Narkomanların sosialtibbi reabilitasiyası gücləndirilir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Narkomaniya tək bir ölkənin deyil, bəşəriyyətin problemidir. Səhiyyə ocaqları, təhsil sistemi, idman təşkilatları, QHT-lərin birgə fəaliyyəti beynəlxalq əməkdaşlıq bu problemin qarşısını almağa qadirdir.

   Son illər uğurlu əməliyyat tədbirləri nəticəsində ölkədə narkotiklərin qanunsuz dövriyyəsi cəhdlərinə qarşı mübarizə işi daha da güclənib. Əlverişli geostrateji mövqeyə malik olan, iqtisadi baxımdan inkişaf edən Azərbaycan üçün mütəşəkkil cinayətkarlıqla mübarizə çox aktualdır. Bu baxımdan narkotiklərin qaçaqmalçılığı tranzit daşınmaları ilə mübarizədə səylərin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

   Son illər narkotiklərin yayılma coğrafiyası əhatə etdiyi kontingent xeyli genişlənib, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb. Yaranmış acınacaqlı vəziyyət bütün dünyada, eləcə ölkəmizdə təcili təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.

   Səhiyyə Nazirliyindən verilən məlumata görə, narkomanlığa düçar olmuş vətəndaşların sosial tibbi reabilitasiyası gücləndirilib. Belə ki, rəsmi statistikaya əsasən 2013-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28376 nəfərdir. Onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər, 18-24 yaş arasında 1324 nəfər, onlardan 20 nəfəri qadındır.

   25-29 yaş arasında olan şəxslər 3850 nəfər, onlardan 43 nəfəri isə qadın təşkil etdiyi halda, 2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3999 nəfər təşkil edir.

   2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir.

   Nazirliyin məlumatında qeyd olunur ki, narkomaniyaya düçar olmuş insanların normal həyata cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq "Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı təsdiq edilib ki, iki proqram tam icra olunub.

   Narkomaniyanın ilkin profilaktikası antinarkotik təbliğatın həyata keçirilməsi məqsədi ilə bu problemin müxtəlif aspektlərini işıqlandıran "Narkotiklər barəsində həqiqəti bilin" adlı yaddaş jurnalı "Alkoqolizm" "Psixoaktiv maddələrdən asılılıq" adlı bukletlər hazırlanıb. Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bütün şəhər rayonlar üzrə şöbələrinə, Bakı şəhərinin ayon polis idarələrinə göndərilib.

   Respublika Narkoloji Mərkəzinin bazasında 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində orta ümumtəhsil məktəblərdə çalışan həkimlər orta tibb bacıları üçün gənclər, yeniyetmələr uşaqlar arasında narkomaniyanın qarşısını alınması, bu istiqamətdə profilaktik tədbirlərin görülməsi məqsədilə təlim kursları keçirilib.

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" həyata keçirilir. Qeyd etmək yerinə düşər ki, haqqında danışılan Dövlət Proqramının təsdiq edilməsi bu dəhşətli bəlaya qarşı mübarizəni daha da təkmilləşdirib.

   Proqrama əsasən, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi digər aidiyyəti qurumlar tərəfindən dövlət ailə siyasətinin möhkəmləndirilməsi, qadın uşaq hüquqlarının müdafiəsi üzrə tədbirlər gücləndirilir. Mütəmadi olaraq narkomaniya, insan alveri, erkən nikah, məişət zorakılığı, uşaq əməyinin istismarı ilə, selektiv abortlarla digər problemlərlə mübarizə aparılır. Əhalini məlumatlandırmaq məqsədilə AQUPDK narkomaniya onun fəsadları haqqında bir neçə maarifləndirmə kampaniyası keçirib. Uşaqların gənclərin, o cümlədən qızların sağlam həyat tərzi keçirmələri üçün hər cür şərait yaradılır. Bunu yerli beynəlxalq səviyyədə keçirilən bilik, idman yarışlarında qazanılan uğurlar da təsdiq edir.

   Narkomaniya cəmiyyət üçün ağır problemdir. Bu, həm sosial, həm iqtisadi, həm siyasi problemdir. Çünki qadın uşaqların qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Xüsusən qadın uşaqların narkomaniyadan çəkindirilməsi ictimai sifarişdir bir məsələ cəmiyyətin, dövlətin qarşısında duran əsas məqsədlərdəndir.

