Ən yaxın tarix

 

                                                                                                                           İlk yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

   İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

    Ötən saylarımızda 1990-cı ildə seçilmiş Ali Sovetin tərkibi barədə qısa məlumat verməyə başlamışdıq. O vaxt seçilmiş deputatların siyahısını və qısa avtobioqrafiyasını təqdim etməkdə davam edirik (siyahı əlifba sırası ilə verilib):

      KÖÇƏRLİ TOFİQ QASIM OĞLU. 1929-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Bakı Ali Partiya məktəbinin müəllimi.

   MƏMMƏDOV YAQUB CAVAD OĞLU. 1941-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Tibb elmləri doktoru, professor, Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi. "Qırmızı Əmək Bayrağı", "Xalqlar dostluğu" ordenləri ilə təltif olunub. Azərbaycan Tibb Universitetinin rektoru.

   RÜSTƏMOV TOFİQ TAĞI OĞLU. 1936-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. Filologiya elmləri namizədi, professor, respublikanın əməkdar mədəniyyət işçisi, "Kommunist" qəzetinin baş redaktoru.

   MANAFOVA ASYA SƏRDAR QIZI. 1941-ci ildə anadan olmuşdur. Azərbaycan Neft Kimya İnstitutunu Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Qusar rayon partiya komitəsinin birinci katibi.

   ƏHMƏDOV RAMİZ HƏŞİM OĞLU. 1939-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Fəlsəfə elmləri namizədi, Azərbaycan KP MK nəzarət - təftiş komissiyasının sədri.

   MƏMMƏDOV AYDIN YUSİF OĞLU. 1932-ci ildə anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu Bakı Ali Partiya məktəbini bitirib. Respublika Xalq Nəzarəti Komitəsinin sədri.

   MUSAYEV FUAD ƏNVƏR OĞLU. 1938-ci ildə anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu, Moskva Xalq Təsərrüfatı Akademiyası İctimai Elmlər Akademiyasını bitirib. İki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunub. Əvvəlki çağırışda SSRİ Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Respublika İdman Cəmiyyətinin prezidentidir.

   HACIYEV ZÜLFÜ SALEH OĞLU. 1935-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Elmlər namizədidir. "Qırmızı Əmək Bayrağı", "Xalqlar dostluğu" "Şərəf nişanı" ordenləri təltif edilib. Respublika baş nazirinin müavini.

   RZAYEV YAŞAR HÜSSƏTULLA OĞLU. 1941-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini Bakı Ali Partiya məktəbini bitirib. Lənkəran şəhər partiya komitəsinin birinci katibi.

   CAVADZADƏ MİRMƏMMƏD CAVAD OĞLU. 1927-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Tibb elmləri doktoru, professor, akademik əməkdar elm xadimidir. SSRİ Azərbaycan SSR Dövlət mükafatları laureatıdır. "Lenin", "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektorudur.

   ƏZİMOV HACIBABA SADIQ OĞLU. 1938-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professor. Azərbaycan Pedoqoji İnstitutunun siyasi tarix kafedrasının müdiri.

   XANLAROVA ZEYNƏB YƏHYA QIZI. 1936-cı ildə anadan olmuşdur. Asəf Zeynallı adına musiqi məktəbini bitirib. SSRİ Azərbaycan SSR Xalq artisti. "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilib.

   RƏHİMOV KAMRAN NƏBİ OĞLU. 1928-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, əməkdar elm xadimi. "Oktyabr inqilabı" "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib. "Azərbaycan Kommunisti" jurnalının baş redaktoru.

   RƏHİMZADƏ ARİF QAFAR OĞLU. 1941-ci ildə anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Kənd təsərrüfatı elmləri namizədidir. "Xalqlar dostluğu" "Şərəf nişanı" ordenləri ilə təltif edilib. Azərbaycan KP MK-da şöbə müdiri.

   NƏSİROV YASİF MİRZƏ OĞLU. 1939-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini F.Dzerjinski adına SSRİ DTK Ali məktəbini bitirib. Filologiya elmləri namizədi, polkovnikdir. Azərbaycan KP MK-da şöbə müdiri.

   HƏMİDOV MİRHƏMİD MİRHEYDƏR OĞLU. 1947-ci ildə anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Bakı Ali Partiya məktəbini bitirib. Sabirabad rayon partiya komitəsinin birinci katibi.

   SƏMƏDZADƏ ZİYAD ƏLABAS OĞLU. 1940-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. İqtisad elmləri doktoru, professor. "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunub. Əvvəlki çağırışda respublika Ali Sovetinin deputatı seçilib. Azərbaycan KP MK-da şöbə müdiri.

   VERDİYEVA ZEMFİRA NADİR QIZI. 1935-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Pedoqoji İnstitutunu bitirib. Filologiya elmləri doktoru, professor. "Şərəf nişanı" ordeni ilə təltif olunub. Azərbaycan Pedoqoci Xarici Dillər İnstitutunun rektoru.

