Məni Azərbaycandan çox Avropada tanıyırlar

Otuz yeddi yaşlı muğam ustası Qoçaq Əsgərov bu günə kimi dünyanın 60-a yaxın ölkəsində oxuyub. Şur, Bayatı-Şiraz, Şüştərvə s. muğamları, xalq mahnıları və təsnifləri özünəməxsus tərzdə ifa edən Qoçaq tez-tez xaricdə olur, Azərbaycanı layiqincə təmsil edir, tanıtdırır.

Bizbu günlərdə ölkədə olmasından istifadə edib, bu sadə, təvazökar, zəhmətkeş sənət adamı ilə görüşdük, gördüyü işlər barədə Azərbaycan oxucusunu məlumatlandırmaq istədik.

- Qoçaq, bu sənəti seçməyiniz necə oldu?

- Mənim doğulduğum məkan da Qarabağdı. Füzuli rayonunun Qoçəhmədli kəndi. O kənddən iki böyük sənətkar çıxıb -İslam RzayevSüleyman Abdullayev. Mən də o kəndin yetirməsiyəm. Muğam özü məni çəkib gətirdi bu sənətə.

İlk dəfə Füzuli rayonunda Ağabala Abdullayev adına 2 saylı Musiqi Məktəbində təhsil almışam. Təvəkkül Musayevin tələbəsi olmuşam. İki-üç il orda oxumuşam. Sonra müharibə düşdü, döyüşlərdə yaralandım. 1992-ci ildə səhhətimlə bağlı bu sənətdən aralandım. 1998-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum.

Asəf Zeynallıda Zabit Nəbizadədən dərs almışam. Demək olar ki, muğam anlayışını, muğamın sirllərini ondan öyrənmişəm. O, gözəl insan, gözəl müəllim, gözəl pedaqoqdur. Mən muğam oxuyanda, hər zaman deyirdi ki, musiqinin içinə gir. Bu, mənə çatmırdı. İllər keçdikcə artıq təcrübəyə yiyələndikdən sonra mənə çatdı ki, o, nə demək istəyir...

2005-2006-cı ildə Muğam müsabiqəsində iştirak eləmişəm. 2004-də Milli Konservatoriyaya daxil olmuşam. Dörd il Arif Babayevdən dərs almışam. Arif müəllim böyük ustaddır. Böyük şəxsiyyətdir Azərbaycan muğamında. Arif müəllimdən həm muğamın, həm şəxsiyyət kimi formalaşmağın sirlərini öyrənmişəm. Ondan Bayatı Qacar, Orta mahur, Bayatı Şiraz, zərb muğamlarını öyrənmişəm...

 

- Yeri gəlmişkən, indi muğam müsabiqələri keçirilir. Muğam müsabiqəsində iştirakınız şəxsən sizə hər hansı təkan verdimi?

- Hər zaman düşünürük ki, görürüksə, dövlət ona qarşılıq verməlidir. Əslində, elə olmamalıdır. Heydər Əliyev Fondu mənim ilk dəfə Amerikaya getməyimə müəyyən dərəcədə pul ayırmışdı. Mən o pulun qarşılığında Amerikanın bir neçə ştatında konsert verdim, filmə çəkildim. Qayıdandan sonra da bir neçə ölkəyə dəvət aldım. Mən dövlətimə eləməliyəm, bunu mən bilməliyəm. Fikrimcə, damarından türk qanı axan hər bir insan ölkəsindən xaricə çıxırsa, ölkəsini yaxşı da təbliğ eləməlidir, uğurlar qazanmalıdır.

Azərbaycan məkanında belə bir şey var. Hansısa bir erməni çıxıb bizim olan şeyi, məsələn, Laçın, Şuşanın dağları, Sarı gəlini oxudu. Bir ay Azərbaycan televiziyaları həmin mahnını verir. Bu eləməmişdən elə sən həmin mahnını dünyaya yayımla da...

 

- Bayaq İslam Rzayevlə Süleyman Abdullayevin adını çəkdiniz. Onları necə xatırlayırsınız?

