Valideyn himayəsindən məhrum olan uşaqlar

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Valideynlərini itirən valideyn himayəsindən məhrum olan uşaqlar çətin həyat şəraitində yaşayan insanlar sayılır. Bu səbəbdən valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlara dölət xüsusi qayğı göstərir.

   Ölkəmizdə son illərdə öz doğma valideynlərini itirən uşaqların sayı artsa da, valideyn himayəsindən məhrum olan uşaqların sayında azalma baş verir. Bunun başlıca səbəbi dövlət tərəfindən həmin uşaqlara diqqətin artması, onların ayrı-ayrı ailələrə övladlığa verilməsidir. Bunun nəticəsində həm internat evlərində yaşayan uşaqların sayı, həm də valideyn himayəsindən məhrum olduğundan qəyyumluğa, himayəçiliyə verilən uşaqların sayı azalıb.

   Məlumat üçün bildirək ki, qəyyumluq və himayəçilik valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. Qəyyumluq 14 yaşınadək olan uşaqlara, himayə 14 yaşından 18 yaşınadək olan uşaqlara müəyyən edilir. Amma övladlığa götürmək valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların başqa ər-arvad və ya bir şəxs tərəfindən övlad edilməsidir.

   Statistikaya əsasən, ölkəmizdə internat evlərində yaşayan yetimvalideyn himayəsindən məhrum olan uşaqların sayı son illər nəzərəçarpacaq səviyyədə azalıb. 2003-cü ildə internat məktəblərində 3456 yetimvalideyn himayəsindən məhrum olan uşaq təlim-tərbiyə alırdısa 2014-cü ilin əvvəlində onların sayı 685-ə düşüb. 2003-cü ildə uşaqların 2692 nəfəri ümumi tipli internat evlərində, 266-ı uşaq evlərində, 228-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində yaşayırdı. Son statistikaya əsasən, uşaqların 452-i ümumi tipli internat məktəblərində, 163-ü sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, 30-u uşaq evlərində yaşayır.

   Uşaqların sayının azalması onların övladlığa verilməsi ilə bağlıdır. Son illərdə bununla bağlı həyata keçirilən tədbirlər imkan verib ki, uşaqların böyük əksəriyyəti internat məktəblərinə düşmədən birbaşa ailələrə verilsin, yaxud xüsusi müəssisələrdə (günərzi qayğı mərkəzləri və s.) yaşasınlar.

   Görülən tədbirlər sayəsində qəyyumluğa verilən uşaqların sayı da azalır. Bunu valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlara qəyyumluq edənlərin sayındakı azalma faktı da təsdiqləyir.

   Əgər 2007-ci ildə 1260 qəyyum buna görə müavinət alırdısa, 2014-cü ildə onların sayı 553-ə enib.

   Qəyyumluğa görə müavinətin məbləği isə artıb. 2007-ci ildə qəyyumluğa görə aylıq müavinətin məbləği 5 manat, 2009-cu ildə 25 manat olduğu halda 2013-cü ildə 50 manata yüksəlib.

   Ölkəmizdə valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsi ayrıca qanunlaAli Məcəlləsi ilə təşkil edilir.

   "Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanun bu cür uşaqların sosial müdafiəsi üçün əsas hüquqi bazadır.

   Adıçəkilən Qanun valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

   Qanunda verilən izaha əsasən valideynlərini itirən uşaqlar dedikdə hər iki valideyni vəfat edən 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olan uşaqlar isə hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşən, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən,

   uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoci müəssisələrdən götürməkdən imtina edən 18 yaşınadək şəxslərdir.

   Sadalananlardan başqa bir valideyni vəfat edən və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olan uşaqlar hesab edilirlər. Həmçinin, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaq 18 yaşınadək ali təhsil müəssisəsinə daxil olursa bu statusu 23 yaşınadək saxlamış olur.

   Göründüyü kimi uşaqlar müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olur. Bəzi səbəblərə görə də uşaqlar müxtəlif tərbiyə müəssisələrində yerləşdirilir. Uşaqlar ailə tipli uşaq evlərində, əqli geriliyifiziki çatışmazlığı olan əlil uşaqlar üçün internatlarda, sosial-reabilitasiya yardım mərkəzlərində, sosial sığınacaqlarda yaşaya bilər.

   Uşaqlar belə müəssisələrdə və qəyyumluqda yaşadıqda onların bütün xərcləri dövlət büdcəsi hesabına ödənilməlidir. Yəni, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunan qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməlidir.

   Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşmareabilitasiya üzrə dövlət müəssisələri yaradırlar.

   Belə uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır. Uşaqlar üçün qəyyumlara (himayəçilərə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinətlər verilir, habelə onların arasından olan şəxslərə digər sosial müdafiə tədbirləri də müəyyən edilir.

   Dövlət bütün tipdən olan dövlət təhsil müəssisələrində təhsil alan valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər.

   Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilən təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsiliistehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Eyni zamanda bu uşaqlara aliorta peşə-ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydadamiqdarda müavinət verilir.

   Aliorta peşə-ixtisas təhsili müəssisələrində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət təminatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr onların müalicəsinin təşkilinə kömək edirlər.

   Valideyn himayəsindən məhrum olan uşaqların bəzi xərcləri də dövlət tərəfindən ödənilir. Belə ki, bu cür uşaqlar şəhər, şəhərətrafı, kənd yerlərində daxili nəqliyyatda (taksidən başqa), habelə tətil müddətində təhsil müəssisələrindən yaşadıqları yerə və geriyə gedib-gələrkən gediş haqqından azad olunurlar. Habelə onların arasından olan şəxslər orta, orta peşə-ixtisas və ali peşə-ixtisas təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

   Ailə Məcəlləsi də valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Məcəlləyə əsasən valideyn himayəsindən məhrum olunan uşaqlara görə dövlət aliment tuta bilər.

   Aliment tutuldiqda o uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Əgər uşağın valideyni sağdırsa və o uşaqdan imtina edibsə valideyndən tutulan aliment tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoci müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.

   Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.

   Qanunvericilik valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsini yüksək səviyyədə təmin edir. O cümlədən uşaqların əmək fəaliyyətinə başlamasında da ciddi dəstək göstərir. Uşaqlar 15 yaşından 18 yaşınadək müraciət etdikdə müvafiq icra hakimiyyəti orqanı onlarla peşə yönümü barədə aparır və səhhəti nəzərə alınmaqla onların peşə yararlığının diaqnostikasını təmin edirlər. Habelə onların arasından olan şəxslər üçün xüsusi yerləri yaradan işəgötürənlər müvafiq güzəştlərdən istifadə edirlər.

   Beləliklə, dövlət valideynini itirən və valideyn himayəsindən məhrum olan uşaqların qanunvericiliklə təhsili, tibbi xidməti, əmək fəaliyyəti üçün zəruri olan bütün tədbirləri görür. Qalan digər əsas məsələ isə onların icra vəziyyətini yaxşılaşdırmaqdır.

 

   Vasif CƏFƏROV

   Ekspress.-2015.- 16 iyul S.10.