   MUSAYEV MAKSİM TALIB OĞLU. 1938-ci ildə anadan olmuşdur. Leninqrad Kənd Təsərrüfatı İnstitutunu Bakı Ali Partiya məktəbini bitirib. Kənd təsərrüfatı elmləri namizədi, "Şərəf nişanı" ordeni ilə təltif olunub. Əvvəlki çağırışda respublika Ali Sovetinin deputatı seçilib. Xızı rayon partiya komitəsinin birinci katibi.

   MURADƏLİYEV FAZİL QULAM OĞLU. 1938-ci ildə anadan olmuşdur. Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Əvvəlki çağırışda respublika Ali Sovetinin deputatı seçilib. Azərbaycan KP MK katibi.

   BAYRAMOV BAYRAM SALMAN OĞLU. 1918-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib, Xalq yazıçısı. "Qırmızı Əmək Bayrağı", "Xalqlar dostluğu", "Şərəf nişanı" "Vətən müharibəsi" ordenləri ilə təltif olunub. Qarabağa Xalq Yardımı Komitəsinin sədri.

   ƏLİYEV HEYDƏR ƏLİRZA OĞLU. 1923-cü ildə anadan olmuşdur. Naxçıvan Pedaqoji texnikumu, Azərbaycan Sənaye İnstitutunu Azərbaycan Dövlət Universitetini bitirib. İki dəfə Sosialist Əməyi Qəhrəmanı, beş dəfə "Lenin" ordeni, "Qırmızı Ulduz" digər ordenlərlə təltif olunub. General-polkovnikdir. Ümumittifaq əhəmiyyətli fərdi təqaüdçü.

   CƏLİLOV AFİYƏDDİN CƏLİL OĞLU. 1946-cı ildə anadan olmuşdur. Leninqrad Dağ-Mədən İnstitutunu Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. İki dəfə "Əmək şöhrəti" ordeni ilə təltif olunub. Azərbaycan Respublikası Ali Sovetində daimi komissiyanın sədri.

   ƏKBƏROV SÜLHƏDDİN BAYRAM OĞLU. 1960-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Naxçıvan şəhərində məhkəmə tibb eksperti.

   CƏFƏROV ŞAHMƏRDAN MƏHƏMMƏD OĞLU. 1958-ci ildə anadan olmuşdur. Çerniqov Hüquq texnikumunu bitirib. İşsiz.

   QULİYEV FƏRƏC İBRAHİM OĞLU. 1962-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Kənd xəstəxanasının baş həkimi.

   ƏLİYEV MİRİSMAYIL MİRƏLİ OĞLU. 1941-ci ildə anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirib. Naxçıvan Muxtar Respublikasının baş naziri.

   SALMANOV FƏRMAN QURBAN OĞLU. 1928-ci ildə anadan olmuşdur. Azərbaycan Neft Kimya İnstitutunu bitirib. "Lenin" mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı. Bir çox medal ordenlərlə təltif olunub. Geologiya-minerologiya elmləri doktoru. SSRİ-nin bir çox şəhərlərinin ABŞ-ın Texas şəhərinin fəxri vətəndaşı, SSRİ Geologiya nazirinin birinci müavini.

   MUSTAFAYEV FEYRUZ RƏCƏB OĞLU. 1933-cü ildə anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Ali Partiya məktəbini bitirib. Sosialist Əməyi Qəhrəmanı, "Lenin", iki dəfə "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Baş nazirinin müavini.

   QASIMOV ƏBÜLFƏZ ƏSƏDULLA OĞLU. 1934-cü ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu Tbilisi Ali Artilleriya məktəbini bitirib. General-leytenant. İkinci üçüncü dərəcəli "Vətənə xidmət" ordenləri ilə təltif olunub. Respublikanın hərbi komissarı.

   HƏSƏNOVA QIZQAYIT SALMAN QIZI. 1924-cü ildə anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Sosialist Əməyi Qəhrəmanı, dörd dəfə "Lenin" ordeni ilə, "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" "Şərəf nişanı" ordenləri ilə təltif olunub. SSRİ Xalq deputatı, Biləsuvar rayonu Telman adına kolxozun sədri.

   QURBANOVA GÜLNARƏ ŞIXƏLİ QIZI. 1953-cü ildə anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Fəlsəfə elmləri namizədi, dosentdir. Oktyabr rayon soveti sədrinin müavini.

   XƏLƏFOV MƏMMƏD SÜLEYMAN OĞLU. 1922-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. Hüquq elmləri namizədi, professordur. Respublikanın əməkdar hüquqşünası, Bakı Dövlət Universiteti hüquq fakultəsində kafedra müdiri.

 

  

Teyyub QURBAN

 

(ardı var)

Ekspress.-2013.- 11-13 yanvar.- S.15.