İsrafilovların sonuncu mogikanı...

 

Fərhad İsrafilov: Yevgeni Matveyevin sevimli tələbəsi idim, zarafatla mənə "Fərhad Yevgeniyeviç" deyirdilər

 

İsrafilovlar ailəsi Azərbaycan mədəniyyət incəsənətinə 4 sənətkar oğul bəxş edib: Ağakərim, Cəbrayıl, İsrafil Fərhad.

Mərhum Ağakərim İsrafilov Ağadadaş Qurbanovun yetirməsi olub, onun Gənc Tamaşaçılar Teatrında səhnəsində yaratdığı bir-birindən maraqlı rollar teatrın tarixinə əbədi həkk olunub. Cəbrayıl İsrafilov uzun illlər Lənkəran Teatrında və Yuğ Teatrında çalışıb. İsrafil İsrafilov teatrşünasdır və hazırda Akademik Milli Dram Teatrına rəhbərlik edir.

Dördüncü qardaş, mühasibimiz Fərhad İsrafilov ilk dəfə "Şərikli çörək" filmində epizodik rola çəkilib və 40 ildən artıqdır ki, kinoteatrda maraqlı rollar oynayır.

Aktyorla 60 yaşının tamam olduğu ərəfədə söhbət etdik.

- Fərhad müəllim, Sizi yubileyiniz münasibətilə təbrik edir, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. Ömrün bu zirvəsində geri dönüb baxanda arxada nələr qaldı?

- 45 ildir bu sənətdəyəm. 70-ci ildə "Yeddi oğul istərəm" filmi sənətdə ilk addımları atmağıma təkan verdi. Ötən illər acılı-şirinli keçdi, artıq arxada qaldı. Önəmli olan odur ki, boş keçən günlərim olmayıb, daim çəkiliş meydançasında, teatr səhnəsində olmuşam, sənətlə bağlı işlərlərlə məşğul olmuşam. Aktyor olduğuma görə heç bir vaxt peşmançılıq hissləri keçirməmişəm, görünür bu qismətim idi.

Nəslimizdə sənətlə bağlı kimsə olmayıb. Ancaq böyük qardaşım, rəhmətlik Ağakərimin bu sənətə gəlişi bizim - digər 3 qardaşın da bu sənətə həvəsimizi artırdı və bir ailənin 4 oğlu sənətlə məşğul olmağa başladı. O dövrdə dərnəklər vardı. Ağakərim Ağadaş Qurbanovun dərnəyinə, İsrafil Məmmədağa Dadaşovun dərnəyinə gedirdi. Cəbrayıl da aktyorluq üzrə təhsil aldı və uzun müddət Lənkəran Teatrında çalışdı, daha sonra Yuğ Teatrında direktor oldusonralar səhhətiylə əlaqədar olaraq teatrdan uzaqlaşdı. İsrafil elmlə məşğul olurdubildiyiniz kimi, hazırda Akademik Milli Dram Teatrına rəhbərlik edir.

Ailənin sonuncu mogikanı mənəm ki, mən də ömrümü tam olaraq bu sənətə həsr etmişəm. Oğlum da bu sənətin içindədir, İsrafilovların yolunu davam etdirir. Oğlum rejissorluq üzrə təhsil alıb, İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib, eyni zamanda qrim ustasıdır. Hazırda Yuğ Teatrında, eyni zamanda filmlərdə çalışır.

- Bildiyimə görə, sənətdə ilk addımlarınız "Şərikli çörək" filmindən başlayıb?

- O filmdə sadəcə bir qrup uşaqla birgə epizod səhnələrdə çəkilmişdik. Eşidəndə ki, belə bir film çəkilir mən də uşaq ağlı ilə çəkilişə qatılmışdım. Bu bir başlanğıc idi, ancaq Tofiq Tağızadənin quruluşunda çəkilən "Yeddi oğul istərəm" filmi artıq mənim üçün önəmli bir addım idi. 1973-cü ildə Ənvər Əbluçun diplom filmi olan "Dənizə çıxmaq qorxuludur" filminə çəkildim, 1975-də isə Moskva Kinematoqrafiya İnstitutuna qəbul olundum.

- O vaxtlar Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda, özü də məşhur Yevgeni Matveyevin (SSRİ xalq artisti, teatrkino aktyoru, ssenari müəllifi və rejissor Yevgeni Semyonoviç Matveyev 1975-1979-cu illərdə ÜDKİ-də təhsil alan azərbaycanlılardan ibarət kursun rəhbəri idi - U.Q.) kursunda təhsil almaq şans məsələsi idi...