- İslam müəllim Azərbaycan muğamında elit oxuyan olub. Bu gün bütün oxuyanlar İslam müəllimin oxuduğu təsnifləri yenə oxuyurlar.

İslam müəllim mənim sənətimlə bağlı bir həmkəndli olaraq yox, bir sənətkar kimi yüksək fikirdə olub. Mənim uğurlar qazanmağımı gözləyirdi. Allah nəsib etdi.

Süleyman Abdullayev Azərbaycan muğamında özünəməxsus, sayılıb-seçilən sənətkar olub. 70-ci illərdə yaxşı oxuyan 3 ifaçı olub- Süleyman Abdullayev, Sabir Mirzəyev, Arif Babayev. Həmin dövrdə bilet tapılmayıb onların konsertinə.

 

- Muğamları lentə yazdırırsınızmı?

- Mən İngiltərədə, Avstraliyada, İtaliyada 4 dəfə disk buraxmışam. İki filmə çəkilmişəm. Montanada muğam filmini Post Vaşinqton qəzetinin müxbiri Tomas Qolds çəkib. O film Los-Ancelesdə dörd mükafat alıb. Həm dəsgah, həm xalq mahnıları ifa etmişəm. Sarı gəlin adında ilk CD diskim İngiltərədə çıxıb.

 

- Azərbaycanı neçə xarici ölkədə təmsil etmisiniz?

- Bu vaxta kimi dünyada 56 solokonsert vermişəm. Yeni Zelandiyaya kimi gedib çıxmışam. Xaricilər Azərbaycan muğamına yüksək səviyyədə dəyər verirlər...

 

- Muğamın sintezinə necə baxırsınız?

- Çox gözəl baxıram. Muğamı, muğamın kökünü bilən insanlar bu sintezi qəbul edirlər. Mənim fikrimcə, hər muğam oxuyan özü elə böyük bir bəstəkardır.

 

- Boş vaxtlarınızda edirsiniz? Hobbiniz var?

- At minməyi, silah atmağı xoşlayıram...

 

- Televiziyaya baxırsınız?

- Çox adamlar deyir ki, Azərbaycan kanallarına baxmıram. Bütün kanallara baxıram. İctimai kanalda bir veriliş var, bir xanım aparır, ona baxıram. Musiqi ilə bağlı Məclisi ünsə baxıram...

 

- Özünüz verilişlərə dəvət alırsınız?

- Yüngün xarakterli, səviyyəsiz verilişləri xoşlamıram. Şou xarakterli belə verilişlərə getmirəm.

 

- vaxt hiss etdiniz ki, məşhursunuz?

- Məni Azərbaycandan çox Avropada tanıyırlar. Hansısa əcnəbinin İctimai televiziyada Azərbaycan muğam ifaçılarından Alim Qasımovu, Qoçaq Əsgərovu tanıyırıq deməsi mənim üçün böyük fəxrdir.

 

- Hansı kitabları oxuyursunuz?

- Roman, hansısa əsər oxumuram. Özlüyümdə Füzulinin, Nəsiminin, Seyid Əzim Şirvaninin qəzəllərini mütaliə edirəm.

 

- Xaricdə kifayət qədər tanınmış muğam ustasısınız. Fəxri adınızın olmaması sizi narahat etmir ki?

- Mən dövlətdən 120 manat pensiya alıram. İkinci qrup Qarabağ əliliyəm. 1992-ci ildə döyüşdə yaralanmışam, demək olar ki, artıq bir gözümü itirmişəm. Bütün dünyanı gəzmişəm, müalicəsi mümkünsüzdür...

adım var, titulum var. Mən dövlətçiliyi sevən insanam. Dövlətimə inanıram, dövlətimə güvənirəm. Vaxtı çatanda, yəqin, verərlər. Versələr sağ olsunlar, verməsələr ... Napoleonun belə bir sözü var: İnsanlar var ki, bu həyatda ad titul üçün yaşayırlar. O insanlar ad üçün, şan-şöhrət üçün hər şeylərindən keçərlər. Mən o xarakterli insan deyiləm. Bu gün İngiltərə kimi dövlətdə mənim 48 min Sarı gəlin adlı diskim satılıbsa, bu mənim üçün hər şeydir. Mənim heç bir mükafatım yoxdur. Qismətim budur. Bunun axırına kimi gedəcəyəm. Ümidim bir Allahadır. Allaha bağlı insanam. Oxuduğum qəzəllərdə Allaha itaət edirəm...

