Əlillərin reabilitasiyası sahəsində xarici təcrübə öyrənilir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Azərbaycan hökuməti tərəfindən əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi məqsədilə qabaqcıl ölkələrin təcrübəsinin mənimsənilməsi davam etdirilir. Qeyd edək ki, ölkəmizdə əlillərin reabilitasiya sisteminin inkişaf etdirilməsi üçün Avropa İttifaqının dəstəyi ilə Tvinninq layihəsi həyata keçirilir.

   "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" adlanan layihə çərçivəsində Fransa, AlmaniyaLitva təcrübəsi öyrəniləcək.

   Bir neçə gün öncə ƏƏSMN əməkdaşlarından ibarət nümayəndə heyəti Litvada səfərdə olub. Avropa İttifaqının "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi üzrə həyata keçirilən səfər zamanı tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb.

   Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Litvanın əmək və sosial müdafiə nazirinin müavini Alqirdas Şeşelqislə, nazirliyin sosial inteqrasiya və əmək qabiliyyətini itirmiş şəxslərlə üzrə strukturlarının məsul şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə müvafiq qanunvericilik bazalarının təkmilləşdirilməsi, yeni reabilitasiya xidməti növlərinin tətbiqi yolu ilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, habelə onların əmək bazarına çıxışının səmərəli dəstəklənməsi sahəsində mövcud hüquqi baza təcrübələri barədə qarşılıqlı məlumatlar verilib. Həmçinin VilnüsKaunas şəhərlərinin reabilitasiya mərkəzlərinin prosesi, onlarda aparılan reabilitasiya metodları ilə tanışlıq olub, praktiki təcrübə mübadiləsi aparılıb. Səfər zamanı iki ölkə arasında tibbi-sosial reabilitasiya sahəsində əməkdaşlığın davam etdirilməsi, Azərbaycanda tibbi-sosial ekspertizareabilitasiya sahəsinin mütəxəssisləri üçün Litva təcrübəsi ilə əlaqədar təqdimatın keçirilməsi və s. ilə bağlı yekdil fikir ifadə olunub.

   Mənimsənilən xarici təcrübə nazirliyin əməkdaşlarına öyrədilir. Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində Avropa İttifaqının "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin ekspertləri ilə birgə seminar keçirilib. Seminarda məqsəd tibbi-sosial reabilitasiya sahəsində çalışan mütəxəssislər üçün uzunmüddətli tədris proqramınin hazırlanması ilə bağlı məsələlərin müzakirəsi olub.

   Mərkəzin direktoru Vüqar Həsənov ƏƏSMN tərəfindən tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə görülən işlər sırasında müvafiq mütəxəssis potensialının gücləndirilməsinin və bu sahədə peşəkarlıq səviyyəsinin yüksəldilməsinin mühüm yer tutduğunu vurğulayıb. Bildirilib ki, bu işlərdə, eləcə də tibbi-sosial reabilitasiya üzrə uzunmüddətli tədris proqramınin hazırlanmasında qeyd olunan Tvinninq layihəsi çərçivəsində qabaqcıl Avropa təcrübəsindən və avropalı mütəxəssislərin ekspert dəstəyindən istifadə olunur.

 

   İşgüzar müzakirələr şəraitində keçən seminarda adıgedən uzunmüddətli tədris proqramına daxil ediləcək mövzular müəyyən olunub. Həmçinin tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün təşkil ediləcək ixtisasartırma kurslarını aparacaq təlimçilərin hazırlanması, bu məqsədlə tədris mərkəzinin əməkdaşları üçün treninqlərin təşkili məsələləri nəzərdən keçirilib. Seminar iştirakçıları tibbi-sosial reabilitasiya sahəsində qiymətləndirmə formasını da müzakirə ediblər. Tədbirdə Tvinninq layihəsinin ekspertləri tərəfindən tibbi-sosial reabilitasiya sahəsinə dair beynəlxalq təcrübə barədə məlumatlar verilib.

   Bildirək ki, adıçəkilən layihənin məqsədi əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində Azərbaycanın qanunvericilik bazasının qabaqcıl Avropa ölkələrinin müvafiq təcrübəsi əsasında təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiyası sisteminin inkişaf etdirilməsidir. 2014-2016-cı illəri əhatə edən layihə çərçivəsində əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin formalaşdırılmasına ekspert dəstəyi, bu sahədə yeni strategiyaların hazırlanması, müvafiq kadr potensialının artırılması təmin olunacaq.

   Hazırda ölkəmizdə reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Planın hazırlanmasının nəzəri və texniki məsələləri öyrənilir.

