   Hesabat ilində ölkədə əsas telefon aparatlarının ümumi sayı 1 475 535 ədədə çatıb. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 68,8 ədəd təşkil edir.

   Qeyd edək ki, ölkədə hər 100 adama 110 mobil telefon düşür.

 

  

   Aytən HƏMİD

 

   Ekspress.-2013.-22 yanvar.-S.-9.