10 dekabr İnsan Hüquqları günüdür

Demokratik dövlətdə insan hüquqları necə qorunur?

 

İnsan hüquqları humanizmmaarifçilik dövründə insanların təbii və dərrakədən irəli gələn subyektiv hüqüqlarını təsvir edir. İnsan haqlarının əsas konsepti ondan ibarətdir ki, hər kəs eyni hüquqa malik olmalı və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir.

 

İlk dəfə insan haqqına Fransada 1789-cu ildə qəbul edilmişİnsan və vətəndaş haqları bəyannaməsi”ndə rast gəlinir. Baxmayaraq ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdi. Onun inkişaf yolunda İngiltərə və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.

XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuşİnsan hüqüqları haqqında ümumi bəyannamə” olub. 1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.

 

1966-cı ildə BMT-nin başçılığı altında “Vətəndaşlıq və siyasi hüquqlar haqqında beynəlxalq pakt” və “iqtisadi, sosial və mədəni hüquqlar haqqında pakt” qəbul edilib. Avropada insan haqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.

 

İnsan hüquqları institutu, məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edirqoruyur. Lakin mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu, mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır. Konkret hüququn məzmununun doldurulması da maraq kəsb edir. Belə ki, mülkiyyət hüququnun məzmununu dolduran mülki hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu isə fəlsəfə və siyasət elmi doldurur. Ayrı-seçkiliyə məruz qalmama hüququnun necə formalaşdığını bilməsək, müxtəlif hadisələrdə onu düzgün tətbiq edə bilməyəcəyik. Yəni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir, mütləq bilinməlidir.

 

Hüquqidemokratik respublika olan Azərbaycanda da insan haqlarının müdafiəsi istiqamətində bir sıra addımlar atılıb. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoydu. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalandı və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqləndi. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edildi.

18 iyun 1998-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Həmin gün Azərbaycan tarixinə İnsan hüquqları günü kimi daxil olub. Azərbaycan Respublikasında ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilib. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutub.

Azərbaycan Respublikasının Mülki, Mülki-Prosessual, Ailə, Əmək, Cinayət, Cinayət-Prosessual, Cəzaların İcra edilməsi haqqında, GömrükVergi Məcəllələri, Yığıncaq azadlığı, Kütləvi informasiya vasitələri, Qeyri-hökumət təşkilatları (ictimai birlikfondlar) və Vəkillik haqqında mühüm əhəmiyyətə malik olan qanunları qəbul edilib.

 

İşgəncələr və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün beynəlxalq təşkilatlar tərəfindən təklif edilmiş tövsiyələrin Azərbaycan Respublikası tərəfindən yerinə yetirilməsi üçün konkret tədbirlər görülmüş, yeni Cinayət Məcəlləsinə işgəncəyə görə ciddi cinayət məsuliyyəti nəzərdə tutan müvafiq maddə daxil edilmiş, təhqiqat, ibtidai istintaq dövründə və ya cəza çəkilərkən, habelə hərbi xidmət dövründə vəzifəli şəxslər tərəfindən vətəndaşların və ya, həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin işgəncə və ləyaqəti alçaldan qeyri-insani rəftar və cəza növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllər kimi müəyyənləşdirilib.

 

Penitensiar sistemdə islahatlar sahəsində də böyük işlər görülmüşdür. Avropa Şurası qarşısında götürülmüş öhdəliyə uyğun olaraq, Azərbaycan hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bağlanılmış sazişə əsasən, BQXK nümayəndələri azadlıqdan məhrumetmə yerlərinə baş çəkə bilərlər.

Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyuldu, 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edildi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ məkanında ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin tabeçiliyində olan ilkin həbs saxlama yerləri Ədliyyə Nazirliyinin tabeçiliyinə verilib.

 

Məhkəmə və hakimlər haqqında qanun bütün şəxslərin məhkəmə qarşısında bərabərliyi, müstəqil məhkəmələr tərəfindən ədalət mühakiməsinin ədalətlə və maneəsiz həyata keçirilməsi, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışının açıq, çəkişmə qaydası əsasında həyata keçirilməsi kimi ədalət mühakiməsi prinsiplərini müəyyənləşdirib.

 

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən götürülmüş geniş miqyaslı və spesifik öhdəliklər ölkədə yeni bir mühit yaratmış və Hökumətin gündəliyinə yeni vəzifələr daxil edib. Bu baxımdan, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və implementasiya tədbirlərinin birləşdirilməsi prosesi siyasi öhdəliklərin hüquqi qaydalara və dövlətçilik təcrübəsinə çevrilməsinə töhfə verib. Müstəqillik qazandıqdan sonra qısa bir müddətdə demokratik institutların yaradılması və möhkəmləndirilməsi, insan hüquqları dəyərlərinin müdafiəsi və təşviqi daxilixarici siyasətin əsas komponentlərinə çevrilərək cəmiyyətin şüuruna təsir göstərmiş, vətəndaşlar üçün yeni imkanlar və dövlət qurumları üçün isə ciddi öhdəliklər yaradıb.

 

İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olub. Konseptual və miqyaslı xarakter daşıyan həmin Proqramda Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumlar, Qaçqınlar üzrə Ali Komissarlıq, YUNESKO, YUNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, habelə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi nəzərdə tutulub.

 

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

 

İnsan hüquqları məsələlərinə Avropa İttifaqı ilə genişlənməkdə olan əməkdaşlıq kontekstində ayrıca diqqət yetirilir. Bu baxımdan, xüsusilə 2006-cı il noyabrın 14-də qəbul olunmuş, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmin edilməsi və eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar.

 

Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan Respublikası Prezidenti və ATƏT-in Fəaliyyətdə olan sədri tərəfindən Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

 

Azərbaycan çoxmillətli ölkədir və burada yaşayan etnik qruplar müxtəlif din və məzhəblərə etiqad edir. Ölkədə bütün dini azlıqların hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanda məscidlərdən başqa pravoslav kilsələri, erməni apostol kilsələri, yəhudi, gürcü, malakan, protestant, krişna və bəhai dini cəmiyyətləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycanda din dövlətdən ayrıdır.

 

Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilib. İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur: “Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, millisosial mənşədən, mülkiyyətdən, doğumbaşqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir”.

 

Qeyd etdiyimiz kimi, bütün ölkələrin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının müəyyənləşdirdiyi və həll etdiyi başlıca məsələlərdən biri şəxsiyyətin hüquqi statusu (vəziyyəti) məsələsidir. Konstitusimızın II bölməsində ifadə olunan normalar da məhz bu məsələyə həsr edilir. Şəxsiyyətin hüquqi statusu (vəziyyəti) Konstitusiyanın ən əsas və vacib anlayışlarından biri sayılır.

 

Şəxsiyyətin hüquqi statusu (insanın konstitusion statusu) dedikdə, Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqlarının (azadlıqlarının) və vəzifələrinin məcmusu başa düşülür. Şəxsiyyətin hüquqi statusu özündə ən əsas və başlıca hüquqları əhatə edir. Bu hüquqları (azadlıqları) iki qrupa bölmək olar: insan hüquqlarına (azadlıqlarına) və vətəndaş hüquqlarına.

 

İnsan hüquqları bütün insanların malik olduğu hüquqlardır. Bu hüquqlar insan anadan olan andan yaranır. Yaşamaq, azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi ailə sirrini saxlamaq hüquqları insan hüquqları prinsipləri sırasında öndə gəlir.

 

Görülən görülməkdə olan işlər Azərbaycanda insan haqlarına qədər böyük önəm verildiyinin, diqqət ayrıldığının göstəricisidir.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.- 10-12 dekabr.-S.11