Əlillər hansı problemlərlə üzləşir?

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Əlilliyi olan şəxslərin bütün tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması inkişaf etdirilməsi işlərinə 90-cı illərinin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanılıb. Ulu öndər əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillər yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edib.

   Bu gün əlillərin hərtərəfli dövlət qayğısı ilə təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir və onların maddi təminatı ildən ilə daha da gücləndirilir. Eyni zamanda əmək və məşğulluq haqqında qanunvericilikdə əlillərlə bağlı yüksək humanist yanaşmaları ifadə edən əlavə təminatlar nəzərdə tutulub.

   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, son on ildə ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan böyük inkişaf yolu keçib: "Ölkədə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Bu dövrdə ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər qazanan Azərbaycan sosial dövlət statusunu daim gücləndirən, hər bir vətəndaşının, eyni zamanda əlilliyi olan vətəndaşlarının sosial rifah halını təmin etmək üçün fəal siyasətə malik bir ölkəyə çevrilib".

   Nazir qeyd edib ki, bu gün heçbütün ölkələr BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına qoşulmağa hazır deyil, bunun üçün ümumən cəmiyyətin inkişafı, Konvensiyada müəyyən olunan öhdəlikləri yerinə yetirmək üçün siyasi iradə, institusional baza lazımdır. "Məhz sürətli inkişafbütün sahələrdə qabaqcıl beynəlxalq standartların tətbiqi prosesinin genişlənməsi, həmçinin dövlətin əlilliyi olan şəxslərlə bağlı siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurmaq əzmi artıq Azərbaycan Respublikasının 2008-ci ilin oktyabr ayında BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmasına şərait yaratdı".

   Əlilliyi olan şəxslərin müalicə, reabilitasiya və təhsil xidmətləri ilə təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərə gəlincə, qeyd edək ki, Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Həmin mərkəzlərdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunur. "Sosial xidmət haqqında" qanuna əsasən evlərində və sosial xidmət müəssisələrində sosial-məişət xidməti göstərilən vətəndaşların 3666 nəfəri əlilliyi olan şəxslərdir: "Əlilliyi olan şəxslərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqları vardır. Nazirlər Kabinetinin qərarı ilə 20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində əlil olmuş şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların dərman preparatları ilə pulsuz təmin edilməsi qaydası müəyyənləşdirilib.

   Müvafiq qanunvericiliyə əsasən, dövlət əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir. 2001-ci ildə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanun qəbul edilib". Bundan başqa Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı, "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları" təsdiq olunub. "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə" tərtib edilib. Artıq ölkədə 13 ildir ki, inklyuziv təhsil həyata keçirilir.

   Hazırda ölkə qanunvericiliyində əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanun və dövlət proqramları fəaliyyət göstərir. Əlilliyi olan insanların xoş rifahı naminə qanunvericilikicra qurumlarında həlli vacib olan amillər və bu sahədə mövcud problemlər barədə Milli Məclisin Sosial Siyasət Daimi komissiyasının sədri Hadı Rəcəbli fikir bildirib: "Hazırda əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasıdır. Ölkənin qanunvericilik bazasında qanunvericiliyin bu gün ilkin bəzi institutları müəyyənləşib, çərçivə qanunlarımız var. Həmin qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Lakin maliyyə dəstəyinin həcmi baxımından bu, birmənalı qəbul edilmir. Amma onu da qeyd edim ki, dövlət başçısı İlham Əliyev bu sahədə ardıcıl olaraq aparır. Artıq şəhid ailələrinə hər ay 100 manat birdəfəlik müavinətin verilməsi, bundan başqa aldıqları müavinətdən fərqli olaraq prezident müavinətinin verilməsi, eləcə də əlillər üçün mənzil tikintisinə, nəqliyyat vasitələrinə pulun ayrılması dövlət tərəfindən bu təbəqəyə olan diqqətin nəticəsidir".

