Yanğını alovlandıran amillər...

 

Polkovnik Rasim Kərimov: Tıxaclar, dar küçələr, ünvanların yazılmaması, qanunsuz tikililər, bəzən əhali s. yanğınsöndürənlərin işinə maneçilik törədir

 

Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə "101" çağırış xidmətinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərə əsasən 2014-cü il ərzində 11084 yanğın hadisəsinə çıxış qeydiyyata alınıb və söndürülməsi üçün aidiyyəti qüvvə və vasitələr cəlb edilib. Bu barədə "Ekspress"ə Fövqalədə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin rəis müavini daxili xidmət polkovniki Rasim Kərimov müsahibəsində bildirib. Rəis müavini müsahibəsində yanğınların daha çox hansı səbəbdən baş verməsinə, DYMX əməkdaşlarının yanğın zamanı üzləşdikləri problemlərə və bu kimi məsələlərə aydınlıq gətirib.

   - Yanğınların əsas başvermə səbəbi nədir?

   - Araşdırmalar zamanı məlum olub ki, ötən il əsasən elektrik avadanlıqlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən 1036, odla ehtiyatsız davranmaqdan 445, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasından 113, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarının pozulmasından 290, qəsdən yandırma yolu ilə əmlakı məhv etmə 210, texnoloji proses zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasından 56, digər səbəblərdən 281 yanğın hadisəsi qeydə alınıb. DYMX-nin bölmələrinin obyektlər üzrə yanğınlara çıxışları təhlil edilərkən müəyyən edilib ki, 2014-cü ildə yaşayış sahələrində yanğınların sayı 2013-cü illə müqayisədə 13,3 faiz, digər obyektqurğularda 33,1 faiz artıb.

   - Bəzən yanğın hadisələri zamanı yanğınsöndürmə xidmətinin gecikdiyi iddia olunur. Tıxaclı yollarımızda bu təbiidir. Necə düşünürsünüz, Azərbaycanda bu kimi xidmətlər üçün ayrı avtomobil yolları olmalıdırmı? Bu sahədə hər hansı işlər görülürmü?

   - Yanğınların söndürülməsi ilə bağlı araşdırmalar göstərir ki, baş vermiş yanğın hadisələrinin bəzilərinin söndürülməsində yaranmış çətinliklər əsasən əhalinin, bəzi müəssisə və təsərrüfat rəhbərlərinin bu sahəyə olan laqeyid münasibəti, yanğın təhlükəsizliyi norma və qaydalarına əməl olunmaması nəticəsində baş verir. Hazırda Bakıda və respublikanın ayrı-ayrı rayonlarında yollarda və küçələrdə yanğın avtomobillərinin hərəkətini məhdudlaşdıran qanunsuz tikililərin olması, yanğın su hovuzlarının yararsız vəziyyətə salınması yanğınsöndürənlərin işini çətinləşdirir. Əhali tərəfindən yanğın baş verdiyi andan onun söndürülməsinə müstəqil surətdə, kortəbii kütləvi cəhdlərin edilməsi, xüsusilə də belə halların iri ticarət mərkəzlərində baş vermiş yanğınlar zamanı daha çox rast gəlindiyini, bu səbəbdən bir çox hallarda yanğın sahəsinin böyüyərək şiddətlənməsindən sonra 101 və 112 xidmətlərinə xəbər verilməsi ağır fəsadlara gətirib çıxarır. Bakı şəhərində yollarda böyük avtomobil tıxaclarının mövcudluğu, küçələrin adlarının və ünvanların əksər hallarda binaların üzərində yazılmaması, bir sıra ətraf qəsəbələrdə küçələrin darlığından yanğın avtomobillərinin yanğın yerinə yaxınlaşa bilməməsi, küçələrin, məhəllə arası keçidlərin əhali tərəfindən bağlanması, yüksəkmərtəbəli binaların ətrafında xüsusi təyinatlı yanğın avtomobillərinin manevr etməsi üçün meydançaların normaqaydalara cavab verməməsi, respublikanın kənd rayonlarında mal-qara üçün tədarük olunmuş otya yemlərin yaşayış evlərinin və tövlələrin çardaq hissələrinə, eləcə də tikililərə yaxın yığılması yanğınların yayılmasına şərait yaradır ki, bu da yanğınsöndürənlərin işini çətinləşdirən amillərdəndir.

