Əlil uşaqların cəmiyyətə inteqrasiyası birinci növbədə valideynlərin əlindədir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Azərbaycanda da əngəlli uşaqların müalicəsi "Robota reabilitasion" cihazı ilə aparılacaq

Əngəlli uşaqların müalicəsi ilə bağlı Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (ACQA) rəhbəri Sevil Yusifova, "Azad Həmfikirlər" GMİB-nin sədri Samirə Mustafayeva Türkiyədən dəvət olunmuş "Umuda Addım" dərnəyinin sədri Emel Yurdakoşun iştirakı ilə mətbuat konfransı keçirilib.

   Əngəlli uşaqların müalicəsinə toxunan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova bildirib ki, Türkiyədə olarkən "Umuda Addım" dərnəyinin təqdimat mərasimində iştirak edib: "Bu mövzuda hər iki dövlət arasında əməkdaşlıq mütləq olmalıdır və davam etdirilməlidir. "Roboto reabilitasion" cihazı sayəsində Türkiyədə bir çox əngəlli uşaqlar artıq müalicə olunur. Bu cihaz maddi cəhətdən çox bahalıdır. Bu cihaz sayəsində əlil uşaqlarımız müalicə oluna bilərlər. Bu sahədə daha çox işlər görmək lazımdır. Əngəlli övladı olan valideyn sabaha ümidlə baxmalıdır. Məhz "Roboto reabilitasion" cihazı ilə əngəlli uşaqlarımız ayağa qalxa bilər. Çünki bu cihazın effekti tez bir zamanda özünü göstərir. Hətta məşhur türk müğənnisi İbrahim Tatlısəs məhz bu cihaz vasitəsi ilə ayağa qalxıb. Heç kim inanmırdı ki, müğənni yenidən öz sağlamlığına qayıdacaq".

   Ramana qəsəbəsində olub oradakı əngəlli uşaqları ziyarət etdiklərini deyən S.Yusifovanın sözlərinə görə, orada olarkən, E.Yurdakoş bu cihazı öz hesabına Azərbaycana yollayacağına söz verib.

   Daha sonra isə "Umuda Addım" dərnəyinin sədri Emel Yurdakoş sədrlik etdiyi dərnək haqqında məlumat verib. Onun sözlərinə görə, əngəlli uşaqların müalicəsi üçün dərnəkdə mütəmadi işlər görülür: "Onlar uşaqdır və onların bizim köməyimizə ehtiyacları var. Bizim məqsədimiz əngəlli uşaqların problemlərini həll etmək, onların cəmiyyətlə əlaqələrini yaratmaqdan ibarətdir".

   Dərnəkdə daha çox bu uşaqların anaları ilə gəldiyini gördüklərini deyən Yurdakoş hesab edir ki, atalar bir növ belə vəziyyətdə özlərini kənarda qoyurlar. Dediyinə görə, uşaqların sağlamlığı üçün hər 2 valideyn övladının yanında olmalı, onun problemləri ilə maraqlanmalıdır. "Təkcə ana ilə qurtarmır. Əngəlli uşaqların müalicəsinə dövlət də yardım etməlidir. Əngəlli uşağın problemi ümumən cəmiyyətin problemidir, tək ananın, yaxud atanın deyil".

   Qeyd edək ki, hazırda Azərbaycanda "Robota reabilitasion" cihazından istifadə olunmur. Cihaz isə özlüyündə çox böyük funksiyalara malikdir ki, məhz bu cihaz sayəsində əngəlli uşaqların səhhətində irəliləyişlər nəzərə çarpır. Avropanın əksər ölkələrində, Amerika kimi nəhəng dövlətdə istifadə olunan, iflic keçirmiş, yaxud yerimə əngəlli olan insanlar üzərində tətbiq edilən cihazdan hazırda Türkiyədə istifadə olunur. "Felçlileri yürüten en son teknoloji" adı ilə məhşurlaşan cihazın effekti isə az deyil. Cihazsız normalda 10 addımı çətinliklə gəzə bilən əngəllinin cihazdan istifadə zamanı addım sayı 800-ə yaxın olur. Müalicə ilə xəstə üzərində qeydə alınan nəticə 1-2 il müddətində olursa, cihazdan istifadə zamanı nəticə 2 ay içində özünü göstərir. Cihazdan həftədə 2-3 dəfə 30 dəqiqə müddətində istifadə olunur. Xəstənin vəziyyətinə görə cihazdan istifadə 10-15 seans tətbiq edilir.

