İnformasiya cəmiyyətində insan hüquqları

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   Hazırda bəşəriyyət qarşısındakı mühüm problemlərdən biri də qlobal informasiya cəmiyyəti şəraitində insan hüquqlarının qorunmasıdır.

   İnformasiya cəmiyyəti formalaşdıqca insan hüquqlarının təmin olunması üçün geniş imkanlar açılır. Çünki informasiya cəmiyyətinin əsas məqsədi heç bir sosial mənsubiyyətindən asılı olmadan insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, insanların düşündüklərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir. Qeyd edək ki, informasiya cəmiyyətinin fundamental əsasları 1948-ci ildə qəbul edilmiş "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"nin 19-cu maddəsində verilib: "Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir".

   1948-ci ildə informasiya cəmiyyətindən söhbət getməsə də və bu kimi hüquqlar tanınsa da, onların reallaşdırılması imkanları informasiya cəmiyyətinin verdiyi imkanlardan zəif idi. Təbii ki, informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı nəticəsində insan hüquqlarının qorunması üçün yeni texnoloji imkanlar meydana gəlib ki, nəticədə də bu hüquqların tədbiqi üçün real mühit formalaşıb. Bu cəmiyyətin əsas məqsədi İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. Bu da elektron demokratiya anlayışını əks etdirir. Elektron demokratiyada dövlət, siyasi partiyalar və vətəndaşların hüquqlarını müdafiə edən ictimai qurumlar vətəndaşların informasiyaya çıxışını, kommunikasiya tələblərini, xidmətlərlə təminini və iştirak səviyyəsini artırmaq üçün internet texnologiyalarını tətbiq edir.

   Digər informasiya kanallarından fərqli olaraq, internet və onun infrastrukturu bu imkanları yaradan mükəmməl vasitələrdən biri hesab olunur. Öncə internetdən informasiya mübadiləsi üçün istifadə edilsə də, hazırda onun fəaliyyət sferası və imkanları genişlənməkdədir. Artıq bu məkan informasiya almaqdan başqa, elektron poçt, elektron kitabxana, elektron elm, elektron ticarət, virtual əmək münasibətləri, elektron televiziya, elektron sənəd dövriyyəsi, elektron dövlət xidmətləri, bir sözlə, adi həyatımızın bir çox sahələrinin İKT-nin inkişafı ilə əlaqədar daha geniş məkanda reallaşması imkanlarını mümkün edir.

   İKT-nin inkişafı hazırda vətəndaş cəmiyyətini formalaşdırır. Məhz internetin yaranması ilə insanlar arasında ünsiyyət, informasiya axtarışı, fikirlərini ifadə etmək azadlığı və bu kimi vacib insan hüquqlarının reallaşması tam mənada özünü doğrulda bildi. Tədqiqat işində əsas məqsədimiz insan hüquqları sahəsində mövcud qanunvericilik bazasının konstitusiyası sayılan Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilən əsas insan hüquq və azadlıqlarının informasiya cəmiyyətində mümkün reallaşma texnologiyaları və ya vasitələrini önə çəkməkdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, nəzərdən keçirəcəyimiz maddələr hər bir dövlətin, eyni zamanda Azərbaycanın qanunvericilik aktlarında qeyd edilən əsas hüquq və azadlıqları əks etdirir. Ölkə Konstitusiyasının məhz üçdə bir hissəsi insan hüquqlarına həsr olunub. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi sayılır. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

   İKT-nin inkişafı nəticəsində cəmiyyətin sosial həyatına yeni münasibətlər də əlavə olundu. İnsanların təhsili, dünyagörüşü, düşüncələri, mənəviyyatı, illərlə mövcud olan adət-ənənələri, mentalitetis. dəyişikliklərə məruz qaldı. Bu dəyişikliklər təbii proses kimi həyatımıza daxil olur və tədricən, demək olar ki, hamı tərəfindən təbii olaraq qəbul edilir. Məsələn, hər bir yetkinlik yaşına çatmış kişi və qadın irqi, milliya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan hər iki tərəfin sərbəst və tam razılığı ilə nikah bağlamaq və ailə qurmaq hüququna malik oldu. Gəlin baxaq görək, hələ 1948-ci ildə elan edilən bu hüquqlar hansı şəraitdə özünü doğrulda bilərdi? İKT vasitələrindən radio, televiziya, ənənəvi və mobil telefonlar, fotoaparat, internet ailə qurma tərzinə və baxışlarına bilavasitə öz təsirini göstərir. İnformasiya inqilabları kontekstində ailələrin formaca qurulma prinsiplərinə nəzər yetirsək, onun zamanın, kəşflərin və inkişafın təsirlərinə məruz qaldığının şahidi olarıq. Öncə ailələr eyni qəbilədən, eyni kənddən olan insanlar və yaxın qohumlar arasında qurulurdu. Zamanla insanlar arasında ünsiyyət artdıqca və bu ünsiyyəti yaradan İKT vasitələri inkişaf etdikcə qohumluğundan, milliyyətindən, dini əqidəsindən asılı olmayan ailə cütlükləri yaranmağa başladı.

