Məcburi köçkünlər peşə təhsili alacaq

    

 Beynəlxalq Avrasiya Mətbuat Fondu ABŞ Dövlət Departamentinin "Əhali, Qaçqınlar Miqrasiya" bürosunun maliyyə dəstəyi ilə Ağdam, Ağcabədi, Beyləqan Bərdə rayonlarında "Məcburi Köçkünlərin Reinteqrasiyası ilə məşğul olmaq məqsədi ilə yerli vətəndaş cəmiyyəti icma əsaslı təşkilatların potensialının artırılması" mövzusunda layihə həyata keçirir. BAMF-dən "Ekspress"ə verilən məlumata görə, bir il müddətində dövrü əhatə etməsi nəzərdə tutulmuş layihə çərçivəsində fəaliyyətlərin bir qismi Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Missiyası tərəfindən həyata keçirilir.

   Ötən ilin noyabrından icrasına başlanılan layihənin əsas məqsədi miqrant ərləri olanya gender əsaslı zorakılıq qurbanına çevrilmiş qadınlara xüsusi diqqət yetirməklə onların peşə bacarıqlarının artırılması, hədəf regionlarda bu kimi insanların hüquqi problemlərinin həll edilməsi və əhalinin həssas qrupları ilə işləyən (məcburi köçkünlər, gender zorakılığı qurbanı olmuş qadınlar, əhalinin az təminatlı təbəqəsi və s.) vətəndaş cəmiyyəti təşkilatları ilə təşkilati, habelə fərdi səlahiyyət fəaliyyəti ilə sosial-iqtisadi hüquq və məcburi köçkünlərin fonunda insanların səmərəli inteqrasiyasına nail olmaq üçün əlverişli mühitin yaradılmasına töhvə verməkdir. Layihənin məqsədinə nail olmaq üçün BAMF Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Missiyası ilə birlikdə vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialının artırılması ilə bağlı təlimlər həyata keçirməyə başlayıb. Təlimlərə cəlb olunan tərəfdaş qeyri-hökumət təşkilatı işçilərinin müxtəlif təlimlər nəticəsində insanlarla əlaqə qurmaq qabiliyyətlərini inkişaf etdirmələri nəzərdə tutulur. Bundan əlavə, hər bir tərəfdaş vətəndaş cəmiyyəti təşkilatından bir şəxsin hüquq biliyinin artırılması yolu ilə regionlarda yaradılmış hüquq məsləhət mərkəzlərinin davamlı işçi heyətinin formalaşmasına nail olunacaq.

   Layihə çərçivəsində əhalinin peşə bacarıqlarının artırılması qarşıya qoyulan hədəflərdən biridir. Layihə boyunca 100 məcburi köçkünyerli əhali müxtəlif sahələrdə peşə təhsili almaq imkanı əldə edəcək. BAMF peşə təlimlərini hər biri üç ay olmaqla üç qrupda həyata keçirməyi planlaşdırır. Qurum ötən ayın sonunda Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonlarından cəmi 33 nəfər iştirakçı seçərək Tərtər Regional Peşə Təlim Mərkəzində kompüter və kənd təsərrüfatı kurslarına başlayıb. Həftədə 3 dəfə, hər gün 4 saat olmaqla həyata keçirilən kurslar həm praktiki, həm də nəzəri materialları əhatə edir.

   Peşə təlim kurslarının sonunda iştirakçıların mikro-kreditlər əldə edərək kiçik sahibkarlıq fəaliyyətinə yardım ediləcək. Mikro kreditlər Avrasiya Kredit Bank olmayan Kredit Təşkilatı tərəfindən güzəştli şərtlərlə təqdim olunur. Kiçik sahibkarlar üçün biznes təlimlərinin keçirilməsi layihənin digər bir istiqamətinə aiddir. Artıq Bərdə və Ağdam rayonlarında hər birində 25 nəfər qadın olmaqla cəmi 50 sahibkar qadın biznes təlimində iştirak edərək biznesini inkişaf etdirmək üçün yeni yollarla tanış olub. Təlimlər Azərbaycan Mikro-Maliyyə Assosiasiyası ilə birgə aparılır. Beyləqan və Ağcabədi rayonlarında biznes təlimlərinin may ayında həyata keçirilməsi gözlənilir.

   Layihə çərçivəsində yaradılmış Hüquq məsləhət mərkəzlərində peşəkar hüquqşunas məsləhətlər verərək əhalinin üzlşdiyi hüquqi problemlərin həlli yolunda səy göstərir. Hüquq məsləhət mərkəzlərində pulsuz olaraq hər hansı hüquqi informasiyanın alınması, ərizələrin yazılması, daha ciddi işlərin isə məhkəmə prosesinə qədər daşınması və məhkəmədə müdafiə olunması nəzərdə tutulub.

   Xatırladaq ki, sözügedən layihə Beynəlxalq Avrasiya Mətbuat Fondunun ilk belə layihəsi deyil. Yaradıldığı 20 il ərzində BAMF minaların təmizlənməsi, müharibə veteranlarına və minadan zərər çəkmişlərə qayğı, gənclər, azad media, məcburi köçkünlərin sosial rifah halının artırılması, sülh quruculuğu ilə bağlı saysız layihələrə imza atıb. Məhz elə bu səbəbdən, təşkilat nəinki Azərbaycanda, hətta bütün dünyada vətəndaş cəmiyyəti təşkilatları sırasında öz fəaliyyəti ilə önəmli yer tutur.

 

  Qənirə Məmmədli

  Ekspress.-2014.- 27 fevral.- S.9.