Özəl sektor və vətəndaş cəmiyyəti

 

Azad bazar münasibətləri vətəndaş cəmiyyətinin təməl daşı sayılır. Vətəndaş cəmiyyətində azadlıq, müstəqillik, sərbəstlik əsas əlamətlər, şərtlərdir. İnsanların azad və müstəqil ola bilməsi üçünsə onların ilk növbədə iqtisadi baxımdan müstəqil olması vacibdir. Bu mənada azad bazar münasibətləri vətəndaş cəmiyyəti quruculuğunda əsas şərt sayılır.

 

Azad bazar münasibətlərinin əsas təzahürü isə özəl sektordur. Özəl sektorun olması, onun iqtisadiyyatda payının daha böyük olması azad bazar münasibətlərini yaradır, o da öz növbəsində vətəndaş cəmiyyətinin əsas hədəfinə çatmasına ən güclü dəstəkçi olur. Buna görə də bəzən siyasi fəlsəfədə vətəndaş cəmiyyətini özəl sektorsuz təsəvvür etmirlər. Özəl sektorun mövcudluğu vətəndaş cəmiyyətinin mövcudluğunu təsdiq edən əsas prinsiplərdən bir neçəsinin həyata keçdiyini göstərir. Vətəndaş cəmiyyətində hər şeydən öncə şəxsiyyət azad olmalı, öz qanunu, faydalı təşəbbüslərini həyata keçirə bilməli, xüsusi mülkiyyətə sahib olmalı, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməli, yalnız özünə deyil, həm də gücü çatırsa digərlərinə imkanları yarada bilməlidir və s. Sadaladığımız prinsiplərin həyata keçirilməsi üçün insanlara iqtisadi azadlıqlar verilməli, onlara özəl mülkiyyətin genişləndirilməsinə imkan yaradılmalıdır. Özəl sektor inkişaf etdikcə, o, iqtisadiyyatın, sosial həyatın bütün sahələrini əhatə etdikcə vətəndaş cəmiyyətinin əsas prinsiplərinin bərqərar olması, inkişafı təmin edilmiş olur.

 

İqtisadi sferada özəl sektoru olmayan cəmiyyətlər vətəndaş cəmiyyəti hesab edilmir. Sosialoji yanaşma belədir ki, iqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, kooperativlər, icarə kolllektivləri, birliklər, aksioner təşkilatları, korporasialar və vətəndaşların digərkönüllü birlikləri təşkil edir.

 

Ölkəmizdə özəl sektorun inkişaf etdirilməsi məqsədilə indiyə qədər bir çox tədbirlər görülüb və hələ də bu istiqamətdə işlər davam etdirilir. Yəni, özəl sektorun genişlənməsi davamlı prosesdironunzaman bitəcəyini təxmin etmək mümkün deyil.

Müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycanda özəl sektorun inkişafı bir neçə mərhələdən keçib.

 

Birinci mərhələ 1993-cü ilə qədər olan mərhələdir. İqtisadi islahatların sistem halında, müəyyən ardıcıllıqla və bir-birini tamamlama şərti ilə həyata keçirilməsi iqtisadi dirçəlişin təmin edilməsinin mühüm şərtdir.Radikal iqtisadi dəyişikliklər mərhələsində həyata keçirilən iqtisadi tədbirlərin hər birinin ümumi iqtisadi inkişafda yerinin düzgün dərk edilməsi və onların reallaşdırılmasında ardıcıllığın gözlənilməsi köklü islahatların nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən əsas məsələlərdəndir. Azərbaycan reallığına gəldikdə isə, müstəqilliyimizin ilk illərində bu baxımdan vəziyyətin qənaətbəxş olmaması ilk baxışda aydınlaşır. İstər nəzəri, istərsə dərespublika iqtisadiyyatında yaranan vəziyyətin tələbləri baxımından sahibkarlığın maddi əsasını formalaşdıran özəlləşdirmə, xüsusilə də qiymətlərin liberallaşdırılmasını qabaqlamalı idi.