 

- Bu həm şans məsələsi idi, eyni zamanda, yəqin ki, o vaxta qədər çəkildiyim filmlərdə göstərdiyim qabiliyyət diqqəti çəkirdi. Ancaqolur-olsun, mənim sadəcə bir məqsədim vardı - öyrənmək, sənətin dərinliklərinə bələd olmaq. Matveyevin kursuna qəbul olunmağım, onun iki filmində rol almağım heç də təsadüfi deyildi. Əksinə bu mənim zəhmətimin bəhrəsi idi. O dövrdə Azərbaycandan mənimlə bərabər 14 tələbə təhsil alırdı. Matveyev onların içindən məni filmləri üçün seçdi. Moskvadakı təhsil illərimdə mən sıradan bir tələbəlik həyatı keçirmir, sənətlə bağlı hər şeylə maraqlanır və zamanımı yalnız buna həsr edirdim. Teatrlara, muzeylərə gedirdim, Moskva təhsil həyatından bəhrələnirdim.

- Bildiyim qədəri ilə Matveyevin "Ən mühüm tapşırıq" filmində azərbaycanlı təyyarəçi Rüstəm rolu məxsusi sizin üçün yazılıb. O dövrdə Moskvanın çəkdiyi filmlərdə azərbaycanlı obrazlarına az-az rast gəlinirdi...

- Rüstəm obrazı doğrudan da qalmaqal yaratmışdı. Hətta Matveyevi Mərkəzi Komitəyə çağıraraq etiraz etmişdilər ki, bu azərbaycanlı obrazı hardan çıxdı. Matveyev isə demişdi ki, "müharibəni yalnız ruslar deyil, azərbaycanlılar da qazanıb". Yəni, əgər 15 qardaş respublikadırsa və onların hər biri bu yolda birgə addımlayıbsa, o zaman filmlərin birində azərbaycanlı obrazının olmasına mane olmağın mənası yoxdur. Film çəkildi, hətta tamaşaçı Rüstəm obrazını gürcü olaraq bilirdi. Bunun da səbəbi o idi ki, ruslar azərbaycanlı obrazlarının yaranmasına imkan vermirdilər, ancaq Matveyev bu tilsimi sındırdı.

- Deməli, Matveyevin Azərbaycan sevgisi belə güclü olubmuş...

- Doğrudan da belə idi və ən əsası ədalətsevər bir sənətkar idi. Azərbaycanlı tələbələri çox sevirdi, xüsusilə mənimlə daha yaxın idi, hətta mən daim evinə gedib-gəlirdim. Uşaqlar zarafatla mənə "Fərhad Yevgeniyeviç" deyirdilər. Bəlkə də bu mənim səmimiliyimdən irəli gəlirdi, riyakarlıqdan çox uzaq olduğum üçün belə bir böyük sənətkarın sevgisini qazanmışdım.

- Yəqin ki, bu səmimiliklə bağlıdır ki, kino və teatrın qapıları üzünüzə tamamilə açılırdı...

- Təhsil alarkən də filmlərə çəkildim. İstər Matveyevin bir neçə filmi, istər Tofiq Tağızadənin "Evdə kişi" filmi, hətta başqa studiyaların filmlərinə də çəkildim. Tələbəlik həyatını bitirdiyim zaman ilk çəkildiyim filmlərdən biri də "Papaq" filmi oldu.

- Rollarınızı fərqləndirir, bir-birindən ayırırmısınız?

- Heç bir roluma ikinci dərəcəli baxmamışam, həmişə mənə həvalə olunan rolların öhdəsindən gəlməyə çalışmışam.

- "Nekroloq" tamaşasındakı əsas qəhrəman bir qədər fərqlidir, necə oldu ki, həmin rola çəkildiniz?

- O obrazın qəribə bir taleyi oldu. Ramiz Həsənoğlu həmin film-tamaşanın ssenarisini mənə verərək oxumağımı istədi. Oxudum doğrusu, rejissorun məni görmək istədiyi obrazda özüm görmədim, rejissora da elə belə dedim: "Bu mənim rolum deyil". Həsənoğlu hirslənərək "mən səni 30 ildir tanıyıram, bilirəm ki, bu rol sənə uyğundur, öhdəsindən gələcəksən", - dedi fikirləşmək üçün mənə vaxt verdi. 10 gün vaxt istədim, o bir həftə verdi. Başladım fikirləşməyə ki, necə edim, axı özümü bu rolda görə bilmirəm, mütləq bir xarakter tapmalıydım.

- Bu rolda Sizi narahat edirdi?

- Xarakterimə zidd olan bir obrazdı, tapıntıya ehtiyacı var idi. Bu tamaşa öncə radioda hazırlanmışdı, Fuad Poladov oynamışdı. Çox fikirləşdikdən sonra qərara gəldim ki, obrazın yerişini axtarım, Aqşin Babayevin yerişini obraza uyğunlaşdırdım, sonra danışıq formasını axtardım, Qabilin danışığını obraza əlavə etdim. Bir sözlə, obrazı tamamilə parçalarla birləşdirərək canlandırdım. Sonra rejissorla görüşdüm, hazırladığım xarakteri təqdim etdiyim zaman "kifayətdir" dedi məşqlərə başladıq, eynilə davam etdik. Yəqin ki, bu tapıntılar obrazın maraqlı alınmasında rol oynadı. Ümumiyyətlə, film-tamaşada bir araya gələnlərin hər biri maraqlı xarakter ortaya qoydu. Ramiz Həsənoğlu ilə bir neçə işlərimiz oldu, onun quruluşunda olan "Fatehlərin divanı"nda da çəkildim.