 

   Avropa ölkələrində olduğu kimi Azərbaycanda da avtomobil yollarının kənar hissələrində xüsusi təyinatlı xilasetmə avtomobillərinin (yanğın, polis, təcili yardım və s. xilasedici avtomobillər) maneəsiz hərəkətini təmin etmək məqsədilə zolaqların olması yaxşı olardı. Son dövrlər yeni çəkilən yollarda bir istiqamətdən digər istiqamətə keçmək üçün keçidlərin qoyulmaması yanğınsöndürənlərin işini çətinləşdirir. Yoldan keçid etmək üçün 10-15 km məsafə qət edilir ki, bu da yenə vaxt itkisinə səbəb olur. Bu barədə Nəqliyyat Nazirliyinə müvafiq təkliflər hazırlanır.

   Bundan başqa, DYMX-nin infrastrukturunun inkişafı proqramı tərkibində Bakıda və digər bölgələrdə yeni yanğın bölmələrinin tikintisinin aparılması nəzərdə tutulubbu işlərə başlanılıb. Yeni bölmələr istifadəyə verildikdən sonra yanğın hissələrinin çıxış radiusuna da öz müsbət təsirini göstərəcək ki, bu da yanğın avtomobillərinin hadisə yerinə qısa zaman kəsiyində çatmasına şərait yaradacaq.

   - Hardasa 7-8 il əvvəl DYMX-nin maddi-texniki vəziyyəti o qədər də qaneedici deyildi. Bəzən hadisələr zamanı suyun bitməsi, yanğınsöndürmə şlanqlarının çatmaması və s. bu kimi problemlər qeyd olunurdu. Hazırkı vəziyyət necədir?

   - FHN yaranan dövrdə yanğından mühafizənin istismarında olan yanğın avtomobillərinin az bir hissəsi istisna olmaqla əksər hissəsi SSRİ dövründə istehsal edilmiş avtomobillər idi. Cəmi 2 ədəd xarici ölkə istehsalı olam xüsusi yanğın avtomobili vardı. Vəziyyətdən çıxmaq üçün istismarı qismən məhdudlaşdırılmış avtomobillərin üzərinə çən quraşdırılaraq yanğın avtoçəni düzəldilirdi ki, bu avtomobillərdə istismar üçün az effektli olurdu.

   FHN yaranandan dərhal sonra yanğından mühafizə avtomobil parkı əsaslı şəkildə ən müasir xarici ölkə istehsallı yanğın avtomobilləri ilə dəstləşdirildi. Alınan yanğın avtomobillərinin çox hissəsi Fransa, Almaniya, az bir hissəsi isə RusiyaUkraynada istehsal olunan yanğın avtomobilləri və avadanlıqlardır. Hazırda yanğından mühafizənin avtoparkının 64 faizini Avropa ölkələrində istehsal olunan texnikalar təşkil edir.

   Əvvəlki illərdə yanğın şlanqlarının da kəskin çatışmazlığı hiss olunurdu. Yanğın şlanqlarının əksəriyyəti istismar müddətini başa vurmuşdu. Hazırda isə müxtəlif diametrli 3 qat ehtiyat yanğın şlanqı bazası yaradılıb. Respublikada yanğına qarşı su təchizatının yaxşılaşdırılması istiqamətində DYMX tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə ki, DYMX-nin təklifləri əsasında Bakı şəhəri üzrə 1243 ədəd, rayonlar üzrə 8521 ədəd yanğın hidrantı quraşdırılıb. Onlardan 1435 ədədi yeraltı, 6616 ədəi isə yerüstüdür.

