Əmək yarmarkalarının əhəmiyyəti artır

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Azərbaycanda 2014-cü ildə əmək yarmarkalarının təşkilində aktivlik müşahidə edilir. Əvvəlki illərdən fərqli olaraq bu il keçirilən əmək yarmarkalarının həm sayında artım var, həm də təklif edilən boş yerlərinin sayı daha çoxdur.

   Əmək yarmartkalarının daha tez-tez keçirilməsi işaxtaran insanlar üçün böyük imkanlar yaradır. Onlar tapdıqları yeni yerləri ilə öz rifahlarını yaxşılaşdırır və bununla da sosial təminatlarında dönüş yarada bilirlər.

   Təcrübə göstərir ki, insanların əksəriyyətinin tapa bilməməsinin əsas səbəblərindən biri işverənlərlə təmaslarının zəif olmasıdır. Əmək yarmarkalarının daha tez-tez keçirilməsi bu baxımdan əhəmiyyətlidir.

   Əmək yarmarkaları işaxtaranişsiz vətəndaşların, xüsusi ilə onlar arasında gənclərin layiqli işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri hesab olunur.

   Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsizişaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcürbəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işzizişaxtaran vətəndaşların mövcud vakant yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir.

   Yarmarkalara hazırlıq dövründə həyata keçirilən geniş miqyaslı təşkilatı işlər, xüsusi ilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məışğulluq tədbirində işəgöturənlərin, işaxtaranişsiz vətəndaşların fəal iştirakını təmin edir.

   Əmək yarmarkaları ilə bərabər mahiyyətcə ona yaxın olan digər tədbərlər də keçirilir. Buna misal kimi "Karyerada ilk addım" tədbirlərini göstərmək olar. 2007-ci ildən başlayaraq Bakı, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqlarının məzun və tələbələrinə aldıqları ixtisaslar üzrə yerlərinə cəlb olunmaları məqsədi ilə məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə "Karyerada ilk addım" devizi altında tədbirlər keçirilir.

   Bu tədbirlərin keçirilməsində məqsəd tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, adamlarına (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasına köməklik göstərmək və eyni zamanda məzun və tələbələrin ixtisasları üzrə boş (vakant) yerlərinə cəlb olunmalarına köməklik göstərməkdir.

   Diqqət yetirsək görərik ki, oktyabr ayında bir neçə əmək yarmarkası və seçimi ilə bağlı tədbirlər keçirilib.

   Oktyabr ayında Qəbələ rayon Məşğulluq Mərkəzi tərəfindən Əmək Yarmarkası təşkil olunub. Ayın 22-də Qəbələ rayonunda təşkil olunan Əmək Yarmarkasında 45 müəssisə iştirak edib. Müəssisələrdən 36-sı dövlət, 9-u qeyri dövlət müəssisələri olub (334 boş yerinin 145-i dövlət, 189-u özəl sektora aid olub). Əmək Yarmarkasında iştirak etmiş işaxtaranişsiz vətəndaşlardan 99 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib.

   Gənc nəslin gələcək karyerasının müəyyən edilməsi və məşğulluğunun təmin olunmasında onların düzgün peşə seçimi xüsusi önəm kəsb edir. Gənclərin peşə seçimində isə onların valideynləri böyük rola malikdirlər. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə "Düzgün ixtisas seçimində valideynlərin rolu" mövzusunda peşəyönümü tədbirlərə başlanıb.

   İlkin olaraq paytaxtın Sabunçu rayonundakı 107, 310, 68 və 259 saylı orta ümumtəhsil məktəblərində 9-11-ci sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə belə tədbirlər keçirilib. Tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilir. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılır. Habelə şagirdlərə və valideynlərə peşəyönümünə dair məlumat kitabçaları paylanır, onların sualları cavablandırılır.

   Peşəyönümü tədbirlərinin gələn ayın sonunadək və paytaxtın bütün rayonları üzrə ümumilikdə 55 ümumtəhsil məktəbində keçirilməsi nəzərdə tutulub.

   Sonuncu dəfə belə tədbir oktyabrın 15-17 tarixləri arasında Səbail rayonunda keçirilib.Ayın 15-də rayonun 49 nömrəli "İntellekt" məktəb liseyində təşkil olunan tədbirdə məktəbin yuxarı sinif şagirdləri ilə birlikdə valideyinlər də dəvət olunub. Oktyabrın 16-da isə 189-190 və 132-134 nömrəli təhsil komplekslərində, ayın 17-də isə 91 və 239 saylı orta məktəblərində keçilib.

   Oktyabrın 14-də Turizm İnstitutunda "Karyerada ilk addım" devizi altında növbəti aktiv məşğulluq tədbiri təşkil olunub. Tədbirdə 3-ü dövlət, 55-i qeyri-dövlət olmaqla 58 müəssisə və təşkilat tərəfindən 492 boş (vakant ) yerləri təqdim edilib. Tədbirinin yekunu olaraq 82 nəfər məzuna müvafiq yerlərinə göndəriş verilib, müxtəlif işəgötürənlər tərəfindən 417 nəfər məzunun şəxsi məlumatları (CV-ləri) toplanmış və onlarla fərdi aparılması nəzərdə tutulub.

