Əlillik hər şeydən məhrum olmaq deyil

 

I Avropa Oyunlarını işıqlandıran əlil fotoqraf İlham Məhərrəmov: "Bu Oyunlarda iştirak etməklə neçə-neçə əlil insanı cəmiyyətdə yer tutmağa ruhlandıracağam"

 

   Bakıda keçirilən I Avropa Oyunları arxada qaldı. 50 ölkədən 6 minə yaxın idmançının qatıldığı 17 günlük elit idman yarışından hələ çox danışılacaq.

   Azərbaycan paytaxtında keçirilən I Avropa Oyunlarında sağlamlıq imkanları məhdud insanların da iştirakı üçün bütün şərait yaradılmışdı. Təkcə onu demək kifayətdir ki, ikiqat paralimpiyadünya, beşqat Avropa çempionu İlham Zəkiyev, Səbinə AbdullayevaZakir Mislimovun parlaq qələbəsi bütün Azərbaycan xalqına sonsuz sevinc və fərəh hissi bəxş edib. Əlillərin I Avropa Oyunlarını izlələmələri üçünbütün imkanlar yaradılmışdı. Təkcə tamaşaçı kimi yox, eyni zamanda oyunları işıqlandırmaları, könüllü olmaları əlillərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının göstəricisidir.

   I Avropa Oyunlarını işıqlandıranlardan biri də I qrup Qarabağ qazisi (əlili) İlham Məhərrəmov idi. O bu yarışları işıqlandıran yeganə fotoqraf idi ki, əlil arabasındaydı. İ.Məhərrəmov 21 il əvvəl Qarabağ müharibəsində aldığı yaralar səbəbindən elə o vaxtdan əlil arabasındadır. "Arabaçı TV"nin yaradıcısı olan Məhərrəmov o zamanlar Qarabağa da könüllü getmişdi, elə I Avropa Oyunlarında da könüllü olaraq çalışıb.

   Diqqət çəkən məqamlardan biri də yarışları əlil arabasında işıqlandıran İlham Məhərrəmovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olub. "Mən cənab prezidentin fotosunu çəkmək istəyirdim, özü mənə yaxınlaşdı, fotoaparatı əlimdən alıb, köməkçimə verib dedi ki, "bizim şəklimizi çək". Onun mənimlə görüşünü, şəkil çəkdirməyini tribunadakı tamaşaçılar alqışlarla qarşıladı. Cənab Prezident dedi ki, mənimlə görüşəcək".

   Bu yarışlarda iştirak etməyi çox arzuladığını deyən İlham Məhərrəmov bildirib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsdiq olunandan sonra könüllülərin seçiminə start veriləndə iştirak üçün Gənclər və İdman Nazirliyinə və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinə (BEGOK) müraciət edib. "Seçim turu əsasında içimizdən 20 nəfər əlil könüllü kimi qeydiyyatdan keçdi" deyən Məhərrəmov yarışlarda könüllü olan əlillərlə daim saxladığını bildirib. Dediyinə görə, özü yarışlarda könüllü kimi beş sahəyə nəzarət edib: "Media kimi bütün sektorlara giriş icazəm vardı. Mən bununla sübut etməyə çalışdım ki, əlil insanlar da cəmiyyətin bir hissəsidir. Ola bilsin ki, məndən istedadlı olan əlil insanlar var. Lakin əlil olduğuna görə heç bir yerdə görünmürlər. Sübut etməyə çalışdım ki, əlillik hər şeydən məhrum olmaq deyil. Əsas təbliğatdır. Hesab edirəm ki, bu Oyunlarda iştirak etməklə neçə-neçə əlil insanı cəmiyyətdə yer tutmağa ruhlandıracağam".

   İ.Məhərrəmov "Crystal Hall"da media qrupunun rəhbəri olub Deyir ki, orada işləyən media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar. "Özüm isə fotoqraf kimi fəaliyət göstərirəm. Bundan başqa, "Arabaçı TV"nin yaradıcısıyam. Bu sahə mənim ictimai fəaliyyətimə daxildir. Bu televiziyanı yaratmaqla sübut etməyə çalışdım ki, əlil insanlar da media sahəsində fəaliyyət göstərə bilər".

   Əlilliyinə gəlincə, İlham Məhərrəmov bildirir ki, 1992-1994-cü illərdə Qarabağ uğrunda döyüşlərdə iştirak edib: "Bundan əvvəl isə SSRİ ordu sıralarında xidmət etmişəm. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü yollanmışam. Döyüşlərin birində ağır yaralanıb, əlil olmuşam".

   Qeyd etdiyimiz kimi, I Avropa Oyunları zamanı könüllülərin sırasında sağlamlıq imkanları məhdud gənclər olub. Hansı ki, dünən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarını bitirmiş həmin 18 nəfər sağlamlıq imkanları məhdud gənc Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən könüllü kimi uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlara layiq görülüblər. Bu barədə məlumatı "Ekspress"ə ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Xəöərə görə, həmin gənclər ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən dünya idman tarixində yeni səhifə açan bu möhtəşəm idman bayramında könüllü gənclər arasında olmalarından tapşırılan vəzifələri göstərilən etimada layiq şəkildə yerinə yetirmələrindən sonsuz şərəf qürur hissi keçirdiklərini vurğulayıblar. Bu böyük idman tədbirində könüllü kimi öz əməyini sərf etmək həmin sağlamlıq imkanları məhdud gənclərdə öz güclərinə, potensiallarına inam hissini xeyli artırmaqla böyük təcrübə qazandırmaqla onlara gələcək həyatlarında daim özünü doğrultmaq, uğur qazanmaq üçün güclü bir stimul verib.

   Mərkəzdə peşə təlimi keçən gənclərin "Bakı-2015" açılış bağlanış mərasimlərini canlı şəkildə izləmələri, mütəmadi olaraq yarışlarda tamaşaçı kimi iştirak etmələri təmin edilib. Yarışlarda Azərbaycan yığmasının qazandığı mühüm tarixi nailiyyətlər, xüsusən paracüdoçularımızın uğurları, o cümlədən ikiqat paralimpiya dünya, beşqat Avropa çempionu İlham Zəkiyevin parlaq qələbəsi onlara sonsuz sevinc fərəh hissi bəxş edib. Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşə sənət növləri üzrə təlim kursları təşkil edilməklə bərabər, respublika beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək paralimpiyaçı gənclərin idmanın müxtəlif növləri üzrə hazırlıq keçmələri təmin olunur. Bu ilin ötən dövründə 29 nəfər paralimpiyaçının burada məşq prosesini keçmələrinə şərait yaradılıb.

   2013-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təkcə cari ilin 6 ayında 258 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kursu keçib. Həmin gənclərdən 183 nəfəri bu ilin ötən dövründə kurslara cəlb edilib. Gənclər burada kompyuter istifadəçisi kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma s. peşələr üzrə bilik bacarıqlara yiyələniblər. Onlardan 144 nəfəri artıq kursları başa vurub onlara peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilib, digər gənclərin isə peşə təlimi kursu davam edir.

   Gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət s. ilə təmin olunurlar. Onların sosial reabilitasiyası, müxtəlif mədəni- kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili s. istiqamətlərdə məqsədyönlü işlər aparılır.

 

Ekspress.-2015.- 4-6 iyul.- S.9.