Məcburi köçkün sahibkarlara yaradılan imkanlar

 

Azərbayan prezidentinin "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə əsasən ölkədə sahibkarlığın inkişafı ildən-ilə daha da artır. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə dövlətin güzəştli kreditləri məqsədli dövlət proqramlarının və ölkə başçısının fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrasına, prioritet sahələrin maliyyələşdirilməsinə, regionların tarazlı inkişafına yönəldilir.

   SKMF keçən il öz fəaliyyətini sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində davam etdirib. Xatırladaq ki, sahibkarlığın inkişafının stimullaşdırılması və sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə ötən il 33-ü regionlarda, 12-si Bakıətrafı qəsəbələrdə olmaqla "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 45 tədbir keçirilib. Həmin tədbirlər çərçivəsində güzəştli kreditlər verilib, nümunəvi layihələr təqdim edilib, güzəştli kreditlərin ayrılması mexanizminə dair maarifləndirici treninqlər reallaşdırılıb.

   Kiçik sahibkarlığa kömək proqramları əhalinin sosial cəhətdən daha az təmin olunan təbəqələrinin, o cümlədən işsizlərin, qaçqınların və məcburi köçkünlərin, əlillərin, şəhid ailələrinin, təqaüdçülərin, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi kimi proqramların həyata keçirilməsini nəzərdə tutulub. Güzəştli kreditlərin 68,8 faizi aqrar sektorun, 31,2 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Verilmiş kreditlərin 72,1 faizi regionların, 27,9 faizi isə Bakıətrafı qəsəbələrin payına düşür. 2012-ci illə müqayisədə ötən il layihələrin sayı 1,8 dəfə, güzəştli kreditlərin məbləği 26,1 faiz, layihələrin reallaşdırılması hesabına yaradılan yeni yerlərinin sayı isə 32,6 faiz artıb. Hesabat dövründə maliyyələşdirilən layihələrin 98 faizini kiçik həcmli layihələr təşkil edir. Belə ki, 2013-cü ildə 4377 sahibkara kiçik həcmli güzəştli kreditlər verilibbu kreditlər hesabına 7700-dək yeni yerinin yaradılması imkanı yaradılıb. 2012-ci illə müqayisədə ötən il kiçik həcmli layihələrin sayı və məbləği 1,9 dəfə və bu kreditlər hesabına yeni yaradılan yerlərinin sayı isə 76,9 faiz artıb.

   Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, müstəqil Azərbaycanda sahibkarlıq Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra inkişaf etməyə başlayıb: "Sahibkarlıq dövlətin strateji resursudur. Sahibkarlıq fəaliyyəti ilə bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılıb. Hazırda sahibkarlarımız daha çox real sektora üstünlük verməlidirlər. Real sektoru inkişaf etdirməklə biz ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini artıra bilərik. Sahibkarlar bu sahəyə diqqət yetirməlidir. Sahibkarlarımız üçün kifayət qədər güzəştli kreditlər var. Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə alınan kreditlər yeni emal müəssələrinin yaradılmasına, məhsul istehsalının artırılmasına yönəldilməlidir. Təbii ki, burada kreditlərdən də istifadə edilməlidir. Ancaq bu kredit resursları gözəştlərlə verilməli, faizlər aşağı düşməlidir. Yəni sahibkar hesablamalıdır ki, bu kreditləri almalıyam, ödəməliyəm və eyni zamanda mənfəət qazanmalıyam. Ona görədə optimallıq olmalıdır. Bugünkü yüksək faizlər məqbul deyil. Fazilərin azaldılması istiqamətində müəyyən addımlar atılmalıdır. Dünya təcrübəsi ölkənin inkişaf səviyyəsi nəzərə alınmalıdır".

   Qeyd edək ki, ötən illərdə verilmiş kreditlər üzrə qaytarılan vəsaitlərin həcmi daim artmaqdadır. Belə ki, indiyədək qaytarılan vəsaitlər hesabına 531,3 milyon manat güzəştli kredit ayrılıb ki, bu da verilmiş ümumi kreditlərin 44 faizi deməkdir. Son 5 ildə isə qaytarılan vəsaitlər hesabına verilmiş kreditlərin həcmi 8,4 dəfə artıb.

 

   Bundan başqa ötən il aqrar sektorun inkişafı ilə bağlı 4288 sahibkara 189,2 milyon manat güzəştli kredit verilib ki, bu da 2012-ci illə müqayisədə maliyyələşdirilən layihələrin sayının 1,9 dəfə, məbləğinin isə 27,4 faiz artması deməkdir.

   İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmalarına mühüm önəm verir. Bu məqsədlə 2013-cü ildə 307 məcburi köçkünə 5 milyon manat, 430 qadın sahibkara 9,3 milyon manat və 917 gənc sahibkara 62,8 milyon manat güzəştli kredit ayrılıb. 2012-ci illə müqayisədə qadın sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2,6 dəfə, gənc sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 17,9 faiz, layihələrin sayı müvafiq olaraq 2,3 və 2,2 dəfə artıb.

   Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, qabaqcıl təcrübənin Azərbaycana gətirilməsi, respublikada ən müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emalinfrastruktur sahələrinin yaradılması SKMF-nin fəaliyyətinin əsas prioritetidir. Son 5 ildə fond tərəfindən ümumi dəyəri 1,5 milyard manat olan 293 investisiya layihəsinin maliyyələşdirilməsinə 712 milyon manat güzəştli kredit ayrılıb. Bu layihələrdən 233-nün icrası başa çatdırılmış, digər 60 müəssisə üzrə tikinti-quraşdırma işləri davam etdirilir.

   "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, 712 investisiya layihəsinin maliyyələşdirilməsinə 148,4 milyon manat, bundan müasir texnologiyaların tətbiqinə əsaslanan 53 layihənin maliyyələşdirilməsinə isə 138,8 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 5300-dək yeni yerinin yaradılması nəzərdə tutulur.

   Qeyd edək ki, dövlətin güzəştli kreditlərindən yararlanmaqla rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən qeyri-neft sənaye müəssisələrinin yaradılması ölkənin müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsilə yanaşı, ixrac potensialının artırılmasında da əhəmiyyətlidir. Bundan əlavə, müasir texnologiyaların tətbiqinə əsaslan investisiya layihələrinin reallaşdırılması regionların investisiya cəlbediciliyinin artırılmasına, digər sahələrin inkişafının stimullaşdırılmasına, eləcə də iqtisadiyyatın şaxələndirilməsinin sürətlənməsinə şərait yaradır.

   Xatırladaq ki, bu il sahibkarlara böyük hissəsi qaytarılan kreditlər olmaqla ümumilikdə 280 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də aqrar-sənaye kompleksinin və sənayenin dinamik inkişafı, yeni texnologiyaların tətbiqi prioritet olaraq qalacaqdır.

   Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Məlahət İbrahimqızı sosial dəstəyə ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində dövlətin atdığı addımları müsbət qiymətləndirib: "Xüsusilə qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar təqdirəlayiqdir. Hazırda Azərbaycanda dövlətin apardığı siyasət, şəxsən cənab prezidentin qaçqın və məcburi köçkünlərə humanist yanaşması, görülən işlər göz qabağındadır. Beynəlxalq arenada sosial qayğıya ehtiyacı olan təbəqəyə - həssas qrup deyirlər. Azərbaycanda da həmin qrupa çox həssas yanaşılır və onların problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür. Bildiyimiz kimi Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün var. Torpaqlarımızın işğal olunduğu ilk illərdə yurd-yuvalarından didərgin düşən insanlarımız vaqonlarda, çadır şəhərciklərində, yararsız yerlərdə, ağır şərtlər altında yaşayırdılar. Ancaq indi köçkünlərimiz ən yüksək səviyyəli, beynəlxalq standartlara uyğun mənzillərlə təmin olunurlar. Amma bu qədər insanın problemini həll eləmək, onların hər birinin qayğıları barədə düşünərək, o istiqamətdə tədbirlər görmək çox çətindir. Azərbaycan dövləti illərdir ki, bu ağır yükü üzərinə götürüb və davamlı olaraq, bu istiqamətdə müvafiq addımlar atır. Artıq son illər bölgələrdə, Bakı və ətraf ərazilərdə müasir standartlara uyğun mənzillər tikilib. Yeni qəsəbələrin açılışında iştirak edən möhtərəm prezidentimiz şəxsən bu işlərə nəzarət edir, gedişatla, nəticə ilə maraqlanır. Bu da həm dövlətin, həm də cənab prezidentin məcburi köçkünlərə diqqətinin nəticəsidir".

 

   Yeri gəlmişkən, "Sosial-İqtisadiEkoloji İnkişaf" İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dəstək" layihəsini həyata keçirib. Layihənin əsas məqsədi Bakı ətrafı qəsəbələrdə yaşayan 100-ə yaxın qaçqın və məcbur köçkün ailəsinin maddi rifahını yüksəlməsinə dəstək olacaq maarifləndirmə işinin aparılması olub. İctimai Birliyin sədri Rahilə Mehtiyeva təlimlər zamanı layihə haqqında ətraflı məlumat verərək iştirakçılara "Sosial-İqtisadiEkoloji İnkişaf" İctimai Birliyi tərəfindən çap edilən "Kiçik biznesi necə qurmalı"" təlim modulunu paylayıb.

   Son olaraq qeyd edək ki, Azərbaycan Respublikasının "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunun 6-cı maddəsi məcburi köçkünlərə torpaq sahələri ayrılması, kreditlər verilməsi və texniki yardımlar göstərilməsinə aiddir. Belə ki, qanunda məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılması, onlara güzəştli kreditlər verilməsi, texniki və digər yardımlar göstərilməsi qeyd olunub. Eyni zamanda torpaq sahələrinin ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi də göstərilib.

 

   

   Rəşid RƏŞAD

   Ekspress.-2014.- 9 sentyabr.- S.9.