Qanun qarşısında bərabərlik vətəndaş cəmiyyətinin təməl prinsiplərindəndir

 

Bir cəmiyyət modeli kimi əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və siyasi-hüquqi cəhətdən müəyyən inkişaf mərhələsində olan insan birliyi forması vətəndaş cəmiyyəti sayılır. Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqlar birliyi və vətəndaşların qanunla təsbit edilmiş bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra hüquqi dövlətin əsas təməl prinsipləri müəyyən edildisiyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi. Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi.

 

Vətəndaş cəmiyyətinin təməl prinsiplərindən biri də hamının qanun və ədalət qarşısında bərabərlidir. Hansı ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasında də əksini tapıb. Ali qanunumuzun “Bərabərlik hüququadlanan 25-ci maddəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

 

Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasisosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

 

Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

 

Bərabərlik hüququ vətəndaş cəmiyyəti mövcud olan, hüquqi dövlət qurulan bütün ölkələrdə mahiyyətcə eyni mənaya malikdir. O insanların hansısa bir təbii cəhətinə görə fərləndirilməsini qəbul etmir, insanları cinsi, milli, dini, irqi və digər xüsusiyyətlərinə baxmayaraq bərabərləşdirir.

Hüquq bərabərliyi” və “ayrı-seçkilik” anlayışları II dünya müharibəsindən sonra yeni mahiyyət kəsb etməyə başlayıb. Beynəlxalq ictimaiyyət bu məsələlərə daha həssas yanaşır.

 

İnsan hüquqları haqqında Ümumi Bəyannamənin birinci maddəsində deyilir ki, bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlaronlar idrakvicdana malikdirlər. Bu baxımdan da bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.

 

Hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi obyektiv zərurətdən irəli gəlir. Bu prinsiplərə əməl olunmaması isə hər zaman hüquq və azadlıqların pozulması üçün səbəb olur. Bərabərliyin pozulmasının daha geniş yayılmış forması isə ayrı-seçkilikdir. Məhz bu səbəbdən ayrı-seçkiliyin ləğv edilməsi hüquq bərabərliyinin tam reallaşmasının ən mühüm şərtlərindəndir. Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir.

İnsan hüquqları haqda Ümumi Bəyannamənin ikinci maddəsində belə bir prinsip əsas götürülür: “İnsanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar”.

 

Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında da bərabərlik hüququ ilə bağlı izah var. İzahda qeyd edilir ki, bərabərlik hüququ tarixən feodal imtiyazlarına müqabil yaranaraq tədricən insan, cəmiyyət və dövlət arasında olan münasibətləri tənzimləyən çox vacib prinsipin əsasını qoyub. Hüquq bərabərliyi eyni zamanda, konstitusionalizmin təməl prinsiplərindən və demokratiyanın ayrılmaz elementlərindən biri kimi tanınır.

Bərabərlik hüququ buya digər ifadə formalarında beynəlxalq hüquq aktlarında da özünəməxsus önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsi, Mülkisiyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 14-cü maddəsi və həmin Konvensiyanın 12 saylı protokolunun 1-ci maddəsinin 2-ci bəndi və s.).

 

Bərabərlik hüququ mahiyyətcə qanun və məhkəmə qarşısında hamının məhz hüquq və azadlıqlarının bərabərliyini ifadə etsə də, insanların mexaniki bərabərləşdirilməsini nəzərdə tutmur.

 

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin müddəalarında, o cümlədən 79-cu maddədə müəyyən sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, I və II qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heçqalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir.

Cinayət Məcəlləsi qəbul edildikdən sonra qanunverici orqan tərəfindən ona bir neçə dəfə dəyişikliklər edilib. 2007-ci ildə qəbul olunan qanunla 79-cu maddəsində dəyişikliklər edilərək, “şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla uşağı olan qadınların” ifadəsində “məhkum edilmiş qadınlar” sözləri “məhkum edilmiş şəxslər” sözləri ilə əvəz olunub, “uşağı olan qadınlar” sözlərindən sonra isə “habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilib. Bu dəyişikliklərin nəticəsi olaraq maddənin əhatəsi cinsindən asılı olmayaraq bütün şəxslərə - həm qadınlara, həm də kişilərə aid olunubburada mümkün olan cinsi qeyri-bərabərlik aradan götürülüb.

 

Konstitusiya Məhkəməsi şərhində bildirir ki, bundan başqa, 8 yaşınadək uşaqları olan bəzi məhkum edilən şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan Cinayət Məcəlləsinin 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. Belə olan halda isə Konstitusiyanın 25-ci maddəsinin I, II və III hissələrinə istinadən məhkum olunan qadınların hüquqlarının pozulması barədə fikir hüquqi baxımdan əsaslı görünmür.