 

   Dünyada əlilliyin müalicəsi ilə müxtəlif yollarla məşğul olular. Məsələn, Rusiyanın şimal bölgəsində yerləşən bir uşaq bağçasına əngəlli uşaqların müalicəsi üçün müvəqqəti olaraq 30 Xaski cinsinə aid it gətirilib. İtlər Moskvanın Sakolniki parkında gün boyunca görmə eşitmə əngəlli, eləcə əqli cəhətdən zəif olan uşaqların yolunu gözləyir. Bu itlərin ən yaxşı xüsusiyyəti onlarda insana qarşı heç bir aqressivliyin olmamasıdır. Yeganə istəkləri isə sadəcə insanların onlara diqqət yetirməsidir. İnkişaf etmiş ölkələrin əksəriyyətində əlil uşaqların əlil olması onlara hiss etdirilmir. Sağlam insanlar kimi onların da məsuliyyətləri var, onlar da ailənin digər fərdləri kimi bacardığı qədər cəmiyyətə yararlı olmağa çalışırlar. Ailələr əlil övladlarından utanmır, onları gizlətməyə çalışmırlar. Azərbaycnda isə hələ valideyn üçün əlil övladının olması utanc, şanssızlıqdır.

   "Dünyada uşaqların vəziyyəti - Əlilliyi olan uşaqlar - 2013" adlı hesabata görə, hazırda dünyada 150 milyondan çox əlil uşaq yaşayır. Sırf əlil olduqları üçün bu uşaqlar çox vaxt təhsildən , səhiyyədən uzaq qalırlar. Hesabata görə, əlil uşaqlar daha çox zorakılığa, təzyiqlərə, istismara məruz qalırlar. Çox vaxt bu uşaqlardan imtina olunur ya valideynlər onlara böyütmək üçün artıq xərc çəkmək istəmirlər. Amma UNİCEF hesab edir ki, əgər bu cür uşaqlara daha yaxşı təhsil verilsə, onlara nəyi "edə bilməzlər"i deməkdənsə, nəyi "daha yaxşı görəcəkləri" öyrədilsə, bunun həm uşaqların özünə, həm cəmiyyətə faydası olar. Çünki onları cəmiyyətdən ayıranda, əlil uşaqlar həm yükə çevrilir, həm bütün həyatları asılılıq içində keçir. Təəssüf ki, bu gün Azərbaycanda da əlil uşaqlar sağlam uşaqlardan ayrılır. Onlara qarşı olan münasibət, davranış sağlam uşaqlarla müqayisədə kəskin formada fərqlənir. Bəzən əlil övladların müalicəsində valideynlərdən biri sanki ondan imtina edibmiş kimi davranır. Halbuki, əlil olmaq heç bir uşağın seçimi deyil onları cəmiyyətə qazandırmaq məhz valideynlərin üzərinə düşür. Əlil uşaqları cəmiyyətə qazandırmağın yolu əsasən onlara qarşı ayrı-seçkiliyə son verməkdən keçir.