   Onu da qeyd edək ki, internet istifadəçilərinin böyük qismini yeniliklərə daha tez uyğunlaşan gənclər təşkil edir ki, onların da internetdə fəaliyyəti dünyagörüşlərini, tanışlıq dairələrini daha da genişləndirir və nəticədə bölgələrin yaxınlaşması baş verir. İnternet vasitəsilə genetik xəstəliklər haqqında daha geniş məlumata malik olan gənclər artıq uzaq bölgələrdəki öz həmyaşıdları ilə daha tez və asanlıqla ünsiyyət qurmaq imkanı əldə edirlər ki, bu da müəyyən genetik xəstəliklərin yaradacağı fəsadların qarşısını almış olur. Belə ki, genetik cəhətdən qohum insanlar arasında qurulan ailələrdə irsi xəstəliklər çoxluq təşkil etdiyi halda, müxtəlif obatayfalardan evlənən insanlardan törənən nəsildə irsi xəstəliklərin baş vermə hadisəsinə daha az təsadüf edilir. Davamlı (dominant) genlərin qarşılıqlı əlaqəsindən törənən nəsil daha sağlamdözümlü olur.

   Hər bir şəxs haqqında elektron məlumat bazasının yaradılması, onun sağlamlığına dair tibbi informasiyanın olması mühüm əhəmiyyətə malikdir. Belə ki, valideynlərin dünyaya gətirdikləri uşaqların sağlamlıq problemi üzündən ailələrin dağılma təhlükəsinin qarşısının alınmasında və fiziki qüsurlu insanların ailə qurmasında bu informasiyalar əvəzsiz rol oynaya bilər.

   Qeyd edək ki, müxtəlif fiziki qüsurlu insanlarla müqayisədə sağlam insanın ailə qurması bir o qədər də problemlər yaratmır. Bir çox zaman cəmiyyətdə baş verən proseslərdən uzaq düşmüş, müxtəlif fiziki qüsurlar səbəbindən vaxtını evdə keçirməyə məcbur olan insanlar başqaları ilə ünsiyyətdən qaçaraq özlərini təcrid olunmuş hiss edirlər. Əslində isə ünsiyyət mühüm sosial proseslərdən biri olub, insan tələbatının təməlini və hər hansı bir sosial təşkilatın əsasını təşkil edir. Yəni informasiya cəmiyyətinin özəyi hesab olunur. Hər bir kəs harada olmasından asılı olmayaraq informasiya cəmiyyətində iştirak etmək imkanına malik olmalıdır və heç kimi cəmiyyətin təklif etdiyi bu imkandan məhrum etmək olmaz.

   Onu da qeyd edək ki, internet, sadəcə informasiya mühiti deyil, eyni zamanda özünü ifadə vasitəsidir. Əslində internet çoxdan və əsaslı surətdə müxtəlif baxışları ifadə edən tribunaya çevrilib. Bu tribunada insanlar öz fikirlərini, baxışlarını ifadə etmək üçün şəxsi gündəliklərini yaradır, müxtəlif maraq dairələrinə görə forumların iştirakçılarına çevrilirlər.

