Sosial xidmət müəssisələri

 

Bu müəssisələrdə çətin həyat şəraitində olan şəxslərə xidmət göstərilir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin səmərəli təşkili məqsədilə dövlət müxtəlif vasitələrdən istifadə edir. Bu vasitələrdən birisosial xidmət müəssisələrinin yaradılması və burada xidmətin təşkilidir.

   "Sosial xidmət haqqında" qanuna görə çətin həyat şəraitində olan şəxslər zərurət olduqda sosial xidmət müəssisəsinə yerləşdirilə bilər. Belə müəssisələri yaratmaqla dövlət sosial cəhətdən həssas vətəndaşların reabilitasiyası işinin daha dolğun və səmərəli həyata keçirmək imkanına sahib olur. Bununla əlaqədar olaraq ölkəmizdə ahıllar və əlillər üçün internat evləri, psixonevroloci internat, uşaq evləri - əqli geriliyi olan uşaqlar üçün internat, fiziki qüsurları olan uşaqlar üçün internat evləri, insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, cəza çəkməkdən azad edilmiş şəxslər üçün sosial adaptasiya mərkəzləri və s. fəaliyyət göstərir. Burada həmin insanların yaşayış şəraitinin yaxşılaşdırılması, bu müəssisələrdə sosial-məişət və tibbi xidmətin təşkili keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət ayrılır.

   Bu müəssisələrlə yanaşı sosial xidmətlərin göstərilməsi üçün digər sosial xidmət müəssisələri (günərzi qayğı mərkəzləri, yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya mərkəzi, sosial-psixoloci kömək mərkəzi, sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr üçün sosial reabilitasiya mərkəzi, müvəqqəti sığınacaqlar, peşə istiqamətləndirilməsi mərkəzi, müvəqqəti xidmət şöbələri, kiçik qrup evləri, sosial mağazalar və yeməkxanalar və s.) də yaradılmasına qanunvericilik icazə verir.

   Qanunvericiliyə görə, bəzi insanlar sosial xidmət müəssisələrinə könüllü, bəziləri isə məcburi qaydada cəlb edilir. "Sosial xidmət haqqında" Qanunda qeyd edilir ki, fəaliyyət qabiliyyəti olmayan, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən, ona baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə yazılı ərizələri olduğu hallarda çətin həyat şəraitində olan şəxslər zərurət olduqda sosial xidmət müəssisəsinə yerləşdirilə bilər.

   Çətin həyat şəraitində olan şəxsin sosial xidmət müəssisəsində yerləşməsi zəruri olduqda, lakin həmin şəxs bundan imtina etdikdə isə onun sosial xidmət müəssisəsinə yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müraciəti ilə məhkəmə tərəfindən həyata keçirilə bilər.

   Sosial xidmət müəssisəsində yerləşdirilmə üçün şəxsin və ya ailənin çətin həyat şəraitində olması təsdiqini tapmalıdır. "Sosial xidmət haqqinda" Qanuna görə, şəxs və ya ailə bir neçə halda çətin həyat şəraitində hesab edilə bilər. Yetkinlik yaşına çatmayanlar valideynlərini itirdikdə və ya valideyn himayəsindən məhrum olduqda, yetkinlik yaşına çatmayanların baxımsızlığı, cəmiyyətin davranış normalarına zidd hərəkətləri olduqda, 3 yaşadək uşaqların erkən əqli və fiziki inkişaf imkanlarının məhdud olduqda, orqanizmin fiziki və ya əqli imkanlarını şərtləndirən xroniki funksiya pozğunluqları yarandıqda, sosial əhəmiyyətli və ətrafdakılar üçün təhlükə yaradan xəstəliklər nəticəsində həyat fəaliyyətinin məhdudlaşdıq həmin şəxs çətin həyat şəraitində yaşayan sayılır. Sadalananlarla bərabər xəstəlik və əlillik nəticəsində, ahıllıqla əlaqədar özünə qulluq etmək qabiliyyəti itdikdə, şəxsi sosial dezadaptasiya (yadırğama) və sosial deprivasiyaya (məhrumiyyətə) gətirib çıxaran qəddar davranış mövcud olduqda, yaşayış yeri olmadıqda, cəzaçəkmə müəssisəsindən azad edildikdə və insan alverinin qurbanı olduqda həmin şəxs də sosial xidmət müəssisəsinə cəlb edilir.

 

   Ötən ilin məlumatına görə, Azərbaycanda ümumilikdə 9 internat evi var. Onlardan 2-i əqli cəhətdən geri qalan uşaqlar üçün internat evi, 7-i ahıllar və əlillər üçün internat evləridir.

   Ahıllar və əlillər üçün internat evlərində cəmi 812 yer var. 2011-ci ildə yerlərin sayı 1012 olub. Sosial xidmət müəssisələrində yerlərin sayının azalması təmir və yenidənqurma işləri ilə əlaqədardır.

   2013-cü ilin məlumatına görə həmin müəssisələrdə 740 nəfər yerləşdirilib.

   Əqli cəhətdən geri qalan uşaqlar üçün internat evlərində isə yerlərin sayı 370-dir. Burada da yerlərin sayında azlma var. 2010-cu ildə yerlərin sayı 605 idi.

   Əqli cəhətdən geri qalan uşaqlar üçün internat evlərində 310 nəfər yaşayır.

