Hüquqi dövlət quruculuğunda “e-hökumət”

 

İnkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri də “Elektron Hökumət”in formalaşdırılmasıdır. “E-hökumət”, eyni zamanda, hüquqi dövlət quruculuğu prosesində müstəsna rola malikdir.

 

XX əsrin axırlarında ölkələrin iqtisadi və təşkilati strukturlarının islahata cəlb edilməsi nəticəsində dövlət idarəetməsi effektiv, məhsuldar və vətəndaş mərkəzli olmağa yönəldi ki, bu da öz növbəsində dövlət quruculuğunda dəyişikliklərə gətirib çıxardı. Belə ki, dövlətlər klassik bürokratik strukturlarından ayrılaraq əməliyyatların daha sürətli, daha asandaha az xərclə aparıldığı yeni bir quruluşa doğru yönəldi. Bu idarəetmə sistemielektron hökumət”dir.

“Ağıllı hökumət”, “rəqəmsal hökumət” kimi də adlandırılan “elektron hökumət” məfhumu dövlətin öz daxili mexanizmində və təqdim etdiyi xidmətlərdə informasiya texnologiyalarının istifadə edilməsidir. Dünya Bankının verdiyi tərifə görə elektron hökumət - dövlət idarələrinin informasiya texnologiyalarını istifadə edərək vətəndaşlar, şirkətlər və dövlətin digər komponentləri arasındakı əlaqələrin təmin edilməsidir.

 

Sözügedən dövrdə informasiya texnologiyalarında müşahidə olunan yüksəliş, islahat prosesini dəstəkləyən amil kimi elektron hökumət tədbirlərindən faydalanmağı zərurətə çevirdi. Müvafiq tədbirlərin uğurlu olması üçün əsas şərt, informasiyakommunikasiya texnologiyaları yolu ilə təqdim edilən xidmətlərin əlçatan olmasıdır. Əks halda, dövlət böyük vəsait hesabına bu sistemləri quracaq, amma bu sistemlərin yaratdığı əlavə dəyərdən faydalananların sayı və bu faydanın xüsusiyyəti məhdud qalacaq.

 

Birləşmiş Millətlər Təşkilatının 2003-cü ildə hazırladığı Qlobal Elektron Hökumət hesabatında Kofi Annanın bu sözü vurğulanıb: “İnformasiya texnologiyaları, inkişaf etməkdə olan ölkələrə, digər ölkələrin keçməli olduğu uzun və əziyyətli mərhələləri ixtisar etmək üçün şans verir”. İnkişaf etməkdə olan ölkələr prioritet sahələrini yaxşı təyin etməli və iqtisadi mənfəəti yüksək olan elektron hökumət xidmətlərinə üstünlük verməlidir. Əmək tutumlugeniş istifadəçi kütləsi olan xidmətlərin ilk növbədə elektron hökumət xidmətinə çevrilməsi inkişaf etməkdə olan ölkələr üçün əsas məram olmalıdır.

“E-hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqifiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, eyni zamanda, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçünbir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “E-hökumət” portalı tətbiq edilir.

 

Ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılıb.

 

“E-hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Mütəxəssislər hesab edirlər ki, “elektron hökumət”in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək.

 

Ölkəmizdə “e-hökumət” layihəsi “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilir. Azərbaycan MDB məkanında “elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir.

 

“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanıb və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

 

Layihə qarşısına dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsini məqsəd qoyub.

 

Layihə “e-hökumət”in və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, “e-hökumət” infrastrukturunun əsas komponentlərinin yaradılması istiqamətində fəaliyyət göstərir. Bundan başqa, layihənin istiqamətlərinə “bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi, dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, “e-hökumət” infrastrukturununinformasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması, əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması da daxildir.

 

“E-hökumət” infrastrukturunun əsas komponentləri dövlət orqanlarının vahid şəbəkə infrastrukturu, “e-hökumət portalı”, “e-hökumət şlüzü”, informasiya resursları və sistemlərinin dövlət reyestri, “e-imza” üzrə milli infrastruktur, “e-sənəd” dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır), “e-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır) aiddir.

 

Rabitə və Yüksək Texnologiyaları Nazirliyi görülən işlərin əlaqələndiricisi olaraqElektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, “Elektron Hökumət” portalı hazırlanaraq istifadəyə verilib.

 

“E-hökumət”in əsas fəaliyyət prinsiplərinə aşağıdakılar daxildir: Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi; İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması; İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması; Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.

 

Elektron hökumət”in əhəmiyyətinə gəlincə, burda dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi; dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi; istifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi; elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsiə asas yer tutur. Bundan başqa, istifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması; istifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü əksini tapır.

 

Sivil hüquqi dövlət quruculuğu prosesində elektron idarəetmə sistemi özündə əsas 3 böyük bloku birləşdirir. Kargüzarlıq və onunla bağlı biznes proseslərini əhatə edən Elektron Sənəd Dövriyyəsi, Kadr İdarəetmə Sistemi, Elektron Maliyyə və Mühasibatlıq Sistemi. Hər 3 blok vahid verilənlər bazasında birləşməklə “veb interfeys” ilə bir-biri ilə qaşılıqlı informasiya mübadiləsi formasında fəaliyyət göstərir.

 

Ölkədə elektron xidmətlərin geniş tətbiqinin təmin edilməsi və hüquqi dövlət quruculuğunun effektliliyini artırmaq üçün bu sahədə işlərin mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında da aparılması zəruridir. Dövlət orqanlarının hüquqi dövlət quruculuğu çərçivəsində fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi “e-hökumət”in inkişafından, əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsindən keçir.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-27-29 avqust.-S.10.