   Yuxarıda bəhs etdiyimiz kimi, informasiya cəmiyyətinin fundamental əsasları adlandırdığımız 19-cu maddə özünü tam olaraq internet mühitində reallaşdırır. Bəhs etdiyimiz əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı, informasiyanı yaymaq azadlığı bu gün aktual mövzu olan bloqlar, yəni on-layn fərdi gündəliklər vasitəsilə tam olaraq reallaşır. Gündəlik hadisə və faktlarla, mövzularla yenilənən, ictimai olan bloqlar ilk zamanlar yalnız bloqçu haqqında maraqlı informasiya daşıyırdısa, hazırda elmi, siyasi proseslər, xəbər şərhləri və s. də öz əksini tapmaqdadır. Tanınmış insanların, siyasi partiyaların, politoloqların, gənclər təşkilatlarının, yazarların, jurnalistlərin bloqları daha maraq çəkən və oxunanlar sırasına daxil olur.

   Statistikaya görə, internetdə milyonlarla bloq var. Artıq bir çox ölkələrdə, xüsusən ABŞ-da bloqlar kütləvi informasiya vasitələrinə (KİV) bərabər tutulur. Bloqçuların 34%-i verdiyi informasiyaya cavabdehlik ciddi yanaşma baxımından özünü müxtəlif sahələrin jurnalisti hesab edir.

   Onu da qeyd etmək lazım gəlir ki, bloq özünüifadə fikirləri azad şəkildə çatdırmaq üçün çox gözəl bir vasitə hesab olunur. Əgər mətbuatda, televiziyada, radioda azad fikir bildirilməsinə maneə yaranarsa, bloq bu maneələri aşmaq imkanına malikdir bu sahədə adı çəkilən vasitələrdən ön sırada durur. Ancaq bu heç o demək deyil ki, bloqlarda gedən zərərli, yanlış, açıqlanması qadağan olunan informasiyalara görə bloqçular məsuliyyət daşımırlar.

   "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"nin 12-ci maddəsində deyilir ki, heç kimin şərəf nüfuzuna özbaşınalıqla qəsd edilə bilməz hər bir insan bu cür müdaxilələrdən ya belə qəsdlərdən qanunla müdafiə olunmaq hüququna malikdir.

   Artıq internet milyonlarla insanın həyatının ayrılmaz hissəsinə çevrildiyindən sosial institutların diqqətini cəlb etməyə başlayıb. Hətta bir çox ölkələrdə kibercinayətkarlıqla mübarizə aparan xüsusi şöbələr dəyarandılıb. Əgər əvvəllər məhkəmə qarşısında məsuliyyətə yalnız sayt yaradıcıları cəlb edilirdisə, hazırda bloqerlər forumçular da bu cavabdehliyi daşıma riski altındadırlar. Bu məsələlərlə əlaqədar Apple şirkətinin Sinqapurda milli ədavəti qızışdırma zəminində keçirilən məhkəmə prosesləri xüsusilə diqqət mərkəzində dayanıb.

   2004-cü ildə Apple şirkəti özünün yeni məhsulunun rəsmi təqdimatını keçirmədiyi halda, informasiya sızması nəticəsində bloqlarda bu haqda danışan bloqçulara qarşı məhkəmədə iddia qaldırmışdı. Məlumatın hansı mənbədən alınması haqqında açıqlama tələb edilsə , bu tələb edilməmişdi. Onu da qeyd edək ki, bloqçular da jurnalistlər kimi informasiya mənbələri haqqında informasiyanı açıqlamamaq hüququna malikdirlər. Bundan başqa, 2005-ci ildə Sinqapurda milli ədavəti qızışdırma zəminində ittiham edilən bloqerlərə qarşı qaldırılan proses böyük əks-səda doğurub. İslam dininə ölkənin müsəlman əhalisinə qarşı aparılan hücumlara görə ittiham olunanlardan birinə biraylıq həbs cəzası, digərinə isə cərimə bir günlük həbs cəzası verilib.

   Həmin ildə "Microsoft" şirkəti Çində "azadlıq" bu kimi sözlərdən istifadə edən bloqları bağlayan internet portal istifadəyə verdi. Halbuki kommersiya qurumları insan hüquqlarının pozulmasında dövlətə dəstək göstərməməlidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində o da qeyd edilir ki, "hər bir insan cəmiyyətin bütün qurumları insan hüquqlarının müdafiəsinə onlara hörmətlə yanaşılmasına öz töhfəsini verməyə çağrılır".

 

  

   Ulduzə QARAQIZI

 

   Ekspress.-2013.-25 yanvar.-S.-9.