Cümhuriyyət tələbələri

          III fəsil. Tale sorağında

 

    Cümhuriyyət tələbələrinin andı

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

       Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

      Azərbaycan Cümhuvriyyətinin qurulmasında yaxından iştirak edən Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli də Gəncə kişi gimnaziyasını bitirmişdi.

   Xudadat bəy haqqında Xanlar Bayramovun yazdıqları bu günqürurla səslənir: "Uzun illər Gəncədə apardığım tədqiqat araşdırmasından sonra belə qənaətə gəlmişəm ki, xalq arasında "Xudu bəy" adlanan Xudadat bəyin 1920-ci ilin mayın 10-da tutulması, acınacaqlı halda vağzala gətirilməsi və oradan Bakıya aparılması xalqın səbr kasasını tamam doldurub. Millət onu vağzaldan yola salınanadək müşayiət edib, silaha sarılıb onu azad etmək, son damla qanlarınadək döyüşmək istəsələr də, buna Xudadat bəy razılıq verməyib.

   vağzalda xalqa müraciətində də qürurla bildirib: "MƏN BÜTÜN HƏYATIMI VİCDANLA YAŞAMIŞAM. MƏNİ HEÇ VAXT HƏBS EDƏ BİLMƏZLƏR. HƏRƏKƏTLƏRİMDƏ CİNAYƏT TƏRKİBİ YOXDUR. XAHİŞ EDİRƏM Kİ, ARTIQ HƏRƏKƏTLƏRƏ YOL VERMƏYİN, EVİNİZƏ GEDİN". Bunu eşidən Gəncə camaatı könülsüz halda evlərinə qayıdır. Onun müraciəti çoxlarının əl-qolunu bağlayır. Xüsusilə də Sarı Ələkbərin, Tatoğlu Həsənin, Qaçaq Qəmbərin silahlanmış süvari dəstələrinin...

   Xudadat bəy 1920-ci il mayın 12-də "çeka"nın zindanında müstəntiq Şəfikyana verdiyi ifadəsində yazırdı: "Erməni kəndlərinin yandırılması və dinc erməni əhalisininin tərk-silah edilməsi ilə bağlı mənə qarşı irəli sürülən ittihamda özümü günahkar saymıram. Əgər ixtiyarımdakı bütün sənəd-sübutları təqdim edə bilsəydim, aydın olardı ki, mən Qaraçinar, Çaykənd erməni icmaları ilə bağlı məsələlərin dinc yolla nizama salınması üçün hər cür tədbirlər görmüşəm. Adları çəkilən kəndlərin İrəvandan gəlmiş daşnak xadimləri və yerli cinayətkar ünsürlər tərəfindən təhrik edilən əhalisi 1917-ci ildən bəri heç bir hakimiyyət tanımır, bir çox fəsadlar törədirdilər. Onlar aranda yaşayan müsəlmanların yaylağa qalxmasına mane olur, yollarda pusqu qurur, suyun qabağını kəsərək camaatı tarlaları suvarmağa qoymurdular. Müsəlmanlar bu barədə dəfələrlə şikayət etmişdilər. Ermənilər hətta inzibati hakimiyyət orqanları nümayəndələrini yaxına buraxmayaraq deyirdilər ki, yalnız Qarabağ Milli Şurasını tanıyırlar.

 

   Lakin Gəncə və Qarabağ sərhədlərinin əvvəlki kimi qaldığı və onların Gəncə qəza hakimiyyətinə tabe olmaları barədə Müsavat partiyasının qərarı Gəncə və Cavanşir qəza rəislərinin iştirakı ilə ermənilərə təqdim ediləndə aydın oldu ki, onlar heç bir hakimiyyət tanımır və bildirirlər ki, Ermənistandan kömək tələb edirlər. Onların özlərinin quberniya idarəsində erməni silahlı qüvvələrinə rəhbərlik edən adamları var ki, onlar Ağası, Dəli Qacar, Mnasakanovbir çox başqalarının sözünə tabedirlər. Nəhayət, mən yerli erməni icmasının nümayəndələrinə - Gəncə şəhər qlavasının müavinləri Ter- Parsedova, Leogeryana, Mnasakanova, parlament üzvü Ter-Azaryana və başqalarına müraciət etdim. Lakin yuxarıda adları çəkilən icmaların qəza hökumətinə tabeliyi məsələsində cəhdlər əbəs idi.

   Qonşu müsəlman kəndlərinin sakinləri biləndə ki, ermənilər Azərbaycan hökumətini tanımaq və ona tabe olmaq istəmirlər, silahlanaraq hərbçilərə köməyə getdilər və böyük atışma baş verdi. Ermənilər bir neçə müsəlman kəndini - Nodular, Qaryağdı, Liman, Duşallı, Keşarbaşqa kəndləri yandırdılar. Erməni quldur dəstələri hətta Mərzi yolunda pusqu quraraq beş min altmış köçəri müsəlmanı qırdılar. Taun əleyhinə Zurnabad stansiyasını ələ keçirdilər.

   Mənim fəaliyyətimlə bağlı yalnız ermənilər deyil, ruslar, almanlar, gürcülər, yəhudilər və başqa millətlətlərin nümayəndələri fikir söyləyə bilərlər. Qatı daşnak olduğuna görə dəfələrlə həbsxanaya düşmüş Babakevhyansın dedikləri diqqətəlayiq ola bilməz və həqiqətəuyğun deyil.

   Evimdən tapılmış gümüş dəstəkli qılınc mərhum atamındır. Tüfəng və brauninq sistemli revolver də rəhmətlikdən yadigardır. Qalan iki tüfəng bir revolver çar polkunda komandir olmuş əmim oğlumunkudur. Bir tüfəng iki revolyer isə evdə saxlayardıq ki, üzüm yığımı vaxtı qarovulçulara verərdik, ya da onlar təsərrüfat işləri ilə əlaqədar kəndə gedəndə özləri ilə götürərdilər".

   Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli Azərbaycan Cümhuriyyətinin daşnaklar qarşısında əyilməzlik rəmzi idi. O, əyilməzliyin kişilik dərsini elə Gəncədə kişi gimnaziyasında almışdı.

   Bu gimnaziyada təhsil alanlar arasında Gəncə qəzasının Səfikürd kəndindən olan, Azərbaycan Parlamentinin otuz doqquz yaşlı üzvü Aslan bəy Ağalar bəy oğlu Səfikürdski vardı. Gəncə kişi gimnaziyasını bitirdikdən sonra Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olunmuş, oradan öz xahişilə Peterburq Universitetinə dəyişilmişdi. Tələbə hərəkatında fəal iştirakına görə 1903-cü ildə Universitetdən xaric edilmiş bir il sonra yenidən bərpa olunmuşdu.

   Aslan bəy Səfikürdski 1918-ci ilin dekabrında Qazax qəzasından Azərbaycan Cümhuriyyəti Parlamentinə deputat seçilmişdi. O. Azərbaycan Cümhuriyyəti hökumətində əvvəlcə poçt-teleqraf əmək naziri, sonra ədliyyə əmək naziri vəzifəsində çalışmışdı.

   Yeri gəlmişkən, Aslan bəy Səfikürdski Cümhuriyyət dövründə məşhur olan bir ifadənin - "xalq məhkəməyə deyil, məhkəmə xalqa xidmət etməlidir" sözlərinin müəlifidir.

       "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq bu yolda ya qazi ya şəhid olacaqsan!"

 

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

   əvvəli, ardı var

 

 Teyyub QURBAN

 Ekspress.-2014.- 2-4 avqust.- S.15.