   Bu tədbirdə "Sheroton" Hotel, "Azərsun" MMC, "Səhram" MMC, "Yeni Abşeron Oteli", "İron Hotel", "Sinam" MMC, "Ata Travel" MMC, "Kurort" SC , "Qaradağ Hill Otel" digər iri şirkətlər iştirak edib.

   Turizm İnstitutunda keçirilən tədbirin gedişində tələbə və məzunların sosial adaptasiyası üçün məsləhət otağı fəaliyyət göstərib. Məsləhət otağının köməyi ilə tələbə və məzunlara axtarmağın metodologiyası aşılanır, onlara işaxtarma şəbəkəsini müəyyənləşdirmək, özünü təqdimat və mövcud əmək bazarı haqqında məlumatlar verilib. Eyni zamanda, tədbirdə Dövlət Məşğulluq Xidmətinin məlumat bazasında mövcud olan boş yerləri də işaxtaranların seçiminə təqdim edilib.

   Tədbirdə işsiz və işaxtaranların müvəqqəti xarakterli işlərlə təmin olunması məqsədi ilə Səyyar Əmək Bircası da iştirak edib.

   Senytabrın son günündə Ucar rayon Məşğulluq Mərkəzi tərəfindən Əmək Yarmarkası təşkil olunub. Əmək Yarmarkasında 19 müəssisə iştirak edib ki, onlardan 10-u dövlət, 9-u qeyri dövlət müəssisələri olub. Təqdim olunan 168 boş yerinin 116-sı dövlət, 52-si özəl sektora aid olan yerləri idi. Əmək Yarmarkasında iştirak edən işaxtaranişsiz vətəndaşlardan 53 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib.

   Sentyabrın 24-26 tarixlərində isə Zərdab, Yevlax, Tərtər, Beyləqan, AğdaşGöyçay rayon Məşğulluq Mərkəzləri tərəfindən Əmək Yarmarkası təşkil edilib.

 

   Yevlax rayonunda təşkil olunan Əmək Yarmarkasında 50 müəssisə iştirak edib ki, onlardan 23-ü dövlət, 27-i qeyri dövlət müəssisələri olub. Təqdim olunan 281 boş (vakant) yerinin 128-i dövlət, 153-ü özəl sektora aid olan yerləridir. Əmək Yarmarkasında iştirak edən işaxtaranişsiz vətəndaşlardan 93 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib ki, onlardan da 3-ü kvota yerləridir.

   Zərdab rayonunda təşkil olunan Əmək Yarmarkasında 23 müəssisə tərəfindən 167 boş (vakant) yerinin təqdim edilib. Əmək Yarmarkasında iştirak etmiş işaxtaranişsiz vətəndaşlardan 48 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib ki, onlardan da 2-i kvota yerləridir.

   Tərtər rayonunda təşkil olunan Əmək Yarmarkasında 24 müəssisə iştirak edib ki, onlardan 18-i dövlət, 6-sı qeyri dövlət müəssisələri olub. Təqdim olunan 138 boş (vakant) yerinin 106-sı dövlət, 42-si özəl sektora aid olan işləri olub. Əmək Yarmarkasında iştirak edən işaxtaranişsiz vətəndaşlardan 70 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib ki, onlardan da 3-ü kvota yerləridir.

   Beyləqan rayonunda təşkil olunan Əmək Yarmarkasında 19 müəssisə iştirak edib ki, onlardan 9-u dövlət, 10-u qeyri dövlət müəssisələri olub. Təqdim olunan 211 boş yerinin 52-si dövlət, 159-u özəl sektora aid olan işləridir. Əmək Yarmarkasında iştirak etmiş işaxtaranişsiz vətəndaşlardan 53 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib ki, onlardan da 2-i kvota yerləridir.

   Göyçay rayon rayonunda təşkil olunan Əmək Yarmarkasında 18 müəssisə iştirak edib ki, onlardan 8-i dövlət, 10-u qeyri dövlət müəssisələri olub. Təqdim olunan 132 vakant yerinin 54-ü dövlət, 78-i özəl sektora aid olan yerləridir. Əmək Yarmarkasında iştirak edən işaxtaranişsiz vətəndaşlardan 55 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib ki, onlardan da 1-i kvota yerləridir.

   Ağdaş rayon rayonunda təşkil olunan "Əmək Yarmarkası"nda 39 müəssisə iştirak edib. Onlardan 16-sı dövlət, 23-ü qeyri dövlət müəssisələri olub. Təqdim olunan 196 boş yerinin 115-i dövlət, 81-i özəl sektora aid olan işlər olub. Əmək Yarmarkasında iştirak etmiş işaxtaranişsiz vətəndaşlardan 85 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib ki, onlardan da 2-si kvota yerləridir.

   Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 22 700 nəfər işsizişaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Bu dövrdə 1297 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.

   Dövlət Məşğulluq Xidməti Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək bircaları tərəfindən hesabat dövründə 3143 nəfərə müvəqqəti xarakterli yerlərinə göndəriş verilib. Əmək bircaları natamam gününatamam həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir.

   Bununla əlaqədar əhalidən müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunur və müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.

 

   

   Vasif CƏFƏROV

   Ekspress.-2014.- 30 oktyabr.- S.9.