İnformasiya açıqlığı ictimai nəzarətin vacib resursu kimi

 

Ölkəmizdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin reallaşdırılması prosesinə ayrı-ayrı fərdlərin və vətəndaş cəmiyyəti qurumlarının cəlb edilməsi işində bir canlanma müşahidə olunur. Məhz bu yolla idarəçiliyin daha yaxşı, şəffaf, qanuna müvafiq və səmərəli həyata keçirilməsinə yardım göstərmək digər ölkələrdə olduğu kimi, Azərbaycanda da aktual məsələlər sırasındadır.

 

Azərbaycan dövlətinin özünün şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışdığı göz qabağındadır. İnternet texnologiyaların sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnu tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır.

Bəs ictimai nəzarət Qərb ölkələrində və bizdə necə həyata keçirilir? Qərbdə ictimai nəzarət şəffaflıq və vətəndaş iştirakçılığı olmaqla iki əsas komponentdən ibarətdir. Belə ki, dövlət özü vətəndaşlar üçün açıq olur və vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək, öyrənmək hüquqununu reallaşdırılmasını təmin edir.

 

Qərb ölkələrində informasiya açıqlığının ictimai nəzarət komponenti kimi rol oynadığını deyən ekspert Zaur İbrahimliyə görə, bu zamanbilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. Dediyinə görə, informasiya açıqlığını təmin etməklə dövlət vətəndaşların daha bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır. “Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanması, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki, səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər” deyən İbrahimlinin bildirdiyinə görə, bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlb edilməsiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır. Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetməsi modeli tətbiq olunur.

 

Sovet təcrübəsindən fərqli olaraq bu modeldə “ictimai iştirakçlıq” anlayışı fərli mahiyyət kəsb edir. Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda, könüllü proqramları, məqsədli maliyyəşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir. “Beləliklə, informasiya açıqlığı, şəffaflıq ictimai nəzarətin vacib resursu kimi çıxış edir. Sovet təcrübəsindən fərqli olaraq informasiya açıqlığı, şəffaflığın təmin edilməsi ictimai iştirakçılığı real olaraq dövlətin idarəlonmasının əsas komponentlərindən birinə çevirməyə imkan yaradır”.

Onun sözlərinə görə, informsiya açıqlığının, şəffaflığın təmin edilməsi doktrinası Azərbaycanın da qoşulduğu Beynəlxalq Açıq Hökumət Təşəbbüsünun yaranması ilə bərqərar olub.

 

Azərbaycanda da vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı informasiya əldə etmək hüququnun reallaşdırılması üçün zəruri normativ-hüquqi baza mövcuddur. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli qanunundanbu qanunun tələblərinə uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi “hər kəsin” istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququnu tanıyır.

 

İnformasiya əldə etmək haqqında” qanuna görə, hər kəs özü birbaşaya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

İnformasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;

 

İnformasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

Ekspert qanunvericiliyə müvafiq olaraq informasiya sahiblərinin aşağıdakılar olduğunu deyir: Dövlət orqanları və bələdiyyələr; ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarlaya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər.

 

İnformasiya sahiblərinə bərabər tutulanlar: əmtəə bazarında hökmran mövqe tutan, xüsusiya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə; tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğuya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.

İnformasiya sahibi nə etməlidir” sualını cavablandıran İbrahimlinin dediyinə görə, informasiya sorğusunu ən qısa zamandasorğuçu üçün ən münasib üsulla təmin etməli, sənədlərin reyestrini aparmalı, ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməli, açıqlamalı olduğu ictimai informasiyanı bu qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalı, sorğuçuya kömək göstərməli, informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir. Bundjan başqa, “İnformsiya əldə etmək haqqında” qanunun 29-cu maddəsində qeyd olunur ki, informasiya sahibi cəmiyyətin maraqlarını daha asandaha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır. “Açıqlanmalı olan informasiyalar siyahısı çox genişdir və demək olar, dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar ictimai maraq kəsb edən bütün məsələləri əhatə edir”.

 

Son illər dövlət qurumlarının informasiya açıqlığı sahəsində fəaliyyətinin yaxşılaşdığını deyən Z.İbrahimli bununla belə bu sahədə problemlərin hələ də qaldığını bildirib. Multimedia Mərkəzinin ötən il apardığı 73 Mərkəzi icra orqanının və 68 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin nəticələrinə istinad edən İbrahimlinin sözlərinə görə, monitorinqin nəticələrinə əsasən 73 mərkəzi icra qurumları üzrə orta informasiya  açıqlığı göstəricisi 56% olub. Bu il isə 73 dövlət qurumundan 55-i informasiya açıqlığı üzrə 50%-lik həddi keçə biliblər. Yerli icra hakimiyyətləri (şəhər və rayon) üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 15% (ötən il 12.7%) olub.

 

İnformasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyi mövcuddur. Belə ki, 2015-ci ildə 10 ən yaxşıların açıqlıq göstəricisi 75% olduğu halda, sonuncu yerləri tutan 10 dövlət qurumunun açıqlıq əmsalı cəmi 26% təşkil edib.

Ekspert hesab edir ki, ictimai nəzarət mexanizmlərinin geniş tətbiq olunması məsələlərinin aktuallaşdığı bir vaxtda dövlət qurumlarının informasiya açıqlığı xüsusi diqqətdə saxlanılmalıdır. “Dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar kifayət qədər dolğun informasiya əldə edə bilməyən vətəndaşlar, vətəndaş cəmiyyəti institutları səmərli nəzarət mexanizmləri yarada bilməzlər”.

 

Onun fikrincə, dövlət qurumlarının fəaliyyətində informasiya açıqlığının daha yaxşı təmin edilməsi işinə dövlət qurumları yanında İctimai Şuraların yaradılması prosesinin sürətlənməsi də çox mühüm töhfə verə bilər. Dediyinə gör, İctimai Şuraların əsas vəzifələrindən biri də dövlət qurumlarının fəaliyyəti, qəbul olunan qərarlar, atılan addımlar barədə cəmiyyətin daha yaxşı məlumatlandırılması, ictimai rəyin öyrənilməsi, müstəqlil ekspert dəyərləndirmələrinin təmin edilməsi və nəzərə alınmasına nail olunmasıdır. “İctimai iştirakçılıq haqqında” qanun 2014-cü il iyunun 1-dən qüvvəyə minməsinə, Nazirlər Kabinetinin isə 30 may 2014-cü il tarixdə “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindənseçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 171 saylı qərar qəbul etməsinə baxamayaraq İctimai Şuraların yaradılması geniş vüsət almayıb. “İctimai Şuraların yaradılması prosesinin ləng getməsi də, öz növbəsində, həm ictimai nəzarət mexanizmlərinin geniş və səmərəli tətbiq olunması, həm də dövlət qurumlarının fəaliyyətində informasiya açıqlığının daha yaxşı təmin edilməsinə mane olur”.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-19 avqust.-S.10.