Cümhuriyyət tələbələri II fəsil

 

Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik təhdidlərlə üzləşsə , Vətən millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur. "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

      Bütün Şərqdə ilk demokratik respublikanın qurucusu Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Diriliklərin ən qiymətlisi milli dirilikdir".

   O hesab edirdi ki, savadlısı-biliklisi çox olan millət qul kimi yaşaya bilməz. Təhsil - milli dirilik təzahürüdür. Azərbaycan Xalq Cümhuriyyətinin töhfəsi olan Bakı Dövlət Universitetində Məhəmməd Əmin Rəsulzadənin pedaqoji fəaliyyətlə məşğul olması da bunun canlı nümunəsidir.

   Xarici ölkələrə ali təhsil almağa göndərilən tələbələrin seçilməsi üzrə parlament komissiyasının sədri olmuş M.Ə.Rəsulzadə bu vəzifəsinə də "milli dirilik" meyarı ilə yanaşmışdır.

   Diqqət yetirin: Azərbaycan parlamentinin 109 nəfər üzvündən 26 nəfəri rus, erməni, yəhudi və başqa millətlərə mənsub olmasına baxmayaraq, əcnəbi ölkələrə göndərilmiş gənclərin yüzütürkdür!

   Yüzlərin hər birisinin öz dəst-xətləri ilə yazdıqları ərizələr arxiv qovluqlarında solmaz yarpaqlara bənzəyir. Bu yarpaqlarda həmin zəmanədə baş vermiş hadisələrin də cizgiləri görünür, onların bəzilərini nəzərdən keçirək.

   ***

   1900-cü il yanvar ayının 20-də Qars şəhərində doğulmuş, 1919-cu il may ayının 15-də Birinci Bakı Oğlan Gimnaziyasını bitirmiş Həmid Məmməd oğlu Məmmədov məktubunda bunları göstərir: "1914-cü ildə qanlı qırğınlar zamanı başnaklar ata-anamı qətlə yetirmişlər, bütün əmlakımız əldən çıxmışdır. Bakıda sığınacaq tapmışam. Öz qüvvəmlə gimnaziyanı bitirmişəm. Güzəranım ağılasığmaz dərəcədə acınacaqlıdır. Ali məktəbə öz gücümlə daxil olmaqdan məhrumam. Üstəlik, qardaşım Müxlis Məmmədovu da məndən ayırmışlar. Onu ingilis hakimləri Cənub-Şərq hökumətində işlədiyi üçün həbs edərək, Malta adasına sürgün etmişlər. Çıxılmaz vəziyyətə düşmüşəm. Mən Azərbaycanı ikinci vətənim hesab edirəm. Xahiş edirəm, hökumət vəsaiti ilə məni Fransaya ali təhsil almağa göndərəsiniz".

   ***

   1898-ci il mart ayının 12-də Daşkənd şəhərində anadan olmuş, 1916-cı ildə Daşkənd real məktəbini və həmin məktəbin əlavə sinfini bitirmiş, rus, alman və fransız dillərini öyrənmiş Mirzə Mənsur Mirzəhakim oğlu Umudov Azərbaycan Respublikasının maarif nazirinə ünvanladığı məktubunda yazır: "Sizin fəaliyyətiniz geridə qalmış Türküstan əhalisinin ürəyindən xəbər verir. Çünki ali təhsil almaq bütün türk xalqlarını tərəqqi yolunda birləşdirən başlıca amildir. Xahiş edirəm, xarici ölkədə ali təhsil almaqda mənə kömək edəsiniz".

 

   Mirzə Mənsur Umudovun da Daşkənddən yola saldığı yazılı müraciətinə 1919-cu il dekabr ayında Parlamentin komissiyasında baxılmış və o, Fransaya göndərilən abituriyentlərin siyahısına daxil edilmişdir.

   ***

   Apardığımız araşdırmalardan belə bir qənaətə gəlmək olur ki, 1918-ci il sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalçılarından azad edilməsi bütün Türk dünyasını sevindirmişdir. Müxtəlif türk gənclərinin Azərbaycan Demokratik Türk Cümhuriyyətinin paytaxtına can atması və ali təhsil almaq məqsədilə respublika parlamentinə müraciət etməsi məhz bunun nişanəsidir.

   Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan soydaşlarımızın bir andı vardı. Bu anda sadiq qalaraq, onlar əcnəbi ölkələrə yola düşürdülər: "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəyəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

   ***

   1918-ci il mart faciəsindən bir ay sonra aprel ayının 25-də Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin qərarı ilə Xalq Maarif Komissarlığı yaradılmışdı. Komissar kim idi? Nadejda Nikolayevna Koleşnikova! Rusiyada doğulmuş, orta təhsili olmayan, Bakı Sovetinin 30 yaşlı əmək komissarı Yakov Davidoviç Zevinin 36 yaşlı arvadı! Arvadı kimi ərin də orta təhsili yoxdu. 1911-ci ildə Fransada Lenindən dərs almışdı...

   Azərbaycanda milli təhsili dövlət səviyyəsinə qaldırmış Xalq Cümhuriyyətinin bütün islahatlarının qəsdinə durmuş bu qondarma komissarlıq elə 1918-ci ilin 15 sentyabr qələbəsi ərəfəsində mürtəce fəaliyyətinə son qoymalı oldu. Ər güllələndi, arvad isə Bakıdan baş götürüb Həştərxana qaçdı...

   1918-ci ilin mart-sentyabr aylarında baş verənləri Məhəmməd Əmin Rəsulzadə belə səciyyələndirir: ""Hər millət müstəqil olaraq yaşaya bilər? - deyə dünyaya qarşı nümayişlər yapan bolşeviklər Bakını əldən vermək istəməmişlərdi. "Bakı Sovet Rusiyasından ötrü lazımdır" deyə Azərbaycan demokratiyasına qəsd etmiş, xoşbəxtliyini türk bədbəxtliyi üzərində quran qüvvələrlə ittifaq bağlamış, mart hadisələri ilə başlayaraq Bakıda axıtdıqları qan seylablarilə Azərbaycanın atəş müqəddəslərini söndürmək istəmişlərdi. Bir tərəfdə bolşevik, daşnaksütyun, menşevik, kadet, daha sonra ingilis, əlavə olaraq alman qüvvələri, digər tərəfdən isə Türkiyə - Azərbaycan qüvvəti qarşı-qarşıya gəlmişdi. Birinci tərəf Bakını Azərbaycandan ayırmaq surətilə siyasi bir qətl icra etmək istəyir, digər tərəf isə son qətrə qanını axıtmaqla olsa da, haqqı yerinə oturtmaq istəyirdi. Azərbaycan Türkü mayın 28-də istiqlalını elan eyləmiş, sentyabrın 15-də qəsbkarlar əlində inildəyən paytaxtını xilas etmişdir".

   Bəli, 1918-ci ilin sentyabrında dahi M.Ə.Rəsulzadənin "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!" sözləri Azərbaycan türklərinin dirilik himninə çevrildi. Dünyaya misilsiz zəkalar bəxş etmiş qədim millətimizin cavan nəslinin nümayəndələri elm dalınca müxtəlif ölkələrə üz tuturdular. Maraqlıdır ki, onların arxivdə saxlanılan məktublarında şahidi olduqları mart faciəsinin dəhşətlərindən də bəhs olunur.

   ***

   1897-ci il iyul ayının 23-də Şamaxıda anadan olmuş Əliyev Abbasmirzə Əhməd oğlu Azərbaycan Respublikası xalq maarifi nazirinə 1919-cu il avqustun 9-da yazıb göndərdiyi məktubda bunları göstərir: "1916-cı ildə Bakı Birinci Real Məktəbini bitirdikdən sonra Kiyev Politexnik İnstitutuna daxil olmuşamorda 1918-ci il yanvar ayınadək mühəndis-inşaat şöbəsində təhsil almışam. Həmin vaxtda Kiyev şəhəri bolşeviklər tərəfindən tutulduqda, məcburən geri qayıtmışam. Şamaxıdakı evimiz mart hadisələri zamanı daşnak bandaları tərəfindən yandırıldığından, valideynlərimlə Bakıda görüşmüşəm. Üstəlik, eşitdiklərimdən daha da sarsılmışam. Sən demə, ermənilər Şamaxıdakı evimizdən savayı, Kürdəmir dəmiryolu stansiyası yaxınlığındakı un dəyirmanımızı da yandırmışlar. Bütün əmlakımız əlimizdən çıxmışdır. Sizdən xahiş edirəm ki, ali təhsilimi başa vurmaq üçün mənə kömək edəsiniz".

   Şamaxılı gəncin xahişi yerinə yetirilmişdir. O, Almaniyaya göndərilmişdir.

 

   əvvəli, ardı var

 

Teyyub QURBAN

Ekspress.-2015.- 25-27 aprel- S.15.