   Məlumata əsasən 9 internat evinin 4-ü Bakıda, qalanları Abşeron rayonunda, Naxçıvan MR-nın Şahbuz rayonunda, Gəncə şəhərində, Şamaxı şəhərində Göygöl rayonunda yerləşir. Bakı şəhərində Gənc əlillərin əmək istirahət evi (Ramana qəsəbəsi), Müharibə əmək əlilləri üçün pansionat (Bilgəh qəsəbəsi), 9 nömrəli ruhi-əsəb internat evi (Buzovna qəsəbəsi) 3 nömrəli ağıldankəm uşaqlar üçün internat evi (Mərdəkan qəsəbəsi) var. Şahbuz rayonunun Şahbuz qəsəbəsində Qoca kimsəsizlər üçün pansionat, Gəncə şəhərində Pensiyaçılara ərazi sosial xidmət mərkəzi, Şamaxı şəhərində 1 nömrəli ruhi-əsəb internat evi, Göygöl rayonunun Qırıxlı kəndində 8 nömrəli ruhi-əsəb internat evi, Abşeron rayonunun saray qəsəbəsində isə 7 nömrəli ağıldankəm uşaqlar üçün internat evi yerləşir.

   Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Müharibə əmək əlilləri üçün pansionatda hazırda 155 nəfər tənha ahıl əlil tam dövlət himayəsində yaşayır, daimi olaraq yaşayış şəraiti, qida, geyim tibbi xidmətlə təmin olunurlar. Pansionatda əsaslı təmir işləri aparılmaqla, pansionat üçün ikinci korpus inşa edilib.

   Yaşı 63-dən yuxarı tənha vətəndaşlar üçün nəzərdə tutulan bu pansionatda əvvəllər daha aşağı yaşda olan insanların da məskunlaşdırıldı. Halbuki həmin insanlar təyinatı üzrə müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilməlidirlər.

   İndi bu cür hallara həmin pansionatda yol verilmir. Pansionatın profilinə uyğun olmadan burada yerləşdirilən 16 nəfərin nazirliyin tabeliyində olan digər sosial xidmət müəssisələrində yerləşdirilib.

   Buzovnada yerləşən 9 saylı ruhi-əsəb əlilləri qocalar üçün ixtisaslaşdırılmış internat evində 214 nəfər dövlət himayəsində yaşayır.

   Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunan Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi Sosial Sığınacağı tikilir. Bu müəssisələrin tikintisi 2014-cü ilin ikinci yarısında başa çatdırılması nəzərə tutulub.

   Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnmələri, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılması məqsədinə xidmət edir. İxtisaslaşmış Reabilitasiya Mərkəzi Sosial Sığınacaq isə çətin həyat şəraitinə düşmüş, sosial cəhətdən təhlükəli vəziyyətdə olan uşaqları müvəqqəti yaşayış yeri, sosial, psixoloci digər xidmətlərlə, hüquqi yardımla təmin edəcək.

 

   Sosial müdafiə əhəmiyyətli digər yeni sosial layihə kimi, hazırda Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur. Mərkəzdə qeyd olunan şəxslərin peşə hazırlığı işlə, tibbi sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları qeyri-hökumət təşkilatları ilə birgə müvafiq işlər aparılacaq.

   Sosial xidmət müəssisələrində xidmətin təşkilinin keyfiyyəti bu müəssisələrdəki təmir texniki təchizat vəziyyətindən çox asılıdır. Azərbaycanda olan sosial xidmət mərkəzlərinin əksəriyyəti sovet döbründə tikilib onların əsaslı təmirə ehtiyacı olub. Buna görə son illərdə həmin müəssisələrdə əsaslı təmir işləri aparılıb. Bu məqsədlə əvvəl icra edilən hazırda da icrası həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında da tədbirlər nəzərdə tutulub.

   Bakı şəhərinin 2011-2013-cü illəri əhatə edən dövlət proqramı çərçivəsində Buzovna qəsəbəsində 9 saylı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evi, Bilgəh qəsəbəsində Müharibə Əmək Əlilləri üçün Pansionatın (Qocalar Evi) yeni korpusu tikilib, Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verilib. Həmçinin yuxarıda da qeyd edildiyi kimi Gözdən Əlillər üçün Tədris Bərpa Mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin Sosial Sığınacağın tikintisi, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin, Respublika Əlillərin Bərpa Mərkəzinin təmiri işləri davam etdirilib.

   Hazırda icrası həyata keçirilən 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında da əhalinin sosial müdafiəsi sahəsində nəzərdə tutulan tədbirlər arasında sosial xidmət müəssisələrinin vəziyyətinin yaxşılaşdırılması da var. Proqramda qeyd edilir ki, 2018-ci ilə qədər regionlarda sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazası gücləndirilməli, onların növləri şəbəkəsi genişləndirilməlidir.

   Proqram çərçivəsində konkret olaraq Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzinin bərpa-gücləndirilməsi əsaslı təmiri aparılacaq. Bundan başqa Yevlax şəhər Əlillərin Regional Bərpa Mərkəzinin bərpa-gücləndirilməsi əsaslı təmiri, Qobustanda penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi, Naftalan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin bərpa-gücləndirilməsi əsaslı təmiri, Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserinin Naxçıvan Əlillərin Bərpa Mərkəzinin əsaslı təmiri nəzərdə tutulub.

 

  

Vasif CƏFƏROV

 Ekspress.-2014.- 16 iyul.- S.9.