   Azərbaycanda yaşı 18-dək olan şəxslərin sayı 2 milyon 539 min 7 nəfər, onlardan 3 yaşadək olanların sayı isə 662 min 4 nəfərdir. Səhiyyə Nazirliyinin məlumatına görə, yaşı 18-dək olan şəxslərin 62 min nəfərində əlillik müəyyən olunub ki, onlardan da 8,7 min nəfəri 2012-ci ildə ilk dəfə əlillik almış 3 yaşa qədər uşaqdır. Respublikada qeydiyyatda olan 17 yaşınadək kar zəif eşidən şəxslərin sayı 3 878, kor zəif görənlərin sayı 14 871, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların sayı 6 462, serebral iflic qalığı olan uşaqların sayı 3 740, psixoloji inkişaf pozuntusu olan uşaqların sayı 2 417, anadangəlmə anomaliyaları (inkişaf qüsurları, deformasiyalar xromosom pozuntuları) olan uşaqların sayı 7 082, nitq qüsuru olan uşaqların sayı 7 492 nəfər təşkil edib. Statistikaya görə, əlilliyi olan uşaqların böyük bir hissəsinin yaş həddi məktəbəqədər yaş dövrünü əhatə edir. Lakin ölkədə fiziki qüsurlu uşaqların əksəriyyəti həmyaşıdları ilə birlikdə təhsildən yararlana bilmir. Məktəbəqədər təhsildən yararlana bilməmələri onların ümumi məktəb həyatına da əngəl törədir cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Çünki məktəbəqədər təhsil hər bir uşaq üçün önəmlidir. Belə ki, məktəbdən əvvəl bağçada təhsil almış uşaqlar oxumağı, yazmağı digərlərinə nisbətən daha tez qavrayırlar. Xüsusilə əlilliyi olan uşaqların məktəbəqədər təhsil formasından yararlanmadıqda ümumi təhsilə keçmələri onların qavramalarında müəyyən çətinliklər törədir.

   Azərbaycandan fərqli olaraq Avropada əlilliyi olan uşaq anadan olubsa, artıq doğum evindən müvafiq qurumlara məlumat verilir. Orada 0-dan 3 yaşına qədər ailələrə sosial işçilər cəlb olunur. Onlar uşağın valideynləri ilə söhbət aparır, onlarla etmək, necə işləmək, övladlarının hansı bacarıqlarını inkişaf etdirmək lazım olduğu haqqında məlumat verirlər. Üç yaşına qədər uşağın tədrisi ev şəraitində aparılır. 3 yaşından 6 yaşına qədər olanlar uşaq bağçalarına göndərilir, 6 yaşından 18 yaşına qədər olanlar məktəblərə göndərilir, sonra ali təhsil, daha sonra yerlərinə ezam edilir. Əgər uşağın təhsili qavrama səviyyəsi aşağıdırsa, bu zaman o, hansısa texniki peşəyə yiyələnir. Azərbaycanda isə vəziyyət tamamilə başqadır. Valideyn əlil olan övladını cəmiyyətdən gizlətməyə, yox saymağa çalışır. Onu evə məhkum edir. Əlil övladı olan hər bir ailə bilməlidir ki, uşaqların kiçik yaşlarından təhsil almaları olduqca vacib məsələlərdəndir. Çünki uşaq təhsil ala bilməyərək cəmiyyətdən kənarda qalır gələcəkdə ailənin üzərinə yük olur, özünü cəmiyyətə yararsız insan kimi hiss edir. Ailənin gəlir gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini saxlayıb uşağa baxsın. Bundan əlavə, əlillərin əmək fəaliyyəti ilə məşğul olmamaları cəmiyyətdə sosial yükün ağırlaşmasına gətirib çıxarır. Amma onlar peşə təhsili alsalar, lap kiçik yaşlarından əmək fəaliyyətinə cəlb olunsalar, cəmiyyətə faydalı insan olarlar yükə çevrilmirlər. Təcrübələr göstərir ki, təhsili olan fiziki qüsurlu insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, onlara uşaqlıqdan qayğı göstərərək düzgün yönləndirmək lazımdır.

   Əlil olmaq heç bir insanın seçimi deyil. Əlil olan insan sağlam insandan daha çox yararlı ola bilər. Yaxud, sağlam insan bir gün ərzində əlil ola bilər. Əngəlli insanları, xüsusən uşaqları cəmiyyətə adaptasiya etmək isə onların valideynlərinin əlindədir.

 

  

Günay RAMİZQIZI

Ekspress.-2014.- 5-7 aprel.- S.10.