Cümhuriyyət tələbələri

 

  III fəsil. Tale sorağında

 

Cümhuriyyət tələbələrinin andı

 

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

       Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   Şamaxı beşliyi

   Müəllifin şəxsi arxivindən.

   "Xalq Təhsili Muzeyinin direktoru

   Lalə xanım Bayramovaya

   Sizin 17 iyun 2005-ci il tarixli 33 saylı əmrinizə əsasən iyun ayının 20-dən 25-dək Şamaxı rayonunda ezamiyyətdə oldum.

   Rayon Təhsil Şöbəsinin müdiri Viktor Əliyev Xalq Təhsili Muzeyi ilə rayon xalq təhsili şöbəsi arasında işgüzar əlaqələrin yaranmasından məmnun olduğunu bildirdi. Qeyd etdi ki, Şamaxı şəhəri Azərbaycan təhsilinin tarixi mərkəzlərindən biri olduğu üçün burada Respublika Təhsil Muzeyinin filialını yaratmaq məqsədəuyğun olardı, ekspozisiyaların hazırlanmasını Ədalət Məmmədova həvalə edərik. Yəqin ki, Ədalət müəllimi tanıyırsınız, muzeyinizdə tez-tez olur. Şamaxıda sizi o müşayiət edəcəkdir.

   Təhsil şöbəsinin metodika kabinetində Ədalət müəllimi beş nəfər şamaxılı Cümhuriyyət tələbəsi - Axundov İsmayıl Əbdülxalıq oğlu, Xudaverdiyev Əlibala Hacı Murtuza oğlu, Məmmədov Ağababa Kərbalayi Ələsgər oğlu, Əliyev Abbas Mirzə Əhməd oğlu və İskəndərov Ağalar Məşədi Abbasqulu oğlunun arxiv sənədləri ilə tanış etdim.

   Ezamiyyət günlərində Ədalət müəllimlə birlikdə Cümhuriyyət tələbələrinin sorağında Şamaxının qocaman ziyalıları ilə görüşüb söhbət etdim. Nəticədə Əliyev Abbas Mirzə Əhməd oğluAxundov İsmayıl Əbdülxalıq oğlu barəsində müfəssəl məlumat toplaya bildim.

 

   Aydın oldu ki, Abbas Əliyev 1916-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Kiyev Politexnik İnstitutunun inşaatçı-mühəndis şöbəsində təhsil almağa başlaybmış. O, 1919-cu ildə təhsilini başa vurmamış Azərbaycana qayıtmış və Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət hesabına Almaniyaya - Berlin Kommersiya institutuna göndərilmişdir. Ali təhsilini başa vurduqdan sonra Abbas Əliyev Azərbaycana qayıtmış, sonrasa Moskvaya köçüb orada yaşamışdır.

   1939- 1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar ömrünün sonunadək Moskvadakı "Bakı" restoranında direktor müavini vəzifəsində çalışmışdır. 1972-ci ildə Moskvada vəfat etmişdir.

   Digər Cümhuriyyət tələbəsi Axundov İsmayıl Əbdülxalıq oğlu 1897-ci il yanvarın 25-də Şamaxıda doğulmuşdur. Atası Əbdülxalıq Məşədi Abdulla oğlu, anası Sitarə Hacıməmməd qızıdır. İsmayıl Axundov iyirmi yaşında Bakı kişi gimnaziyasını bitirdikdən sonra 1919-cu ildə Azərbaycan parlamentinin 1 sentyabr tarixli qərarına müvafiq olaraq ali təhsil almaq üçün Almaniyanın Münxen Universitetinə göndərilmişdir. Universiteti müvəffəqiyyətlə bitirmiş soydaşımız epidemiologiya ixtisası üzrə tanınmışdır.

   Münxen Universitetində İsmayıl Axundova dərs demiş məşhur epidemioloq Martini keçmiş tələbəsini rəhbərlik etdiyi Hamburq Tropikologiya İnstitunda işləməyə dəvət etmişdir. İsmayıl Axundov burada bilik və təcrübəsini zənginləşdirmiş, dissertasiya müdafiə etmişdir.

   1928-ci ildə Azərbaycana qayıdan elmlər doktoru respublikada malyariya ilə mübarizədə aparıcı rol oynamışdır. İsmayıl Axundov 1952-ci ildə Bakıda vəfat etmişdir.

   Şöbə müdiri

   T.Qurban

   27.06.2005-ci il".

 

       Bakıya qayıtdıqdan sonra da Şamaxı Rayon Təhsil Şöbəsinin təlimatçısı Ədalət Məmmədovla əlaqələrimiz kəsilmədi. 1974-cü ildə Bakı Dövlət Universitetinin filoloji fakültəsini bitirdikdən sonra doğma Adnalı kəndində müəllim və sonra da dərs hissə müdiri işləmiş Ədalət Məmmədov respublika mətbuatı səhifələrində maraqlı yazılar müəllifi kimi də tanınmışdır. Xatirimdədir, 2009-cu il iyulun 18-də o, muzeyimizə yeni çap olunmuş qalın cildli kitabıyla gəlmişdi. Otuz üç çap vərəqi həcmində olan "Şamaxı - təhsil tarixi" kitabını Ədalət müəllim Şamaxı rayon Təhsil Şöbəsinin müdiri Viktor Əli oğlu Əliyev ilə birlikdə yazıb nəşr etdirmişdi. İki min tirajla "Zərdabi" nəşriyyatı tərəfindən buraxılmış bu kitab qədim Şamaxının təhsil tarixinə həsr olunmuş irihəcmli monoqrafiyadır. Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin professoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Əmirxan Xəlilovdur.

   Kitaba yazılmış "Ön söz"də oxuyuruq: "Mahiyyət etibarı ilə təhsil tarixinə həsr olunmuş bu kitabda ən qədim dövrlərin mənbə və qaynaqları geniş şəkildə şərh edilməklə yanaşı, Azərbaycanın mənəvi sərvətinin tərkib hissəsini təşkil edən ictimai-ədəbi mühitinfikrin formalaşmasında uzun əsrlər boyu Şirvanın paytaxtı olmuş Şamaxının özünəməxsus yeri, yaşam tərzi və ümumimiyyətlə bir mədəni mərkəz kimi tarixi rolu da əks olunmuşdur".

   Kitabın "Azərbaycan Demokratik Respublikası dövründə maarif və məktəb (1918-1920)" fəslində göstərilir ki, Avropanın müxtəlif ölkələrinə ali təhsil almağa göndərilmiş gənclərdən beş nəfəri Şamaxıdan idi. Beləliklə, təhsil məsələlərinə həsr olunmuş monoqrafiyada ilk dəfə Şamaxıdan olan Cümhuriyyət tələbələri haqqında məlumat və onların fotosu verilmişdir.

 

   "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaqbu yolda ya qaziya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

   əvvəli, ardı var

 

  Teyyub QURBAN

  Ekspress.-2014.- 19-21 iyul.- S.15.