   Ümumilikdə ölkə üzrə 9294 Avropa tipli yürüstü və yeraltı su hidrantları quraşdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

   - Sakinlər tərəfindən bir çox binaların balkonlarına dəmir artırmalar vurulur ki, bu da yanğın hadisələrinin söndürülməsi zamanı müəyyən maneələrə yol açır. Ümumiyyətlə, belə situasiyalarda xidmətin əməkdaşları vəziyyətdən necə çıxa bilir?

   - Qeyd olunan faktlar mövcuddur və demək olar ki, yanğınsöndürənlər hər gün belə hallarla rastlaşırlar. Belə vəziyyətlərdə ancaq həmin dəmir barmaqlıqlar yanğınsöndürənlər tərəfindən müxtəlif kəsici alət və avadanlıqlardan istifadə etməklə kəsmə işləri apararaq içəri daxil olurmüvafiq yanğınsöndürmə əməliyyatları həyata keçirirlər. Qeyd edək ki, bu hal yanğına qarşı tikinti norma və qaydalrının pozulmasıdır və bu maneələrin aradan qaldırılmasına DYMX ilə birlikdə mütəmadi olaraq tədbirlər görülür.

   - Bakıda bəzi küçələr var ki, yanğınsöndürmə vasitələrinin həmin küçələrə girməsi mümkün olmur. Belə vəziyyətlərdə əməkdaşlarınız vəziyyətdən necə çıxır?

   - Yanğınsöndürənlər belə çətin əməliyyat şəraitində uzaq məsafədən yanğın baş vermiş obyektə şlanqlar vasitəsilə suyun verilməsini təmin edirlər ki, bu da həqiqətən vaxt itkisinə səbəb olur. Əlavə olaraq uzaq məsafədən çəkilmiş şlanq xətlərinin mühafizəsi və yanğın baş verən ərzidə yolların bağlanmaması üçün tədbirlər görülür.

 

   - Yanğınsöndürmə Xidmətinin əməkdaşları hadisələr zamanı hansı problemlərlə qarşılaşırlar? Xəsarət alma halları baş verdiyi təqdirdə nə kimi qayğı göstərilir?

   - Baş vermiş yanğın hadisələri zamanı yanğınsöndürənlərin ilk qarşılaşdıqları çətinliklər bəzi hallarda vətəndaşlar tərəfindən ünvanların dəqiq verilməməsi və yanğın avtomobillərinin yuxarıda qeyd olunan səbəblərdən hadisə yerinə yaxınlaşa bilməməsidir. Bundan başqa, əhali tərəfindən yanğınsöndürənlərin işinə yersiz maneçiliklər göstərilir. Yanğın hadisəsi baş verən zaman 101 və 112 xidmətləri tərəfindən polis, təcili yardım, qazelektrik şəbəkələrinə məlumat verilr və həmin xidmətlər yanğın söndürülüb qurtarana qədər orada qalaraq müvafiq tədbirlər görürlər. Xəsarət alanlara təcili tibbi yardımlar göstərilir və lazım gəldikdə tibb məntəqələrinə aparılırlar. Yanğından mühafizənin şəxsi heyətinin yanğın söndürən zaman təhlükəsizliyinin təmin olunması sahəsində, demək olar ki, bütün şəxsi heyət avropa istehsalı olan fərdi mühafizə və döyüş geyimləri ilə təmin edilmişdir. Yanğınsöndürmə texnikası (avtomobillər) xəsarət zamanı ilkin tibbi yardım göstərilməsi üçün tələb olunan vasitələrlə komplektləşdirilmiş, tibbi çantalarla təmin edilmişdir, Şəxsi heyət ilkin tibbi yardımın göstərilməsi üzrə bilik və bacarığa malikdirlər. Hadisə yerində istər xəsarət alan vətəndaşlara, istərsə də, əməkdaşlara müvafiq ilkin tibbi yardım göstərilməsi təmin edilir.

  

İradə CƏLİL

Ekspress.-2015.- 10 fevral.- S.14.