   Rəcəblinin fikrincə, belə bir diqqət, qayğı MDB dövlətlərinin demək olar ki, heç birində yoxdur. Ən əsası isə bütün cəmiyyətdə istər Qarabağ əlillərinə, istərsə də digər əlillərə qarşı mərhəmət prinsipi oyanmalıdır. Bunun üçün əlillər cəmiyyətlərindən, mətbuatdan çox şeylər asılıdır. Çox təəssüf ki, bu gün elə əlillər var ki, mərhəmət istədikləri qurumlarda elə bir şərait yaradırlar ki, həmin yer artıq onlara üz göstərir. Bunun üçün əlillər cəmiyyətinin xüsusi səriştəsi olmalıdır. Onlar bütün işlərini düzgün tənzimləməlidirlər: "Bütün dünyada sosial müdafiənin həmrəylik, islam, sosialist kimi modelləri var. Məsələn, islam modeli sosial müdafiədə nədir? Bu modeldə sosial müdafiə elə qurulub ki, ora heç kim müdaxilə etmir, cəmiyyət özü özünün sosial müdafiəsini təmin edir. Buna Avropada libertarizm deyirlər. Hamı bilir ki, İslamda fitrə, sədəqə, zəkat kimi anlayışlar varhesab olunur ki, əlilə kömək edən savaba qovuşar. Bu kimi təbliğata da ehtiyac böyükdür. Amma bizim bu gün qeyd etdiyimiz model beş mərhələli maraqlı bir model olan Avropa modelidir. Ümumiyyətlə, dövlət elə qanunlar qəbul etməlidir ki, insan özü özünü müdafiə edə bilsin. Ondan başqa, bizdə sosial xidmət mexanizmi inkişaf etməlidir. Əsasən də II qrup əlillərin xidmət məsələləri. Məlumat üçün qeyd edim ki, Macarıstanda sosial müdafiə ilə Əmək və Sosial Müdafiə Nazirliyi məşğul olmur. Orada bu işlə qeyri-hökumət təşkilatları məşğul olur. Ölkə büdcəsinə ayrılan vəsait tenderə təqdim olunur, QHT-lər tenderdə iştirak edərək qalib olduqdan sonra sosial müdafiəni təşkil edirlər. Bir şeyiqeyd edim ki, bu gün cəmiyyətin sosial cəhətdən az qorunan hissəsi əlillər olsa da, onlara istehlak mədəniyyəti, şükranlıq mədəniyyəti təbliğ olunmalıdır. Bəzi hallarda əlillər üçün əgər ev alınırsa, sabahısı gün ev əşyaları və daha sonra digər şeylər tələb etməyə başlayırlar. Bəzən iddialıqdan kənar olmaq lazımdır. Buna görə də əlillər arasında bu kimi ideyaların da təbliğinə ehtiyac var".

   Əlillərin üzləşdiyi əsas problemlərə gəlincə, Hadı Rəcəblinin fikrincə, hazırda rayonlarda sosial reabilitasiya mərkəzləri işləmir. Təbii ki, belə olduğu halda əlillərin reabilitasiyasında problemlər yaranır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillər üçün putyovka ayrılsa da onların qiyməti bugünkü bizim bazar qiymətlərinə yaxın gəlmir. Həmin putyovkaların günlük qiyməti 12 manatdır və aydın məsələdir ki, bu məbləğ çox azdır: "Eləcə də ictimai yerlərdə, nəqliyyatda, müxtəlif müəssisələrdə əlillərin rahatlığı təmin olunmayıb. Belə yerlərin pilləkənlərinda, girişində fiziki cəhətdən qüsurlu olan insanlar üçün lazımi şərait yaradılmayıb. Ümumiyyəttlə əlillərə olan münasibət tamamailə dəyişməlidir. Hazırda orta məktəblərdə kasıb uşağına yuxarıdan aşağı baxmaq kimi eybəcər elementlər əmələ gəlib. Burada yenə də milli-mənəvi dəyərlərə, İslam dininin müsbət pozitiv elementlərinə və mərhəmət hisslərinə söykənmək lazımdır".

   Xatırldaq ki, Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır. Onu da qeyd edək ki, əlilliyin artmasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi böyük rol oynayıb. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 11912 nəfər əlil olub. Eyni zamanda Azərbaycan ərazisinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş 20% hissəsindən məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5%-ə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir. Bundan başqa ayrı-ayrı xəstəliklərin, o cümlədən yoluxucu xəstəliklərin buya digər səbəbdən vaxtında müalicəsinin aparılmaması bu xəstəliklərin ağırlaşaraq əlillik vəziyyətinə çevrilməsinə şərait yaradır. Çoxsaylı yol qəzaları, texnogen qəzalar və s. də qeyd olunan amillərdəndəndir. Hazırda Dünya Bankı ilə birgə icra olunan "Sosial Müdafiənin İnkişafı" Layihəsi çərçivəsində əlilliyin qiymətləndirilməsi meyarlarının, tibbi-sosial ekspertizareabilitasiya xidmətinin təkmilləşdirilməsi istiqamətində işlər görülür.

 

  

Rəşid RƏŞAD

Ekspress.-2014.- 12 noyabr.- S.9.