- Ramiz Həsənoğlu çox tələbkar rejissordu, onunla işləyən aktyorların sözlərinə görə, məşqlərdə çəkilişlərdə çox çətinliklər yaşayırlar...

- Doğrudan da, Həsənoğlu çox tələbkar rejissordu aktyordan istədiyini almağı bacarır. Çünki aktyoru inandırmağı bacarır, onu axtarışa-tapıntıya məcbur edir. Əslində, sənət elə axtarışlardan başlayır. Bu baxımdan da Həsənoğlunun rejissor kimi quruluş verdiyi səhnə əsərləri dəyərli nümunələr sırasındadır. Onunla "Dəvətnamə"də bir araya gəldik. Hazırda da rejissorla bir tamaşa üzərində işləyirik.

- Rəngarəng, müxtəlif xarakterli qəhrəmanları canlandırmısınız, rolları mənfi ya müsbətə ayırırsınızmı?

- Mənfi rollarım olmayıb. Ümumiyyətlə, rolların mənfi ya müsbətə ayrılmasını qəbul etmirəm. Bunların hər biri xarakterdir, insan taleyidir. Lazım olduğu zaman komediya da, faciə oynamışıq. Aktyor hər janra rola daim hazır olmalıdır. Bu məqamda ustadımız Vaqif İbrahimoğlunu yada salmamaq mümkün deyil. Onun quruluşunda olan tamaşalarda elə xırdalıqlara diqqət yetirilirdi ki, bu da aktyorun püxtələşməsində böyük rol oynayırdı.

- Yeri gəlmişkən, "Yuğ" teatrı yaradıcılığınızda fərqli bir yer tutur...

- Yuğ Teatrı yaranandan rəsmən orada fəlaiyyətim var. Bu teatr yaranmamışdan əvvəl böyük bir yol keçdi ki, orda da mənim əməyim var. "Yuğ"dan enerji alırıq. Vaqif İbrahimoğlu bizə böyük bir miras qoyub gedib. Çalışırıq gördüyümüz bütün işlər onun adına layiq olsun. Yoxluğu mənəvi cəhətdən bizlərə çox təsir etsə , gördüyümüz işlərlə çalışırıq ki, bu mənfi təsirin gücünü azaldaq. O, daim bizimlədir, ruhu qarşısında borcumuz var çalışırıq ki, adını daima yüksək tutaq.

- Kino teatrdakı fəaliyyətinizi dərəcədə ffərqləndirirsiniz?

- Bir aktyor olaraq teatra üstünlük verirəm, çünki canlı sənətdir. Kinoda gəldin, çəkildin bununla da hər şey bitdi. Ancaq teatrdakı prosesi aktyorun inkişafında, obraz üzərindəki hazırlığında ən önəmlisi aktyorun formada qalmasında böyük rol oynayır. Aktyor özünü teatrda tapır, orda püxtələşir, orda yetişir. Azərbaycan kinosunun ən qaynar vaxtlarında çəkilən filmlərində görüdüyümüz, sevdiyimiz aktyorların hər birinin yolu teatrdan başlayıb ya teatrdan keçib.

- Müharibə mövzusunda çəkilən rol aldığınız "Dolu" filmi birmənalı qarşılanmadı. Deyilənə görə, filmdə oynadığınız rəis obrazının həyatda prototipi var?

- Mən bu barədə Aqil Abbasdan eşitmişdim. Filmin Ağcabədidə olan çəkilişlərində Aqil Abbas obrazda məni görüncə təəccübünü gizlətmədi, "filan rəisə necə oxşayırsan" dedi. Doğrusu mən həmin şəxsi görməmişdim, tanımırdım, ancaq qismət elə gətirdi ki, obrazı oynayarkən həmin şəxsi olduğu kimi canlandırmışdım. Düşünürəm ki, "Dolu" zamanında çəkilmiş bir filmdir. Bildiyiniz kimi, filmin rejissoru Elxan Cəfərov uşaqlıqdan filmlərə çəkilir, yəni, kinonu yaxşı bilir. Filmin birmənalı qarşılanmamasına gəlincə, çəkilən hər bir filmin qəbul olunması üçün illər lazımdır. Bizim teatrın 3 aktyoru - Məmməd Səfa, Gülzar Qurbanova mən bu filmə çəkildik. Hər biri maraqlı obrazlardı, ümumiyyətlə, bu filmdə bütün yaradıcı heyət vicdanla çalışıb. Sənət belədir, ürəklə çalışmalısan, hətta ölüm səhnəsini belə səmimi yaratmalısan...

 

Ulduzə QARAQIZI

Ekspress.-2015.- 7-9 fevral.- S.19.