   Münaqişə müharibələr narkomaniyanın digər problemlərin daha geniş yayılmasına şərait yaradır. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağın digər ərazilərimizin Azərbaycan hökumətinin beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən narkotik vasitələrin becərilməsi, qanunsuz dövriyyəsi digər cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb. Azərbaycan 1988-ci ildə münaqişəyə cəlb ediləndən sonra narkomaniya geniş yayılmağa başlasa da, ulu öndər Heydər Əliyevin atdığı addımlar, 1996-cı ildən başlayaraq qəbul edilən proqramlar, qanunlar bu sahədə mübarizədə ciddi uğurlar əldə edilməsini şərtləndirib. Bu sahədə mövcud olan problemlərin həlli üçün parlamentdə qanunlar qəbul edilib, ictimai müzakirələr aparılıb.

   Nazirlər Kabinetinin 2014-cü il 13 avqustda təsdiqlədiyi "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası resosializasiyası üzrə proqram"ın məqsədi narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin kompleks müalicə-reabilitasiya resosializasiya tədbirlərinə cəlb edilməklə, narkotik vasitələrə psixotrop maddələrə olan tələbatın azaldılması; narkotik istifadəçilərinin proqram çərçivəsində aşkar edilməsi proqramlara cəlb edilməsi sisteminin yaradılmasıdfr. Bundan başqa, proqram narkotik istifadəçilərinin kompleks reabilitasiya resosializasiya proseslərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi; narkomanlığın müalicəsi ilə məşğul olan tibbi kadrların potensialının gücləndirilməsi; narkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi; əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işinin gücləndirilməsi məqsədi güdür.

   Hər bir narkoloji tibb müəssisəsində narkomanlığın müalicəsində xəstənin vəziyyətinin düzgün qiymətləndirilməsi aparılacaq müalicənin adekvat olması üçün ixtisaslı kadrların olması aşağıdakı müayinələrin keçirilməsi vacibdir. Adıçəkilən proqramda da bu məsələ öz əksini tapıb. Sənəddə görə, kliniki, biokimyəvi, toksikoloji seroloji laborator müayinələr; götürülmüş qan, tük sidik nümunəsində narkotik vasitə psixotrop maddələrdən istifadəni aşkar etmək məqsədi ilə müasir laborator müayinələr; funksional müayinə - elektrokardioqrafiya, elektroensefaloqrafiya; rentgenoloji müayinə; ultrasəs müayinəsi; insanın immunçatışmazlığı virusunun, B C hepatitlərinin, sifilisin müayinəsi nəzərdə tutulur.

   Narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar ya ambulator şəraitdə) ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən tətbiq edilir. Ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalarına daxil edilməlidir. Narkoloji xəstənin qəbul etdiyi müalicə kursundan sonra aparılan sosial-psixoloji reabilitasiya kursu onun fərdi tələbatına uyğun olmalıdır.

   Narkomanlığa düçar olmuş şəxslərin reabilitasiya proqramı yüksək reabilitasiya potensialına malik xəstələrdə dayanıqlı remissiyaya nail olmaq; orta reabilitasiya potensialına malik xəstələrdə normativ şəxsiyyət statusunun bərpası mümkün qədər davamlı remissiyaya nail olmaq; aşağı reabilitasiya potensialına malik xəstələrdə zərəri azaltmaq neqativ nəticələri minimuma endirmək (birinci mərhələ) məqsədi daşıyır.

   Narkomanlıq genefondumuza da ağır zərbə vurur. Odur ki, bu dəhşətli bəla nəinki dövlət qurumlarını, ictimai təşkilatları, ümumən cəmiyyəti narahat etməlidir. Bu mübarizə yalnız inzibati metodlarla aparılmalı deyil, tutduğu vəzifədən statusundan asılı olmayaraq hər kəsin işinə çevrilməlidir. Narkomanlığın doğurduğu təhlükələr hərtərəfli qiymətləndirilməli ona qarşı mübarizə tədbirləri əlaqələndirilmiş formada aparılmalıdır.

 

   Qənirə MƏMMƏDLİ

    Ekspress.-2015.- 4 sentyabr S.10.