Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Cümhuriyyət tələbələrinin andı

 

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

       Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   Əyilməzlik

   Müəllifin şəxsi arxivindən.

   "Azərbaycan Ruspublikası

   Azərbaycan Yazıçılar Birliyi

   4 iyun 2005-ci il

   Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri cənab Eldar Mahmudova

   Hörmətli Eldar müəllim!

   Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair publisist Teyyub Qurban Azərbaycan Demokratik Respublikası dövründə Avropa ölkələrinə ali təhsil almağa göndərilmiş azərbaycanlı tələbələrin taleyindən bəhs edən yeni kitab üzərində işləyir. Zənn edirik ki,rəhbərlik etdiyiniz nazirliyin arxivində bu barədə müvafiq materiallar vardır.

   Teyyub Qurbanın həmin materiallarla tanış olmasına icazə verməyinizi xahiş edirik.

   Hörmətlə, Anar

   Azərbaycan Yazıçılar Birliyinin sədri".

       2004-cü ildə Bakıda "Lider" nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası"nın (iki cilddə) səhifələrində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xarici ölkələrə ali təhsil almağa göndərilmiş yüz tələbədən bəziləri haqqında məlumat verilmişdi. Ensiklopediyanın 1-ci cildindəki (səh.372) üç cümlədən ibarət məqalədə deyilir: "Əşrəfov İsrafil İsmayıl oğlu (30.05.1900-Bakı- ?) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı (bax: xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı Kommersiya Məktəbini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır".

   Əslində, Əşrəfov İsrafil İsmayıl oğlunun "sonrakı taleyi barədə məlumat" elə Bakıdakı arxivlərdə imiş!

   Azərbaycan Respublikası Dövlət Arxivində Milli Təhlükəsizlik Nazirliyinin arxivində tanış olduğumuz qovluqlar Cümhuriyyət tələbəsinin tale dəftərləridir. Birincisində İçərişəhərli gəncin əsli-nəcabəti, ikincisində işgəncələr qarşısında əyilməzliyi əks olunmuşdur.

   Birinci qovluqdakı sənədlərdən öyrənirik ki, Əşrəfov İsrafil İsmayıl oğlu 1900-cü il yanvar ayının 1-də İçərişəhərdə, indiki Müslüm Maqomayev (keçmiş Dvortsovaya) küçəsindəki 23 nömrəli evdə dünyaya göz açmışdır. İsrafil doğulanda atası İsmayıl Hacı Kazım oğlunun 47, anası Xədicə xanım Hacı Mir Əbdülvahab qızının 30 yaşı varmış.

   Balaca İsrafil İçərişəhərdə molla yanında təhsil almış, on iki yaşında olarkən Bakı Kommersiya Məktəbinə daxil olmuşdur. 1918-ci il mart ayının 15-də məktəbi müvəffəqiyyətlə bitirmişdir. Onun attestatındakı fənlər ilahiyyatdan başlayır. 27 fənn arasında tatar (Azərbaycan dili - T.Q.), rus, alman fransız dilləri, cəbr, həndəsə, fizika, iqtisadi coğrafiya s. vardır.

   1919-cu il noyabrın 16-da İsrafil Əşrəfov Xalq maarif nazirinə xarici ölkədə təhsil almağa göndərilməsi barədə ərizə ilə müraciət etmişdir, Parlament komissiyası arzusunu nəzərə alaraq onu Fransanın Tuluza şəhərindəki Elektronika İnstitutuna təhsil almağa göndərməyi qərara almışdır, İsrafil Əşrəfovun rəsmi yol vəsiqəsini Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarif naziri Nurməmmədbəy Şahsuvarov imzalamışdır.

   1923-cü ildə Bakıya qayıtdıqdan sonra İsrafil Əşrəfov müxtəlif sahələrdə əmək fəaliyyətini davam etdirmişdir. 1934-cü ildən sonra, Mir Cəfər Bağırovun Azərbaycana rəhbərliyi dövründə Kommunist partiyasının üzvü, keçmiş Cümhuriyyət tələbəsi Azərbaycan SSR Xalq Ticarət Komissarlığının Plan-maliyyə bölməsinin rəhbəri vəzifəsinə irəli çəkilmişdir.

   SSRİ Xalq Daxili İşlər Komissarlığının 1937-ci il 8 iyun tarixli məxfi sərəncamından sonra məsul vəzifələrdə çalışan keçmiş Cümhuriyyət tələbələrindən biri kimi İsrafil Əşrəfovun da başı üstünü qara buludlar almışdır.

   Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində İsrafil İsmayıl oğlu Əşrəfovun istintaq materialları toplanmış RP-166181 saylı ilə tanış oluruq. 1938-ci il iyulun 15-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Üçüncü şöbəsinin rəisi, dövlət təhlükəsizliyi kapitanı Meşşeryakov tərəfindən tərtib olunmuş arayışdan bəlli olur ki, İsrafil Əşrəfov "Azərbaycanda əksinqilabi millətçi təşkilatın həbs olunmuş üzvü Məmməd Xəlilovun aşağıdakı ifadəsi əsasında cinayət məsuliyyətinə alınmışdır: "Ziyanvericilik işimdə mən həmçinin Azərbaycan Ticarət Komissarlığının Plan şöbəsinin rəisi İsrafil Əşrəfovla əlaqə saxlayırdım. O, Ruhulla Axundovun yaxın adamı idi. İ.Əşrəfov 1929-cu ildə Ankarada səfirliyin əməkdaşı olmuşdur".

   Həmin gün, 1938-ci il iyulun 15-də Azərbaycan SSR Cinayət Məcəlləsinin 64 73-cü maddələrinə əsasən həbsə alınmış İsrafil Əşrəfovun Bakı şəhəri, Myasnikov küçəsindəki 6 nömrəli evində axtarış zamanı aşağıdakılar götürülmüşdür:

   1.        Pasport

   2.        Partiya bileti

   3.        Hərbi bilet

   4.        Həmkarlar bileti

   5.        Əmək kitabçası.

       1938-ci il iyul ayının 16-da həbsxanada saxlanılan İsrafil Əşrəfov dövlət təhlükəsizliyi leytenantı K.Petrosyan tərəfindən dindirilmişdi.

   Sual: - Siz Azərbaycanda qeyri-leqal əks-inqilabi millətçi təşkilatın üzvü olduğunuzu boynunuza alırsınızmı?

   Cavab: - Xeyr! Mən heç bir əksinqilabi təşkilatın üzvü deyiləm heç bir günahım yoxdur!

   İsrafil bir aydan artıq ayrıca kamerada saxlanılmışdı. Dəmir qapının gözlüyündən ona su çörək uzadan gözətçinin əlindən savayı heç görməmişdi...

   "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq bu yolda ya qazi ya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

 

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

   

(ardı var)

 

  

Teyyub QURBAN

Ekspress.-2014.- 21-23 iyun.- S.15.