 

- Hansı arzularla yaşayırsınız?

- Mən arzularla yaşayan insan deyiləm. Durum, arzu eləyim ki, nələrisə əldə eləyəcəyəm, nələrəsə can atıram... Mən uğur dalınca qaçmamışam. Uğur məni tapıb. Elə möhtəşəm yerlərdə konsert vermişəm ki, bəlkə elə insanlar var, onun arzusunda yaşayır. Dünyanın ən möhtəşəm zalında -Royal Albert Hall konsert salonunda da konsert vermişəm. Həmin zalda Məhəmmədəli, Mayk Tayson döyüşüb. Ravi Şankar, Bitlis qrupu konsert verib. Arzusunda olsaydım, bəlkə o zalda konsert vermək mənə qismət olmazdı...

 

- Hansı musiqiyə qulaq asırsınız?

- Mən musiqini növlərə bölmürəm. Musiqinin hər janrına qulaq asıram. Məsələn caz musiqisinə, roka qulaq asıram. Ravi Şankara, Nüsrət Fateh Əlixana, Məmmədəli Rza Şəcəryana, ney ifaçlarına, sufi yönlü musiqilərə qulaq asıram. Bu tip musiqiləri sevirəm...

 

- Övladlarınızı musiqiçi görmək istərdinizmi?

- Mən öz ailəmdə ağzımı açıb oxumuram. İstəmirəm ki, övladlarım musiqiçi olsun. Musiqini bilmək gözəl şeydir. Musiqiyə qulaq asmaqlarını xoş qarşılayaram...

 

- Kəndinizi yadınıza tez-tez salırsınız?

- On altı yaşında mənim döyüşən vaxtlarım olub. Kəndimizin hər cığırı, hər izi bu dəqiqə yadımdadır...

 

- Səsiniz necədir, dəyişiklik var?

- Şükür Allaha, bir saat yarım dayanmadan konsert verirəm. Şərt o deyil ki, səhnəyə çıxıb konsert verəsən. Tamaşaçını saat yarım ələ almağı bacarmalısan ki, yarımçıq çıxıb getməsin.

 

- Toylara gedirsiniz?

- Folklor musiqisinin dinləyicisi həmişə az olur. 10-20 min manat alan insanlar müvəqqətidirlər. Birdəfəlik şpris kimidirlər. Allah bilir, bir həmin məbləği vaxt ona verərlər... Mən yüksək məbləği konsertlərimdən alıram. Getdiyim konsertlərdə azərbaycanlı olmur. Mən şəxsi kompaniyalarla müqavilə bağlayıb konsert verirəm. Xaricdə müsahibə verdiyim qəzetlər, televiziyalar da qonorar verirlər.

Mən yaradıcılıqla məşğul olan adamam. Hazırda Şur, Şüştər, Mahur muğamları üzərində işləyirik. Yüz il qala, mən Xan Şuşinski kimi oxuya bilmərəm. Ancaq onun bir-iki boğazını edə bilərəm. Alim Qasımov, Arif Babayevin müəyyən çalarlarını edə bilərəm. Amma sırf onlar kimi oxuya bilmərəm. Onlar mənim müəllimlərim olub. Onlardan bəhrələnmişəm.

 

- Sonda demək istərdiniz oxucularımıza?

- Mənim gəzmədiyim ölkə qalmayıb. Ancaq onu gördüm ki, dünyanın ən gözəl ölkəsi Azərbaycandır...

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2016.-16 dekabr.-S.9.