 

Lakin bir sıra obyektiv (rubl məkanında olan digər dövlətlərin bu prosesə başlaması) və subyektiv (respublikanın milli valyutaya keçid vaxtında hazır olmaması, iqtisadi sərhədlərin təşəkkülündəki ləngimələr) səbəblər ölkəni iqtisadiyyatda dövlət mülkiyyətinin inhisarı şəraitində qiymətlərin sərbəstləşdirilməsi prosesinə başlamaq məcburiyyəti qarşısında qoydu. Beləliklə də, bazar iqtisadiyyatına keçid üzrə mühüm stratecitədbir - özəlləşdirmə fiskal məqsədlərə münasibətdə arxa plana keçirildi. Yaranmış vəziyyətdə real maliyyə sabitliyinin yalnız istehsal fəaliyyətinin aktivləşdirilməsi və bu əsasda dövriyyədəki pul kütləsinin təminatının artırılması vasitəsilə mümkünlüyü nəzərə alınarsa, həyata keçirilmiş taktiki addımın heç bir real nəticə verməyəcəyi aşkar idi.

 

Qiymətlərin liberallaşdırılmasından sonra ölkə iqtisadiyyatında yaranan vəziyyət islahatların özəyini təşkil edən özəlləşdirmə prosesini, bu əsasda sahibkarlığın inkişafı və rəqabət mühitinin formalaşmasını zərurietdi. 1993-cü ilə kimi həmin proseslərin ləngidilməsi tənəzzülün daha da sürətlənməsinə, iqtisadiyyatın dağılmasına ciddi təsir göstərdi, xeyli vəsait itkisinə səbəb oldu. Özəlləşdirmənin gecikdirilməsi, ölkədə tənəzzülünaradan qaldırılmasını və makro-iqtisadi sabitliyin təmin edilməsini daha da çətinləşdirdi.

 

Özəl sektorun inkişafının ikinci mərhələsi 1993-2002-ci illəri əhatə edir. Bu mərhələni də şərti olaraq 2 dövrə bölmək olar. Birinci dövr 1993-1996-cı illəri əhatə etməklə ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına istiqamətlənən tədbirlərin həyata keçirilməsi ilə xarakterizə oluna bilər. Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadisabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Azərbaycanın iqtisadi islahatlarinkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb oldu: inflyasiya cilovlandı, büdcə kəsiri ÜDM-nin 1-2%-i səviyyəsinə endirildi. Bu dəyişikliklər nəticəsində dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olundudinamik iqtisadi inkişafı təmin etmək mümkün oldu. Belə ki, 1996-cı ildə ÜDM-nin artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil etdi.

 

Qeyd edilən dövrdə respublikanın potensialı nəzərə alınaraq uğurlu neft strategiyası işlənib hazırlanmış və müvəffəqiyyətlə həyata keçirildi. Bu isə öz növbəsində, neft sektorunun inkişafı ilə bağlı yardımçı sahələrin inkişafına təkan vermiş və həmin sahələrdə yerli sahibkarların mövqeləri möhkəmləndi.

Neft sektorunun inkişafından əldə edilən gəlirlər hesabına ölkəmizin dünya bazarında üstünlük əldə edə biləcəyi ənənəvi qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində uğurlar əldə edildi.

 

İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən özəl sektorun inkişafına güclü təkan verdi. Belə ki, Azərbaycan Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğunolaraq təkmilləşdirildi.

 

Azərbaycan Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilən qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqibazasını təşkil etdi.

Özəlləşdirmənin həyata keçirilməsinin zəruri hüquqi bazası formalaşdı. Bu baxımdan, prosesin hüquqi təminatında baza rolunu oynayan dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramlarının qəbuluxüsusi əhəmiyyət kəsb etdi. Sahibkarlığın inkişafı sahəsində qəbul olunan dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçikorta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətininiqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilən, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdı. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmış, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiyas. xidmətlər) göstərən strukturlarformalaşdı. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atıldı. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanıldı.

Özəl sektorun inkişafında üçüncü mərhələ 2002-ci ildən sonrakı dövrə təsadüf edir.

 

“Azərbaycanda kiçikorta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi.

 

Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirdi. Sahibkarlar artıq mövcud problemlərin həllində iştirak edir. Bu baxımdan yaradılmış mexanizmlər (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Sahibkarlar Şurası, Biznes Tədris Mərkəzləri və s.) dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır.

Hazırda bu strateci xətt davam etdirilir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 85%-dən çoxdur, məşğul əhalinin isə təqribən 70%-i bu sektorda cəmləşib.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-22 dekabr.-S.10.