İşsizliyin aradan qaldırılmasında dövlət dəstəyi

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Son illərdə ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində bir çox işlər görülür. Hazırda Azərbaycanda işsizlərin sayı 5,5 faizdir. Təbii ki, bu, dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Çünki inkişaf etmiş ölkələrin əksəriyyətində işsizliyin sayı 25 faizə çatıb. Azərbaycan prezidenti İlham Əliyev Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı deyib ki, işsizlik kimi böyük bəlanın aradan qaldırılması, yaşayış üçün yeni şəraitin yaradılmasında böyük işlər görülürbunun nəticəsidir ki, işsizləri işlə təmin etmək siyasəti uğurla nəticələnib.

   İşsizliyin aradan qaldırılması elə yoxsulluğun azaldılması deməkdir. Görülən işlərdən belə nəticəyə gəlmək olar ki, on il ərzində işsziliyin səviyyəsi 5 dəfə aşağı düşüb. Ölkə başçısı işləmək istəyən hər bir insanın işlə təmin ediləcəyini bildirib. O söyləyib ki, gələcəkdə sahibkarların fəaliyyəti üçün bütün lazımi tədbirlər görüləcək. Dövlət proqramında işsizliyin aradan qaldırılması əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Belə ki, regionlarımızda işsizliyin aradan qaldırılması üçün ölkəmizdə yeni yerlərinin 70,1 faizi regionlarda, 87,8 faizi isə qeyri-dövlət sektorunda açılıb. 2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar bu proqram çərçivəsində 2012-ci il ölkədə 299,0 min yeni yeri açılıb. Bunun da 219,9 mini daimi yeri olub. İş yerlərinin 58,2 mini, o cümlədən, 40,4 mini təkcə 2012-ci ilin birinci yarısında yaradılıb. Belə ki, regionlarımızda işsizliyin aradan qaldırılması problemi həll olunmaqdadır.

   Ölkə ərazisində son illər yaradılmış 2585 yeni müəssisələrdən 11,9 faizi Aran iqtisadi rayonunda, 6,9 faizi Abşeron iqtisadi rayonunda, 5,3 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 4,8 faizi Lənkəran iqtisadi rayonunda, 3,8 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 2,1 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 3,0 faizi isə digər iqtisadi rayonlarda fəaliyyətə başlayıblar. Təkcə 2012-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 58234 yeni, o cümlədən, 45204 daimi yerləri açılıb. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 2009-2012-ci ilə qədər olan dövr ərzində isə cəmi 298967 olmaqla 224793 daimi yerləri yaradılıb. Açılmış daimi yerlərinin 10,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 67,4 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb. Həmin dövr ərzində ölkə üzrə açılmış yeni yerlərinin 70,1 faizi regionların, o cümlədən, 15,4 faizi Aran, 13,3 faizi Gəncə-Qazax, 11,9 faizi Naxçıvan, 7,1 faizi Lənkəran, 4,8 faizi Şəki-Zaqatala, 4,5 faizi Quba-Xaçmaz, 4,4 faizi Yuxarı Qarabağ, 4,0 faizi Abşeron, 3,1 faizi Dağlıq Şirvan, 1,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb. Ölkədə açılmış daimi yerlərinin 4,2 faizi tikinti, 2,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 2,4 faizi emal sənayesi, 2,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsində, 1,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,1 faizi peşə, elmitexniki fəaliyyət, 11,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,0 faizi maliyyə və sığorta fəaliyyəti, eləcə də, digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.

   Onu da qeyd edək ki, işsizliklə bağlı olan yaş məhdudiyyətləri də hər zaman diqqətdə dayanır, xüsusilə elanlarda yaş məhdudiyyəti mütləq göstərilir. Bu, hazırda əmək bazarında ən çox təsadüf olunan məsələlərdəndir, yaşı 40, 50, bəzən hətta 30-dan çox olan insanların işə qəbuluna əngəllərin yaradılması, bir sıra özəl şirkətlərdə 40-50 yaşlı insanların işdən çıxarılması hallarına rast gəlinir.

 

   Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirir ki, işə qəbul zamanı yaş məsələsinə görə məhdudiyyətlərin qoyulması əmək qanunvericiliyinin pozulması və insanlar arasında ayrı-seçkiliyin əlamətidir. "Bu, açıq şəkildə vətəndaşların əmək hüquqlarının pozulması deməkdir. Vətəndaşın normal əmək qabiliyyəti varsa, onun pensiya yaşına qədər işlədiyi müəssisədən çıxarılması yolverilməz hesab olunur. Ölkə Konstitusiyasında və digər qanunvericilik sənədlərində göstərilib ki, əmək qabiliyyətli insanların 65 yaşa qədər işə qəbuluna qadağalar tətbiq oluna bilməz, eyni zamanda işlədiyi müəssisələrdən əsassız çıxarılması yolverilməzdir. Konstitusiyada hər bir insanın məşğulluğunun təmin edilməsi dövlətin əsas məqsədlərindən biri kimi təsbit olunub. Ali qanunda qeyd olunub ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ var".

