Azərbaycanda məşğulluq mühiti inkişafdadır

 

BƏT Azərbaycanda işsizliyin azaldılmasını yüksək dəyərləndirib

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla BƏT-in Baş Direktorunun müavini Xose Manuel Salazar arasında görüş olub. Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

   Məlumata görə, görüşdə Səlim Müslümov Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf, ölkədə xidmət sektorunun inkişaf etdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində əldə olunan nailiyyətlər, qeyri-neft sektorunun inkişafı fonunda yaradılan çoxsaylı yerləri barədə məlumat verib: "Qlobal səviyyədə işsizlik problemi kəskin xarakter aldığı halda, Azərbaycanda aparılan məqsədyönlü siyasət məşğulluq mühitinin canlanması və beləliklə, işsizliyin 5 faizədək, yoxsulluq səviyyəsinin isə 5,3 faizədək azalmasına səbəb olub".

   Gənclərin potensial imkanlarından tam istifadə üçün lazımi şəraitin yaradılması, əmək bazarına daxil olan gənc işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin, peşə-ixtisas təhsili sistemi ilə əmək bazarı arasında uyğunluğun təmin olunmasının mühüm prioritetlərdən olduğunu qeyd edən nazir əmək və məşğulluq sahələrində aparılan islahatlarda BƏT-lə əməkdaşlığın vacibliyini vurğulayıb.

   X.M.Salazar əhalinin məşğulluğunun təminatı, işsizliyin kəskin şəkildə azaldılması sahəsində Azərbaycanda görülən işləri və onların müsbət nəticələrini yüksək dəyərləndirib. İşçi qüvvəsinin keyfiyyətinin əmək bazarının tələblərinə uyğun yüksəldilməsi və peşə hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlara BƏT-in lazımi dəstək verməyə hazır olduğunu vurğulayan X.M.Salazar BƏT-lə Beynəlxalq Sahibkarlar (İşəgötürənlər) Təşkilatının birgə həyata keçirdiyi "Qlobal Təcrübə Şəbəkəsi" (Global Apprenticeship Network) layihəsi barədə məlumat verib. X.M.Salazar layihə çərçvəsində əldə olunan təcrübənin BƏT-ə üzv ölkələr üçün faydalı ola biləcəyini qeyd edib. Bundan əlavə o, BƏT-in iqtisadi inkişaf və məşğulluq sahəsində apardığı araşdırmalar barədə məlumat vermiş və Azərbaycanda beynəlxalq ekspertlərin iştirakı ilə bu mövzuya həsr olunmuş tədbirin keçirilməsini təklif edib.

   Görüşdə BƏT-lə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

gəlmişkən, iyunun 9-10-da İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatında (BƏT) Əmək Müfəttişlərinin Beynəlxalq Assosiasiyasının (ƏMBA) İcra Komitəsinin 14-cü KonqresiBaş Assambleyası keçiriləcək. Tədbirdə ölkəmiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

   ƏMBA-nın İcra Komitəsinin hər üç ildən bir Cenevrədə keçirilən Konqresi barədə məlumat verən F.Əlizadə bildirib ki, budəfəki toplantı "Peşəkarlıq, partnyorluqistehsalat: Səmərəli əmək təftişini bütün dünyaya çatdıraq" mövzusuna həsr olunub: "Konqresdə sosial partnyorluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlar araşdırılacaq, təhlükəsiz, sağlam, ədalətli və layiqli maraqlarının müdafiəsi üçün sosial tərəfdaşlarla birgə üçtərəfli təşəbbüslər, yerlərində əməyin mühafizəsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq".

 

   Xidmət rəisi nəzərə çatdırıb ki, konqresdə həmçinin Əmək Müfəttişliklərinin Regional Alyansları ilə işin gücləndirilməsi məsələlərini də nəzərdən keçirəcək: "Xatırladım ki, belə təşkilatlardan biri də 2008-ci ildən Azərbaycanın da üzv olduğu, özündə 12 ölkəni birləşdirən "Cənubi-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı"dır. Tədbirdə ƏMBA-nın 2014-2017-ci illər üçün Fəaliyyət Planının təsdiq edilməsi nəzərdə tutulur".

   ƏMBA 1972-ci ildə təsis edilib. Hazırda 100-dən artıq ölkə, o cümlədən 2008-ci ildən Azərbaycan bu təşkilatın üzvüdür.

 

    Ekspress.-2014.- 7-9 iyun .- S.10.