300 mindən çox məcburi köçkünişlə təmin olunub

 

   Ermənistanın Azərbaycana hərbi təcavüzü, onun vurduğu maddi mənəvi zərər hələ dövlətin bir nömrəli problemi olaraq qalır. Qaçqın məcburi köçkünlərin bütün sosial problemləri Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" həmin sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş tədbirlər planında öz əksini tapıb.

   Görülən tədbirlərə baxmayaraq, qaçqın məcburi köçkünlərin humanitar sosial vəziyyəti hələ mürəkkəb olaraq qalır. Məsələn, son illər ərzində donorlar tərəfindən qaçqın məcburi köçkünlərə göstərilən ərzaq qeyri-ərzaq yardımının həcmi əhəmiyyətli dərəcədə (4 dəfə) azaldılıb. Bakı, Sumqayıt şəhərlərində Abşeron rayonunda müvəqqəti məskunlaşmış 230 min nəfərdən çox məcburi köçkün 1992-1993-cü illərdən etibarən ərzaq yardımı ilə təmin olunmur. Ümumiyyətlə, 1 milyondan çox qaçqın məcburi köçkündən hazırda yalnız 30 faizi aylıq ərzaq yardımı ilə təmin olunur. 2001-ci ildə beynəlxalq humanitar təşkilatlar tərəfindən 214 min nəfər məcburi köçkünə ərzaq yardımı dayandırılıb.

   Qeyd edək ki, son illər ərzində beynəlxalq humanitar təşkilatlar tərəfindən Azərbaycana 900 milyon ABŞ dolları məbləğində yardım göstərilib. Bu barədə bildirən Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə, bunun 450 milyon dolları ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən edilən yardımlar olub. Münaqişə nəticəsində qaçqın məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan vətəndaşlarına ən böyük yardımı ABŞ QHT-ləri göstərib.

   Əslində maliyyə imkanları məhdud olduğundan məcburi köçkünlərin müvəqqəti istifadə üçün ayrılmış torpaq sahələrindən səmərəli istifadə olunmasının təmin edilməsində hələ çətinliklər var. Yeni xırda istehsal sahələrinin yaradılması kiçik orta biznesin inkişafı, kənd təsərrüfatı, mikro maliyyə sair dairələrin həyata keçirilməsinə böyük tələbat yaranıb. Məcburi köçkünlərin sıx məskunlaşma yerlərində - yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, uşaq sağlamlıq düşərgələrində sair yerlərdə infrastruktur, elektrik xətləri, içməli su kəmərləri, daxili yollar, dam örtükləri, təhsil, səhiyyə obyektlərinin vəziyyətinin yaxşılaşdırılmasına ciddi ehtiyac duyulur. Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının ərazisində 378 min 505 nəfər əmək qabiliyyətli məcburi köçkündən 35 min 872 nəfər işsizdir. İş yerlərinin azlığından, maddi vəsait olmadığından yeni yerlərinin yaranması sahəsində problemlərin yaranması, aqrar sənayedə görülən işlərə baxmayaraq işsizlik probleminin tamamilə aradan qaldırılması bir sıra maneələrlə üzləşir.

   Ümumilikdə 2001-2008-ci illərdə 277 min 174 nəfər qaçqın məcburi köçkün işlə təmin olunmuş, 2467 nəfər işsizlik statusu almış, 932 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 1116 nəfər peşə-hazırlıq kurslarına göndərilmiş, 5099 ailəyə ünvanlı sosial yardım edilib. 1747 nəfər Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində işlə təmin olunub. Bundan əlavə, 563 nəfərə işsiz statusu verilib, 680 nəfərə isə işsizlik müavinəti təyin edilib. 467 nəfər qaçqın məcburi köckün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 253 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilmiş əlavələrin icrası nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75%-dən 23%-ə enib. Yeni salınmış qəsəbələrdə 27814 yeni yeri yaradılıb.

   Son olaraq qeyd edək ki, məcburi köçkünlərə müvəqqəti istifadə üçün dövlət bələdiyyə ehtiyat fondlarından 60 min hektar torpaq sahəsi ayrılıb, eyni zamanda 47 min məcburi köçkünün əhatə olunduğu 760 fermer təsərrüfatı yaradılıb.

 

   Xədicə QİYAS

   Ekspress.-2014.- 18-21 yanvar.- S.12.