   S.Məmmədov onu da qeyd edib ki, normal qabiliyyəti olan, öz peşəsi üzrə təcrübəyə malik axtaran vətəndaşlar işə qəbulla bağlı bu cür elanları rəsmi sənəd kimi Dövlət Əmək Müfəttişliyinə təqdim edərək, həmin şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsinə nail ola bilər. Mütəxəssis bu kimi halların qarşısının alınması üçün əmək qanunvericiliyində təkmilləşmələrin aparılmasını zəruri hesab edir. Hazırda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsinin imzalanmaması vətəndaşların qanunsuz işdən azad olunması ilə nəticələnir ki, çox vaxt onların əmək hüquqlarını müdafiə etmək çətinlik törədir. Ona görə də hər bir işçi, ilk növbədə, işəgötürənlə əmək müqaviləsi bağlamalıdır.

   Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, hazırda əmək bazarında bir sıra problemlər mövcuddur ki, onlardan biri də işəgötürənlər tərəfindən işçilərin pensiya vaxtından əvvəl işdən çıxarılmasıdır. Hazırda bəzi idarə və müəssisələr, eləcə də özəl firma və şirkətlər boş qalanyaxud yeni yaradılan yerlərinə 50 yaşdan yuxarı vətəndaşları qəbul etmək istəmirlər. Bu təşkilatlar boş yerləri barədə məşğulluq xidməti orqanlarına məlumatlar vermir, istədikləri kimi işçi qəbulu həyata keçirirlər. Bu cür hallar əmək hüquqpozmalarının bir hissəsi hesab olunur və qanunları pozan həmin təşkilatlar barədə sərt tədbirlərin görülməsi vacibdir.

   Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək qanunvericiliyinə müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflərinin hazır olduğunu, yaxın zamanlarda hökumətə təqdim ediləcəyini bildirilir. Burada işçilərin əmək hüquqları ilə bağlı bütün məsələlərin qanunvericilik çərçivəsində həll edilməsi, normal və keyfiyyətli şəraitinin təmin olunması, süni yaş məhdudiyyətlərinin aradan qaldırılması və digər məqamlar öz əksini tapıb. Bundan başqa, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"na bəzi dəyişikliklərin edilməsi də istisna olunmur. Belə ki, əhalinin yüksək əməkhaqqına malik yerləri ilə təmin olunması, işçilərin əmək və sosial hüquqlarının gücləndirilməsinə dair elementlərin proqramda öz əksini tapması nəzərdə tutulur.

   Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) isə işçilərin əmək hüquqlarının qorunması sahəsində əsas tədbirlərdən biri kimi özəl şirkətlərdə həmkarlar ittifaqlarının yaradılmasını vacib hesab edir. Konfederasiyanın şöbə müdiri Çingiz Tağıyev qeyd edib ki, müəssisələrdə əmək qanunlarına riayət edilməsi üçün həmkarlar ittifaqlarının yaradılması zəruridir. Son zamanlar cavanların işdən uzuqlaşdırılması halları barədə bu təşkilata ünvanlanan müraciətlər araşdırılıb və yüzlərlə qanunsuz işdən azad edilən işçinin öz yerinə qaytarılması təmin olunub. Amma bir çox şirkətlərdə həmkarlar ittifaqları yaradılmadığından və işçilərlə əmək müqaviləsi bağlanılmadığından, işçilərin hüquqlarını qorumaq mümkün olmur.

   İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və Dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədovun bildirdiyinə görə, hökumət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir, insanların məşğulluğunun təmin olunmasına güclü maddi dəstək verir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin başlıca hədəflərdən biri ölkədə yerlərinin yaradılmasının təmin edilməsidir. Qarşıya qoyulmuş əsas məqsədlərdən biri bölgələrdə yeni yaradılan müəssisələrdə əhalinin yerləri ilə təmin olunmasıdır. Ötən müddət ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bir milyondan çox yerinin yaradılması, ölkə üzrə işsizliyin səviyyəsinin azaldılması bu strategiyanın mühüm müsbət nəticələr verdiyini təsdiqləyir. Məşğulluq Strategiyanın uğurla həyata keçirilməsi əmək resurslarından daha səmərəli istifadəni stimullaşdırıb, tapmaqda çətinlik çəkənlər üçün yerlərinin təmin edilməsinə səbəb olub. Vətəndaşların işə qəbulu zamanı yaradılan süni əngəllərə gəlincə, bu məsələnin aidiyyəti qurumların həll etməlidir.

 

  

Rəşid RƏŞAD

Ekspress.-2014.- 29-31 mart.- S.12