   Tvinninq layihəsinin bir neçə beynəlxalq eksperti nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin mütəxəssisləri ilə birgə yuxarıda qeyd olunan istiqamətlərdə təhlillərin aparılması və kadr potensialının gücləndirilməsi məqsədilə müzakirələr aparırlar.

   2014-2016-cı illəri əhatə edən yeni layihə çərçivəsində ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Plan, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramları, onların tətbiqi üçün mexanizmlər hazırlanacaq. Əlillərin sosial müdafiəsi, tibbi-sosial ekspertiza və əlillərin bərpası sahələrində çalışan işçi heyətin peşəkar bilik və bacarıqları artırılacaq. Eyni zamanda, tibbi-sosial reabilitasiya sisteminin monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq sisteminə yenidən baxılaraq Avropa standartlarına uyğunlaşdırılması üçün təkliflər hazırlanacaq. Layihə Fransa, Almaniya, Latviyanın müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq zəminində icra olunacaq. Əlilliyi olan şəxslərlə bağlı hazırlanan yeni qanunvericilik layihələrində artıq bu ölkələrdən olan ekspertlər də iştirak edirlər.

   Ümumiyyətlə, Azərbaycan Avropa Birliyi ilə müxtəlif layihələr çərçivəsində daim əməkdaşlıq edib. O cümlədən sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahəsində də əməkdaşlıq var. 2004-cü ildən etibarən Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunan layihələrdən Tvinninq və TAİEX proqramlarına daha çox üstünlük verilir. Bu proqramlar çərçivəsində əməkdaşlıq ƏƏSMN-nin imkanlarının artırılmasına xidmət edib. Yeni Tvinninq layihəsi də gələcəkdə həm nazirliyin kadr potensialının yaxşılaşdırılmasına kömək edəcək, həm də ölkədə tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsinə töhvə verəcək.

   Daha geniş çərçivədə yanaşdıqda tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının müddəalarının həyata keçirilməsinı xidmət edir. Konvensiyanın müddəalarının həyata keçirilməsi məqsədilə Azərbaycanda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsi, həmçinin "2014-2018-ci illərdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihə sənədi hazırlanıb.

   Azərbaycanın yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı (2014-2018-ci illər)"nın tədbirlər planında əlillərin tibbi-sosial reabilitasiyası ilə bağlı xüsusi bölmə var. Bu bölmədə qeyd edilir ki, 2018-ci ilə qədər əlillərin sağlamlıqlarının davamlı yaxşılaşdırılması və onlara profilaktik tibbi-sosial reabilitasiya xidmətlərin göstərilməsi məqsədi ilə Bakı şəhərində və regionlarda sağlamlıq sanatoriyalarının, idman sağlamlıq mərkəzləri yaradılacaq.

 

   Bununla bərabər loqopedpedaqoq ixtisası olan şəxslərin müxtəlif profilli reabilitoloq ixtisaslarına yiyələnmələri üçün müasir tədris proqramları əsasında ixtisaslaşdırma kurslar təşkil ediləcək, inkişafdan geri qalan uşaqlara və onların valideynlərinə, yaxın qoxumlarına psixolocimetodik köməklik göstərilməsi məqsədilə tibb müəssisələrində kabinetlər yaradılacaq.

   Tədbirlər planında abilitasiyareabilitasiya imkanlarını dəstəkləyən köməkçi texnologiyaların və qurğuların istifadəsinin təşviq edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi, reabilitasiya vasitələrinin istehsalı sənayesinin yaradılması üçün təkliflərin hazırlanması, Naxçıvan, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Lənkəran şəhərlərində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması nəzərdə tutulur.

   Milli Fəaliyyət Proqramında əlil olan uşaqların reabilitasiya məsələləri də öz əksini tapır. Proqramada nəzərdə tutulur ki, anadangəlmə və ya sonradan qazanılan eşitmə problemi olan şəxslərə eşitmə qabiliyyətini qaytaran daxili qulagın protezləşməsi (koxlear implantasiya) əməliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiq edilsinbu əməliyyatlar dövlət vəsaiti hesabına həyata keçirilsin. Həmçinin neonatal mərhələdə uşaqların eşitmə və görmə qabiliyyətinin müəyyən olunması planlaşdırılır.

   Ölkəmizdə hazırda da əlil olan şəxslərin reabilitasiyası ilə bağlı tədbirlər görülür.

   "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun mövcuddur ki, bu qanun əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

   Qanunun tələblərindən irəli gələrək ölkəmizdə əlillərin bərpa mərkəzləri faəliyyət göstərir. Bu cür mərkəzlər əlillərə kompleks tibbi-sosial və peşə reabilitasiyasının aparılması üçün yaradılıb.

 

   

 

   Vasif CƏFƏROV

  Ekspress.-2014.- 27-29 sentyabr.- S.10.