 

Cinayət Məcəlləsinin 79-cu maddəsi ilə bağlı şərhinə verən Konstitusiya Məhkəməsi hesab edir ki, Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə müvafiq olaraq dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

 

Demək, Azərbaycanda hər bir şəxsin öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna dövlət təminatı verilir. Belə hüququn və təminatın mövcudluğu ölkəmizdə insan hüquq və azadlıqlarının bəyan olunması ilə kifayətlənməməsinə və bunların həqiqətən həyata keçirilməsinin dövlət tərəfindən dəstəklənməsinə dəlalət edireyni zamanda Azərbaycanın ATƏT-in üzvü kimi həmin beynəlxalq təşkilatın Vyana Yekun Sənədinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliyin icrasına yanaşmasının göstəricisi kimi çıxış edir.

 

Vətəndaşların qanun qarşısında bərabərliyinin mühüm siyasi əhəmiyyəti var. Belə bərabərlik onların demokratik cəmiyyətdə hüquqi statusunun təməlini yaradır.

 

Cinayət Məcəlləsinin 6-cı maddəsində vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi aşağıdakı kimi göstərilir: “Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar”.

 

Vətəndaşların qanun qarşısında bərabərliyinin cinayət hüququ prinsipi vətəndaşların ancaq formal hüquqi bərabərliyini nəzərdə tutur. Məsələnin hüquqi istiqamətinin mahiyyəti törədilən cinayətə görə qanunla müəyyən edilən cəzanın növü və həddi-hüdudunda şəxslərin bərabər cavabdehliyini təmin etməkdən ibarətdir. Eyni cinayəti törədən bütün şəxslər üçün qanunun eyni norması ilə məsuliyyət yaranır. Konstitusiyanın 25-ci maddəsinin göstərişinə uyğun olaraq qüvvədə olan Azərbaycan Respublikası CM-nin 154-cü maddəsində bərabərlik hüququnu pozmaya görə cinayət məsuliyyəti müəyyən edilib. Bundan əlavə, CM-nin 283-cü maddəsində milli, irqidini düşmənçiliyin salınmasına görə, 167-ci maddəsində dini ayinləri icra etməyə mane olmas. əməllərə görə məsuliyyət müəyyən edən normalar formulə edilərkən cinayət hüququnda təsbit olunmuş qanun qarşısında bərabərlik prinsipinin tələbləri nəzərə alınıb.

 

Hüquqi tənzimetmə təcrübəsi qəbul olunmuş normaların təkmilləşdirilməsi, onların sonrakı inkişafının zəruriliyinə təsir göstərir, həmçinin yeni normaların yaradılmasını tövsiyə edir. Konkret ictimai münasibətlərin tənzimlənməsi prosesində hüquqi normaların əhəmiyyətinin tam şəkildə üzə çıxarılması ilə yanaşı, həmçinin ictimai münasibətlərin tənzimlənməsi ilə əlaqədar problemlər də təzahür edir. Bütün bu göstərilənlər tam şəkildə təsdiq edir ki, hüquq yaradıcılığı beynəlxalq-hüquqi tənzimetmənin tərkib hissəsidir. Bu xüsusiyyətin üzə çıxarılması beynəlxalq hüquq yaradıcılığının tərifinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu əlamət hüquq yaradıcılığının hüquqi tənzimetmənin tərkib hissəsi olması xüsusiyyətini biruzə verir. Anlayışın mahiyyətinin açılması üçün müvafiq əlamətin həmin anlayışın tərkibinə daxil edilməsi zəruridir. Beynəlxalq norma yaradıcılığının vacib meyarı beynəlxalq təşkilatların normativ imkanlarından istifadə edilməsidir. Belə ki, səlahiyyətlərinə aid sferalarda beynəlxalq vəziyyətin daim öyrənilməsi prosesində beynəlxalq təşkilatlar tez-tez müvafiq sahədə beynəlxalq-hüquqi tənzimetməyə dair tələbatları hiss edərək, buya digər konvensiyanın işlənib hazırlanması zəruriliyini qabaqcadan görürlər.

 

Deyilənləri yekunlaşdıraraq, belə bir nəticəyə gəlmək olar ki, demokratikhüquqi dövlət olan Azərbaycan Respublikası bərabərlik hüququnu tanıyır və bununla bağlı mövcud olan dəyərləri qəbul edir.

 

Murad MƏMMƏDLİ

 

Ekspress.-2016.-20 dekabr.-S.10.