Azərbaycanlı "Çarli Çaplin": "Hər yerdə ölkəmi təmsil edirəm"

 

"Harada olmağımdan asılı olmayaraq hər zaman vətənim Azərbaycana bağlı olmuşam"

 

ABŞ-ın ən məşhur yarışma proqramı olan "America"s Got Talent" şousunda Çarli Çaplin obrazındakı çıxışı ilə məşhurlaşan, bütün tamaşaçıları heyrətləndirən azərbaycanlı sirk aktyoru Üzeyir Novruzov 1-ci Avropa Oyunlarının bağlanış mərasiminə qatılmaq istəyir. Bu istəyini Üzeyir "a24.az" saytına müsahibəsində dilə gətirib. Amerikada yaşayan həmyerlimizin müsahibəsini oxuculara təqdim edirik.

- Siz Azərbaycanda yaşamısınız? Yaşamısınızsa, ölkəmizi necə xatırlayırsınız?

- Mən hələ balaca olarkən -1988-ci ildə ailəm Rusiyaya köçüb. Ona görə də biz yalnız Azərbaycana qohumlarımızın yanına qonaq kimi gəlirdik. Atam dünyasını dəyişəndən sonra anam Gəncəyə köçdü. Mən Rusiyada Moskva Sirk Məktəbini oxudum və sirkdə şou nömrəmlə çıxış edirəm. Ona görə qastrollararası vaxt tapanda, Azərbaycana gəlir, anama və digər qohumlarıma baş çəkirəm.

- Ümumiyyətlə, Azərbaycanla bağlı düşüncələrinizi öyrənmək maraqlı olardı"

- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda, demək olar ki, yaşamamışam. Yalnız qohumlarıma qonaq gedirəm?

- Hazırda ABŞ-da harda və kiminlə yaşayırsınız? Şəxsi həyatınız barədə danışardınız?

- Mən, ümumiyyətlə, təmsil etiyim peşə ilə əlaqədar dünyanın bir sıra yerlərində olmuşam. 2000-ci ildən ABŞ-da yaşayıram. Bu yaxınlarda həyat yoldaşım və iki qızımla Las-Veqasa köçmüşəm, burada yaşayırıq. Həyatım, demək olar ki, sirkə bənzəyir. Müxtəlif ölkələr, şəhərlər, təyyarə, qatar, çemodan, otellər həyatımın bir parçası olub. Yalnız son bir ildə Las-Veqasda oturmağa başlamışam.

- Azərbaycana gəlmək istəyirsinizmi?

- Əlbəttə, istəyirəm və gəlirəm də. Mən Azəbaycanda doğulmağıma baxmayaraq, başqa ölkədə böyümüşəm. Dünyanın çox yerlərində olmuşam. Damarlarımda azərbaycanlı qanı axır və böyük sirkin balaca bir artisti kimi ölkəmi hər yerdə təmsil edirəm. Bu məni çox sevindirir.

- Sizin "America"s Got Talent 2015"-ə çıxmağınız necə baş verdi? Bu verilişdə növbəti səhnəniz vaxt olacaq?

- Mən çıxışımı "YouTube"da yerləşdirmişdim. Videonun linkini onlara göndərdim. məni bəyənib, yarışa çağırdılar. Bu yaxınlarda növbbəti çıxışım Nyu-Yorkda olacaq.

- Sizə bu verilişdən sonra hansısa təkliflər varmı?

- Əlbəttə, təkliflər var. Amma konkret təklif yoxdur. Bilirəm ki, verilişə qatıldıqdan sonra Azərbaycanda da tanındım. Azərbaycandan da təklif olsa, dəyərləndirərəm. Qastrollara gəlib orada sirk nömrələrimi göstərmək, doğmalarımı sevindirmək istərdim.

- Sizi indi Çarli Çaplin obrazı ilə tanıdılar. Gələcəkdə başqa obrazlarda da səhnəyə çıxmağı düşünürsünüzmü?

- Demək olar ki, bu sahə ilə məşğul olanı, bütün həyatım boyu Çarli Çaplin rolunda oynayıram. Əlbəttə, məni öz kumirimlə müqayisə etmək yaxşıdır buna çox şadam. Düzü, hər zaman özüm-özümü oynamışam gələcəkdə isə baxarıq"

- Azərbaycanda hazırda Avropa Oyunları keçirilir. İzləyirsiniz"

- Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı məlumatım var. Bu, məni çox sevindirir. Bu, ölkənin həyatında çox böyük bir tarixi idman hadisəsidir. Tarixə düşəcək bir tədbirdir. Mən açılışında iştirak etməsəm , Oyunların bağlanış mərasimində böyük məmnuniyyətlə iştirak edərdim.

- Bizə arzu edərdiniz?

 

- Yalnız doğma vətənim olan Azərbaycana xalqıma ən yaxşı varsa, onu arzu edirəm. İnkişaf tərəqqi, hər şeyin ən yaxşısını arzulayıram. Xoşbəxtlik, sağlamlıq çoxlu pul arzulayıram.

 

Ekspress.-2015.- 23 iyun.- S.23.