Kurort zonasında fərqli otel

 

Ölkəmizdə son illərdə bir-birindən gözəl, geniş imkanlara malik mehmanxana tipli müəssisələr istifadəyə verilir. Bu müəssisələrdə turistlərə çeşidli xidmətlər təklif edilir, onların istirahəti üçün hər cür şərait yaradılır.

Yeni otellər inşa edilən zaman turizm sektorunun tələbatı da nəzərə alınır. İndi bir çox insan təbiət qoynunda, səfalı yerlərdə istirahət etməyi daha üstün tutur.

Azərbaycanın şimal bölgəsində yeni istifadəyə verilən "River İNN Resort" oteli bu baxımdan digər otellərdən fərlənir. Nabranda açılan 4 ulduzlu yeni otel burada hər turistin istəklərini təmin etməyə imkan yaradır.

Avqustun 14-də "Silk Way Travel" şirkətinin təşkilatçılığı ilə jurnalistlərin "River İNN Resort" otelinə infoturu həyata keçirildi. İnfotur jurnalistlərə otelin şəraiti, xidmətləri ilə tanış olmağa imkan verdi.

Xəzər dənizinin sahilində, meşələrin əhatəsində, çayın ətrafında yerləşən və təxminən 15 hektar ərazini əhatə edən istirahət güşəsi digər istirahət mərkəzlərindən fərqlənir.

İstirahət mərkəzi çay, meşə və dağlıq ərazinin əhatəsindədir. 47 nömrənin olması burada istirahət edəcək turistlər üçün əlverişli şərait yaradır.

Ərazidə həm ağacdan, həm də daşdan inşa edilən mehmanxana nömrələri var. Burada tamamilə ağacdan inşa edilən ikimərtəbəli otel və fərdi yaşamaq üçün daşdan tikilən kottecvillalar var.

Bundan əlavə, taxtadaş kotteclər, lüks - "Rok", "Svinq" və "Caz" adı verilmiş villalar da var. Otelin həyətindən çay keçir. Elə otelin adı da buna uyğun olaraq seçilib. Balıq həvəskarları balıq və xərçəng tuta biləcəkləri çayın kənarında gəzintiyə çıxa bilərlər.

Burada məskunlaşan hər bir turist istirahət mərkəzinin ümumi xidmətlərindən - SPA mərkəzindən, türk hamamından, saunadan, hovuzdan, idman vasitələrindən istifadə etmək imkanına sahib olur.

Otel xüsusi paketlər təklif edir: "Yeni ailə quranlar üçün" paket, "Toy" paketi, "Korporativ" paket, "SPA" paketi, "Şərab Dequstasiyası" paketi və "Ailəvi İstirahət".

"River İNN Resort" otelində istirahət imkanlara görə dəyişir. Marketinq meneceri Səadət Məmmədovanın bildirdiyinə görə, burada ailəvi istirahət daha əlverişlidir. Otel rəhbərliyi birhəftəlik istirahət paketi təklif edir. İstirahət zonasında ən azı bir həftə yaşayanlar əksər xidmətlərdən istifadə etməklə, gündə 3 dəfə yemək daxil olmaqla, 100 manata istirahət imkanına sahib olurlar. Bu paketə görə bir nəfərin həftəlik istirahəti 700 manata başa gəlir. Altı yaşa qədər olan uşaqlara xidmət pulsuzdur. 6-12 yaş arasında olan uşaqlara görəsə 50 faiz güzəşt tətbiq edilir.

Digər variantlarda qiymətlər fərqlidir. Birotaqlı nömrələrdə bir nəfərin bir gecə qalması 150 manat, iki nəfərin qalması 200 manatdır. Bu qiymətə səhər yeməyi yuxarıda sadalanan başqa xidmətlərdən istifadə imkanı var. Nahar şam yeməyinin qiyməti bir nəfər üçün 20-35 manat intervalında dəyişir.

İkiotaqlı nömrələrdə sadalanan şərtlər qalmaqla bir gecə 300 manatdır. Kottecdə bir gün qalmaq bir nəfərə 320 manatdır. Bu qiymətə ancaq səhər yeməyi daxildir.

Villalarda bir günlük yerləşmə 2 nəfər üçün 400, 4 nəfər üçün 600, 6 nəfər üçün 800 manat təşkil edir.

Bir ya bir neçə ailə bir yerdə gələrsə, onlar üçün ən əlverişlisi lüks villalar ola bilər. 6 nəfərlik villanın bir günü 800 manatdır. 4 nəfər 600 manat, 2-3 nəfər qalarsa, 400 manat pul ödəməlidir. 4 3 nəfərlik daş evlərin qiymətləri isə 320-300 manat arasında dəyişir.

İstirahət mərkəzində ümumilikdə 47 nömrə var eyni vaxtda maksimum 102 nəfər istirahət etmək imkanına sahibdir.

Oteldə əyləncə axtaran gənclər balacalar da öz maraqlarına uyğun nəsə tapa bilər - film, boulinq, bilyard, elektron oyunlar 24 saat müştərilərin ixtiyarındadır . Otelin peşəkar animasiya komandası həm əyləncə proqramları təklif edir. Burada həmçinin ən kiçik qonaqlar üçün dayə nəzarəti ilə uşaq otaqları da var. Əylənmək istəyən valideynlər uşaqlarını buradakı dayələrə rahatlıqla etibar edə bilər.

Otelin Nabranda yerləşən əksər otellərdən bir üstün cəhəti odur ki, burada istirahət mövsümi xarakter daşımır. Yəni, "River İnn Resort"da istənilən fəsildə dincəlmək olar.

Oteli baş aşpazı bolqar Aleks Nikolovdur. Bolqarıstan, Böyük Britaniya Kiprin yüksəksəviyyəli otel şəbəkələrində kulinariya təcrübəsi olan aşpaz "Alekslə kulinariya səyahəti" ("Culinary travel with Alex") adlı kitabın müəllifidir.

Marketinq meneceri Səadət Məmmədovanın sözlərinə görə, otel yeni istifadəyə verilsə , gələn qonaqların sayı çoxdur: "Artıq otel bir neçə gündür ki, istifadəyə verilib, amma cəmi 3 nömrə boş qalıb..."

 

Vasif Cəfərov

 

Ekspress.- 2015.- 18 avqust.- S.6.